C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə62/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   114
C fakepathelave vesait

Lizinq - bank kreditinin bir forması olub, isteh­sal vasitələrinin, texnikanın, avadanlığın, maşınların, dəz­gahların, nəqliyyat vasitələrinin, istehsal təyinatlı bina­ların və digər əmlakın müəyyən müddətə öz müş­tərilərinə ica­rə­yə verilməsidir. Banklar bu işdə texnika və ava­dan­lıq­la­rın sahibi (mülkiyyətçisi) ilə onu icarəyə götürən (istifa­dəçisi) arasında vasitəçi rolunu oynayır. Adətən 1 ildən 10 ilə qədər müddəti nəzərdə tutan li­zinq sövdə­ləş­mələri, istifadə olunmuş texnikanın və müəyyən bank faizinin ödənilməsindən sonra icarədarın mülkiyyətçiyə çevrilmə­sini nəzərdə tutur. Kommersiya bankları vasitəsilə həyata keçirilən maliyyələşdirmənin bu forması həm lizinq ve­rənə, həm lizinq alana, həm də banka faydalıdır. Ona görə də bu xidmət forması dün­yanın başqa ölkələrində olduğu kimi Azərbaycan Res­pub­likasında da, xüsusilə fermerlər arasında geniş ya­yıl­maqdadır.
Faktorinq - universal bank xidməti olub, xüsusi və hüquqi şəxslər, şirkətlər və birliklər tərəfindən on­la­rın öz debitor borclarının idarə edilməsi hüququnun banka veril­məsini nəzərdə tutur. Lazım olduqda, bank müştərisinin digər maliyyə öhdəlikləri və problem­lə­rinin maliyyləş­diril­məsini də öz üzərinə götürə bilir. Buraya mühasibat, informasiya, reklam, sığorta, kredit, audit, hüquqi məslə­hət kimi xidmətlər daxildir.
Farfevtinq - uzunmüddətli faktorinq olub, fiziki və hüquqi şəxslərin banka satılan borclarının 1 ildən 5 ilə qədər uzadılmış müddətə qaytarılmasını nəzərdə tu­tur.
Trast - müştərinin kapitalının (əmlakının) eti­bar­mamə əsasında idarə olunması ilə bağlı əməliy­yat­ların bank tərəfindən aparılmasını nəzərdə tutur.
Kommersiya prinsipləri əsasında fəaliyyət göstə­rən bankların əsas məqsədi müəyyən mənfəət əldə et­mək və apardıqları müxtəlif istiqamətli, habelə təyinatlı əməliy­yatlardan, göstərdikləri xidmətlərdən qazan­maq­dır. Borc (kredit) götürən fiziki və hüquqi şəxslərə xid­mət edən bank­lar, əvəzində müəyyən faiz alırlar. Bu mənada bank faizi, borc götürülmüş pullardan və maddi dəyərlərdən istifadəyə görə borc alanların, borc verən­lərə (kreditorlara) ödədikləri haqdır. Başqa sözlə, bank faizi vəsaitlərdən isti­fa­dəyə görə ödənilən haqqın "qiy­mətidir". Həmin faizin həcmi və dəyişmə dinamikası isə faiz şəklində ödə­nilən pulun miqdarının, borc veri­lən pulun miqdarına olan nis­bə­tilə müəyyən edilən faiz normasının hərəkətində əks olunur, yaxud ölçülür.
Məsələn, kreditə verilən məbləğin hər 1000 ma­natı (dollar, avro) üçün ildə 100 manat (dollar, avro) haqq tə­ləb olunursa, illik faiz norması 10% təşkil edə­cəkdir.
Göstərilən misal üçün faiz norması belə hesab­lanır:





Şübhəsiz, bu faiz norması dəyişən bir kəmiyyət olub, ayrı-ayrı banklar üçün müxtəlifdir. Ümumiyyətlə bank faizi və faiz norması müasir dövrdə qloballaşan dün­ya iqtisadiyyatının vəziyyətindən, beynəlxalq iqtisa­di-­tica­rət əlaqələrinin səviyyəsi və qiymətlərin forma­laş­maşın­dan, milli iqtisadiyyatın inkişaf templərindən, onun in­vesti­si­ya­lara, pul vəsaitlərinə olan tələbatından asılıdır.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin