C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə80/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   114
C fakepathelave vesait

Nominal gəlir - ayrı-ayrı şəxslərin və ya sosial qrup­ların (işçilərin, fermerlərin, sahibkarların, ziyalıların, sənətkarların) müəyyən bir dövr ərzində (gündəlik, həftə­lik, aylıq, illik) əldə etdiyi pul gəlirləridir.
Sərəncamda qalan gəlir - əhalinin şəxsi istehla­kı­na və şəxsi yığımına sərf olunan gəlirlərdir. Onun həcmi no­mi­nal gəlirlərdən vergiləri və məcburi ödənişləri çıxdıq­dan sonra qalan məbləğə bərabərdir. Deməli:
Sərəncamda qalan gəlir = Nominal gəlir – Vergilər və məcburi ödəniş­lər.
Real gəlir - əhalinin sərəncamında qalan gəlirlər hesabına, mövcud qiymətlərlə əldə edə biləcəyi maddi ne­mətlərin və xidmətlərin miqdarıdır.
Real gəlirlər əhalinin alıcılıq qabiliyyətini göstə­rə­rək, eyni zamanda bazarda yaranmış tələb və təklifdən, sər­bəst rəqabət səviyyəsindən, qiymətlərdən xeyli asılıdır. Re­al gəlirlər, əhalinin bilavasitə yaşayış vasitələrində ifa­də olunan gəlirlərini özündə əks etdirir.
Qeyd etmək lazımdır ki, tarixən əmək (zəhmətlə, ha­lal­lıqla qazanılmış) gəlirlə yanaşı, həmişə və xüsusilə də bazar iqtisadiyyatı şəraitində əməksiz (zəhmətsiz, halal­lıq­la qazanılmamış) gəlirlər də olmuşdur, vardır, yəqin ki, gələcəkdə də mümkündür.
Əməksiz, zəhmətsiz gəlirləri şərti olaraq, leqal və qeyri-leqal, qeyri-qanuni gəlirlərə bölmək mümkündür.
Leqal - əməksiz gəlirlərə, səhmlərdən alınan divi­dentlər, istiqraz vərəqələri və digər qiymətli kağızlardan əldə edilən faizlər, əmtəələrin topdansatış və pərakəndə satış qiymətləri fərqindən alınan mənfəət daxildir. Bu gə­lir­lər bazar iqtisadiyyatı üçün mümkün bir hal sayılır, qa­nu­nauyğundur.
Qeyri-leqal qanunsuz gəlirlərin özünü də 2 yerə ayırmaq olar:

  1. ümumi kriminal mənşəli (məsələn korrup­siya, re­ket, narkobiznes, qaçaqmalçılıq, dələduzluq, sifarişli ci­nayət əməlləri) əməksiz gəlirlərdir. Bu hal, müəyyən də­rəcədə bütün ölkələrdə baş verdiyindən, ona qarşı qanunla mübarizə aparılır.

  2. iqtisadi sistemin nöqsan və «qanun» boşluğun­dan doğan əməksiz gəlirlərdir. «Gizli» iqtisadiyyat, möh­tə­kir­lik, az tapılan (defisit) malların baha qiymətə satışı bu­­na nümunə ola bilər. Bazar iqtisadiyyatı şəraitində, məş­­hur firmaların ticarət markalarının saxtalaşdırılması, iş qüv­və­sin­dən gizli istifadə, rüşvətxor məmurlar vasitəsilə imza­lanmış müəyyən sazişlər yaxud sənədlər bu qəbildəndir.

«Gizli» yaxud «kölgə» iqtisadiyyatı bütün ölkə­lər­də bu və ya digər dərəcədə vardır. Yüksək inkişaf etmiş ölkələrdə ÜDM-un 3-10%-i, inkişaf etməkdə olan ölkələr­də 15-65%-i, Müstəqil Dövlətlər Birliyi ölkələrində isə təxminən 35-40%-i «gizli» iqtisadiyyatın payına düşür.
Cəmiyyətdə gəlirlərin qeyri-bərabər bölgüsünə, əha­linin sosial təbəqələşməsinin dərinləşməsinə, ayrı-seçkilik meyllərinə yol verilməsinə qarşı etiraz edən iqti­sad­çılar, siyasətçilər, mütəxəssislər göstərirlər ki, qanunların elan etdiyi hamı üçün bərabər imkanlar hüququ, «demokra­tiyanın gözəl və boş sözlərindən başqa bir şey deyildir». Çünki, «əhalinin müəyyən hissəsinin mənzili olmadığı, eh­ti­yac içərisində yaşadığı, hətta aclıq çəkdiyi, di­gər­lə­ri­nin isə var-dövləti başından aşdığı bazar münasibətləri iqtisadi sistemi» müasir demokratiya prinsiplərindən çox uzaqdır.
Başqa bir qrup iqtisadçı ölkə əhalisinin gəlirlərinin qeyri-bərabərliyinin, yaşadığımız cəmiyyətdə bərabərlik və səmərəlilik anlayışlarının sosial-iqtisadi mahiyyətinin, habelə əsl mənasının ziddiyyətli izahında axtarırlar. Onlar qeyd edirlər ki, bazar münasibətləri iqtisadi sistemi şə­raitin­də bu mühüm problem mücərrəd «ədalət prinsipləri müstəvisində deyil, real iqtisadi səmərəlilik əsasında həll olunmalıdır».
Müasir elmi və siyasi dairələr arasında belə bir meyl xüsusi narahatlıq doğurur ki, yüksək inkişaf etmiş ölkələrlə orta dünya iqtisadi göstəriciləri, eyni zamanda zəif inkişaf etmiş ölkələrin əhalisinin həyat səviyyəsi arasındakı fərqlər azalmaq əvəzinə, əksinə tədricən art­ma­ğa doğru gedir. Hazırda beynəlxalq təşkilatların məlumat­la­­rına görə dünya əhalisinin ən varlı və ən yoxsul 10 faizi­­nin həyat səviyyəsi arasındakı fərq xeyli artaraq 25:1 nisbətində ölçülür. Başqa sözlə ən varlı ailənin 1 gün­lük gəliri, ən yoxsul ailənin təxminən 1 aylıq gəlirinə bərabər­dir. Şübhəsiz, bu xoşagəlməz meyl milli və qlobal miqyas­da sosial gərginliyinin artmasına ayrı-ayrı qrup ölkələrin arasında ziddiyyətlərin kəskinləşməsinə, cəmiy­yətin müx­təlif təbəqələrinin həyat səviyyəsindəki fərqlə­rinin daha da dərinləşməsinə səbəb olur.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin