C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


İqtisadi artımın müxtəlif modelləri



Yüklə 2,89 Mb.
səhifə11/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   114
C fakepathelave vesait

2.4. İqtisadi artımın müxtəlif modelləri


İqtisadi artım modelləri, real iqtisadiyyatın sadələş­dirilmiş ifadəsi, yaxud formasıdır. Bu modellər vasitəsilə iqtisadçılar və mütəxəssislər ölkənin təsərrüfat həyatında baş verən müxtəlif istiqamətli mürəkkəb prosesləri təhlil edərək, mövcud real vəziyyəti sadələşdirilmiş formada, müəy­yən model (variant) qurmaq əsasında ifadə edirlər.
İqtisadi modelləri mütləq mənada başa düşüb qəbul etmək doğru deyil. Ona görə ki, əslində heç bir model yaxud variant real təsərrüfat həyatını tam dəqiqliyi ilə əks etdirə bilməz. Çünki canlı orqanizmi xatırladan, tələblə təklifin dəyişkənliyi əsasında formalaşan qiymət və rəqa­bətlə bağlı ziddiyyətli vəziyyətin mürəkkəbliyini özündə əks etdirən iqtisadi modellər, ən yaxşı halda iqtisadiy­yatda gedən prosesləri həmin dövr üçün aydınlaşdıra bilər. Bu mənada, iqtisadi modellərin dəqiqliyi real təsərrüfat həyatında baş verən çoxcəhətli prosesləri tam əks etdirə bilməsi, sırf nisbi və nəzəri-metodoloji xarakter daşıyır.
Təsərrüfat əlaqələrinin genişləndiyi, beynəlxalq əmək bölgüsünün dərinləşdiyi, inflyasiya, işsizlik prob­lem­lərinin kəskinləşdiyi müasir şəraitdə, iqtisadi modellər olmadan, ölkənin təsərrüfat həyatının mövcud və perspek­tiv inkişaf (artım) modellərini (variantlarını) qurmadan keçinmək mümkün deyildir. Ona görə də dünyanın müxtə­lif ölkələri, bir-birindən fərqli iqtisadi artım modellərin­dən, yaxud həmin modellərin müəyyən cəhətlərindən isti­fadə edirlər.
İqtisadi modelləri tərtib edib qurmaq və təsərrüfat həyatına tətbiq etmək üçün cəmiyyət miqyasında əmtəə­lə­rin, habelə xidmətlərin fasiləsiz axını şəraitində, onların bir sistem halında həm xərclərini, həm də nəticələrini (gəlir­lərini) müqayisə etmək lazımdır.
Bu mühüm məsələnin ilk tədqiqatçısı tanınmış fran­sız iqtisadçısı Fransua Kene (1694-1774) sayılır. O, 1758-ci ildə nəşr olunmuş "İqtisadi cədvəl" əsərində ölkənin milli iqtisadiyyatının ibtidai şəkildə balansını vermişdir. Doğrudur, F.Kene bunu yalnız kənd təsərrüfatının timsa­lın­da hesablamış və elə düşünmüşdü ki, ölkədə istehsal olunan bütüm məhsullar ilk növbədə yalnız torpaqla bağ­lıdır. Lakin bu məhdud cəhətə baxmayaraq, F.Kenenin modeli məsələnin ilkin qoyuluşu və araşdırılması baxımın­dan böyük maraq doğurur.
Sonralar bu problem öz davamını və əksini Karl Marksın (1818-1883) "Kapital" əsərndə tapmışdır. Onun iqtisadi təlimində bütövlükdə ictimai istehsal, istehsal vasitələri istehsalına (I bölmə) və istehlak şeyləri istehsa­lına (II bölmə) ayrılmışdı. Lakin bu bölgü əsasında iqtisa­diy­yatda baş verən, yaxud verəcək proseslərin elmi izahı və siyasətləşdirilmiş iqtisadi-sosial nəticələrinə dair fikir­lər real həyatda özünü doğrultmadı. Çünki, məlumdur ki, hər hansı bir ölkənin milli iqtisadiyyatında yalnız 2 iri təsərrüfat bölməsi deyil, yüzlərlə digər sahə və yarımsahə, habelə digərləri də iştirak edir.
XX əsrin əvvəllərində Nobel mükafatı laureatı Va­si­liy Leontyev (ABŞ) tərəfindən "istehsal xərcləri və məh­sul buraxılışı" modeli yaradılmışdır. Bu modeldə şahmat taxtası formasında tərtib olunmuş cədvəldə, iqtisadiyyatda maddi və dəyər (pul ifadəsində) axınlarının hərəkəti təsvir olunmuşdur. Sahələrarası balans adlanan V.Leont­yev modeli: a) maddi xərclər; b) son məhsul; c) xalis məh­sul; ç) xalis məhsulun yenidən bölgüsü kimi 4 hissəni əhatə edir. Bu cədvəl elə qurulmuşdur ki, oradakı üfüqi sıralardakı göstəriciləri (xərcləri) şaquli sıralardakı gəstəricilərə (hazır məsula) bölmək yolu ilə müxtəlif sahələrin ümumi daxili məhsul həcmindəki xüsusi çəkisini (payını) müəyyənləşdirmək mümkündür.
Tarixi və məntiqi ardıcıllıq baxımından iqtisadi ar­tım modelləri çoxsaylı olsa da, lakin əsasən aşağıdakı­lar­dan ibarətdir: klassik model, keynsci modellər, neoklas­sik modellər, tarixi-ictimai modellər, monetar model.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin