Açıq bazar əməliyyatlarıMərkəzi Bankların, o cümlədən də Federal Ehtiyatlar Sisteminin ən çox istifadə etdiyi bir vasitə olub, dövlət istiqrazlarının, qiymətli kağızların alqı-satqısını əhatə edir. Açıq bazar əməliyyatları vasitəsilə dövlət istiqrazlarının əhalindən alınması, dövriyyədə olan pulun miqdarmı artırır. Deməli bu yolla ölkədə pul təklifi və kommersiya banklarının ehtiyatları artırılır. Pul təklifini azaltmaq üçün isə dövlət istiqrazlarının əhaliyə satışı həyata keçirilir. Eyni zamanda qiymətli kağızların alqı-satqısı zamanı Mərkəzi Bank əlverişli faizlər təklifi ilə kommersiya banklarının vəsaitlərinin həcminə təsir göstərməyə və onların kredit əməliyyatlarını tənzimləməyə çalışır. Cəmiyyətin qısamüddətli dövrdə və uzunmüddətli perspektivdəki inkişafında, inflyasiya ilə işsizlik arasında seçimində mühüm rol oynayan açıq bazar əməliyyatları təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır. Ona görə də təsadüfi deyildir ki, ABŞ Federal Ehtiyatlar Sistemi Idarə Heyətinin sədri, ölkədə Prezidentdən sonra ikinci ən güclü şəxs hesab olunur. Bankların ehtiyat normalarınınməcburi qaydada müəyyənləşdirilməsi prinsipi, Mərkəzi Bankın ölkədəki pul təklifinə səmərəli təsir göstərməsinin mühüm vasitələrindən biri hesab olunur. Bankların saxladıqları əmanətlərə (depozitlərə) nisbətən müəyyənləşdirilmiş minimum ehtiyat məbləği üzrə ciddi tələblər, şübhəsiz həmin bankların məsuliyyətini xeyli artırır. Mərkəzi Bankın ehtiyat normalarındakı dəyişiklik edilməsi tələbi, ölkə iqtisadiyyatında yaranmış real vəziyyətdən irəli gələrək, pula olan tələb-təklifin tənzimlənməsi məqsədini güdür. Ehtiyatların artırılması tələbibankların pul yaratmaq əmsalını aşağı salaraq, pul təklifini azaldır. Əksinə, ehtiyatların azalması tələbi,pul yaratmaq əmsalını artıraraq, pul təklifini genişləndirir. Kommersiya banklarının zəruri ehtiyat normasının məcburi qaydada müəyyənləşdirilməsi bir tərəfdən bank vəsaitlərinin likvidliyini,yəni ilk tələbdən ödənişini təmin edir; digər tərəfdən isə milli iqtisadiyyata investisiya qoyuluşlarının tənzimlənməsinə, yəni lazım gəldikdə genişləndirilib - məhdudlaşdırılmasına təsir göstərir.