C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Cənubi Amerika Ümumi Bazarı (MERKOSUR)



Yüklə 2,89 Mb.
səhifə105/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   114
C fakepathelave vesait

Cənubi Amerika Ümumi Bazarı (MERKOSUR). Zəngin iqtisadi resurslara, geniş əraziyə malik olub, 34 müs­təqil dövlətin yerləşdiyi Cənubi Amerikada iqti­sa­diy­yatı dirçəldib yüksəltmək məqsədilə, hələ XX əsrin 60-cı illərindən müəyyən qruplaşmalar yaratmağa səylər gös­tə­ril­mişdi. Latın Amerikası Azad Ticarət Birliyini, onun 1980-ci ildə Latın Amerikası inteqrasiyası Birliyinə çev­ril­məsini, Karib Azad Ticarət Birliyini, sonralar onu əvəz etmiş Karib Ümumi Bazarını və başqalarını bu istiqa­mət­dəki addımlara nümunə göstərmək olar. Lakin bu xoşmə­ramlı niyyətlərin heç biri, istər həmin ölkələrin sənaye-maliyyə əməkdaşlığında, istərsə də xarici iqtisadi-ticarət əlaqələrində dönüş yarada bilməmişdir.
Cənubi Amerikada inteqrasiya prosesləri real şəkil­də 1991-ci ildə təşkil olunmuş və 1995-ci ildən rəsmiləş­dirilmiş MERKOSUR-un (Cənubi Amerika Ümumi Baza­rı, yaxud Cənub Konusu) fəaliyyəti ilə bağlıdır. Bu regio­nal inteqrasiya qrupuna Argentina, Braziliya, Paraqvay və Uruqvay daxildirlər. Həmin dövlətlərdə Cənubi Amerika əhalisinin 45%-i yaşayır və bu regionun ümumi daxili məh­sulunun 50%-dən çoxu istehsal olunurdu. Yüksək temp­lərlə inkişaf edən bu region ölkələrinin beynəlxalq iqti­sa­di-ticarət əlaqələrində rol və əhəmiyyəti getdikcə artmaqdadır.
MERKOSUR iqtisadi inteqrasiya qrupuna daxil olan 4 ölkənin ümumi ərazisi 12 milyon kv.km., əhalisi 250 milyon nəfər, illik ümumi daxili məhsulunun həcmi 2 trilyon dollardan çoxdur.
Cənub-Şərqi Asiya ölkələri birliyi (ASEAN), 1967-ci ildə yaradılmışdır. Bu regional iqtisadi inteqrasiya qrupuna hazırda 10 dövlət - İndoneziya, Malayziya, Filip­pin, Sinqapur, Tailand, Bruney, Vyetnam, Myama, Laos və Kamboca daxildir. Təşkilatın 1976-cı ildə elan etdiyi Bəyanatında göstərilmişdir ki, onun üzvləri bölgənin və dünyanın iqtisadi-ticarət məsələlərində birgə mövqelərdən çıxış edəcəklər.
Dünyanın başqa regionlarına nisbətən daha sürətli inkişaf yolu keçmiş bu iqtisadi birliyə daxil olan və «yeni sənaye ölkələri», yaxud «Asiya pələngləri» kimi səciy­yələndirilən Sinqapur, Malayziya, daha sonra isə başqaları həmişə ABŞ, Yaponiya, Çin, Qərbi Avropa ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığa üstünlük vermişlər. Son dövrlərdə əlverişli coğrafi mövqedə və nəqliyyat yolları üzərində yerləşən ASEAN iqtisadi inteqrasiya qrupu ölkə­ləri təkcə Cənub-Şərqi Asiyanın deyil, dünyanın iqtisadi-maliyyə mərkəzlərindən birinə çevrilmişdir.
1997-1998-ci illərin maliyyə böhranı ASEAN qru­pu ölkələri üçün müəyyən çətinliklər yaratsa da, lakin istehsal-xidmət dairəsi sahələrinin strukturu (quruluşu) ilə bağlı olmayıb, müvəqqəti xarakter daşımış bu hadisə tən­zimlənə bilmişdir. Həmin dövrdə dünya maliyyə dairələ­rinin və xüsusilə Yaponiyanın ayırdığı 30 milyard dollar həcmində yardım mühüm rol oynamışdır.
ASEAN iqtisadi inteqrasiya qrupuna daxil olan ölkələrin ümumi ərazisi 4,5 milyon kv.km., əhalisinin sayı 600 milyon nəfər, ümumi daxili məhsullarının illik həcmi 1 trilyon dollardan çoxdur.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin