C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə1/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   114
C fakepathelave vesait


ÖN SÖZ

“İqtisadi nəzəriyyə” kursunun “Makroiqtisadiyyat” bölməsi üzrə hazırlanmış dərslik, Azərbaycan Respub­likası Təhsil Nazirliyinin metodik göstəriş və tövsiyələrinə uyğun olaraq, 76 saat (mühazirə 46 saat, məşğələ 30 saat) həcmində tədris yükü Proqramına hesablanmışdır.


C.M.Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə “inqilabi dəyişikliklər” (P.Samuel­son) yaratmış bu istiqamət, sonralar müəyyən təkmilləşdiril­mə­lərlə zənginləşərək, öz ciddi müddəaları, əsaslı prinsipləri, yeni ideyaları ilə iqtisadi elmi – nəzər fikrin inkişafında mühüm rol oynamışdır.
Bakı Biznes Universitetinin xüsusiyyətlərini nəzərə almaqla təqdim olunan dərslikdə, tarixi və məntiqi ardı­cıl­lıqla makroiqtisadiyyatın meydana çıxması səbəb­ləri və vəzifələri; iqtisadi artım, onun formaları və tipləri; ümumi daxili məhsul (ÜDM) və milli gəlirin hesablanması me­tod­ları; məcmu tələb və məcmu təklifin makroiqtisadi sə­viy­yədə tarazlığı; işsizlik və inflyasiya; dövlətin fiskal siya­səti; vergilər və büdcənin formalaşması; pul sistemi və bankların fəaliyyəti; gəlirlər və əhalinin həyat səviyyəsi; milli iqtisadiyyat, daxili bazar və iqtisadiyyatın dövlət tən­zimlənməsi; beynəlxalq valyuta münasibətləri və xarici ticarət əlaqələri; iqtisadi inteqrasiya və qloballaşma pro­ses­ləri şərh edilmişdir.
Professor – müəllim heyəti və tələbələrin tənqidi qeyd­ləri, işgüzar təklifləri, arzuları dərsliyin gələcək daha mükəmməl nəşrində, minnətdarlıqla nəzərə alınacaqdır.
I FƏSİL. KURSUN MƏQSƏDİ, VƏZİFƏLƏRİ VƏ QURULUŞU



    1. Makroiqtisadi nəzəriyyənin meydana çıxması və mahiyyəti



Bazar münasibətləri iqtisadi sistemi şəraitində cə­miy­yətin çoxsahəli təsərrüfat həyatının müxtəlif problem­lərinin iqtisadi nəzəriyyə istiqamətində öyrənil­məsi əsasən iki - mikroiqtisadi makroiqtisadi səviyyələrdə aparı­lır. Mikroiqtisadiyyat müxtəlif təyinatlı məhsullar istehsal edən və xidmətlər göstərən ev təsərrüfatlarının, şirkətlərin, sahələrin təşkili prinsiplərini, fəaliyyətlərini, bazarla bağlı dəyişkən tələb-təklif, qiymət, rəqabət mübarizəsi şəraitin­də qəbul etdikləri qərarları, bazar subyektlərinin qarşılıqlı işgüzar münasibətlərini öyrənir.
Makroiqtisadiyyat isə hər bir ölkənin, milli iqtisa­diy­yatın, bölgənin (regionun) təsərrüfat həyatının bütöv­lük­də, yəni tam şəkildə öyrənilib təhlil edilməsini nəzərdə tutur. Ölkənin və milli iqtisadiyyatın çoxsaylı problemləri sırasında makroiqtisadi təhlili ilk növbədə, ümumi milli məhsul (ÜMM) və onun artım templəri, inflyasiya və iş­siz­liyin səviyyəsi, iqtisadiyyata investisiya qoyuluşlarının həcmi və səmərəliliyi, xarici ticarət dövriyyəsi və tədiyyə balansının vəziyyəti, dövlətin iqtisadi siyasətinin əsas isti­qa­mətləri və onun real nəticələri kimi ümumiləşdirici (sin­te­tik) göstəricilər, habelə onların dəyişmə dinamikası ma­raq­landırır.
Qeyd etmək zəruridir ki, iqtisadi nəzəriyyənin mik­ro­iqtisadiyyat, mezoiqtisadiyyat, makroiqtisadiyyat, me­ta­­iq­ti­sadiyyat kimi bölmələri arasında sədd çəkmək, on­la­rı bir-birindən ayırıb təcrid etmək mümkün deyildir. Vahid iqtisadi nəzəriyyənin hissələri sayılan bu bölmələrin, xü­su­silə də mikroiqtisadiyyatla makroiqtisadiyyat arasında daxili bir rabitə, qarşılıqlı asılılıq və səbəb-nəticə əlaqəsi vardır. Obrazlı desək, mikroiqtisadiyyat dəniz sahillə­rin­dəki qum danələrini və çınqılları, şəhərdəki küçə və evləri, meşədəki ağac və bitkiləri öyrənirsə, makroiqtisadiyyat bü­tövlükdə sahili, şəhəri, meşəni tədqiq edib öyrənir.
Makroiqtisadiyyatla hər hansı bir ölkənin «milli iq­ti­sadiyyatı» anlayışı forma və məzmun etibarilə üst-üstə düşsə də, lakin bunların oxşarlığı ilə yanaşı, özünəməxsus xüsusiyyətləri də vardır. Milli iqtisadiyyat ölkənin təsər­rü­fat həyatının tarixən formalaşmasını, onun inkişaf qanuna­uy­ğunluqlarını, iqtisadiyyatın struktur (quruluş) məsələlə­ri­ni, müstəqil yaxud asılı xarakterini əhatə edir. Mak­ro­iq­ti­sa­diyyat isə ölkənin müasir inkişaf səviyyəsinin ümumi­ləş­dirici göstəricilərinin təhlili və tədqiqi ilə məşğul olur.
Makroiqtisadiyyat iqtisadi nəzəriyyənin ən gənc və sürətlə inkişaf edərək, daima yeni ideyalarla, konsep­si­ya­larla zənginləşən bir bölməsidir. Onun məzmununun əhatə dairəsi (predmeti) və özünəməxsus tədqiqat üsulları (me­tod­ları) XX əsrin 30-cu illərindən formalaşmağa başla­mış­dır. Makroiqtisadiyyatın qərarlaşması və sonrakı inkişafı prosesinə aşağıdakı amillərin ciddi təsiri olmuşdur:
  1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin