C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Həyat səviyyəsi və onun göstəriciləri



Yüklə 2,89 Mb.
səhifə81/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   114
C fakepathelave vesait

12.3.Həyat səviyyəsi və onun göstəriciləri


Əhalinin həyat səviyyəsi dedikdə, insanın yaşaması üçün zəruri sayılan, maddi və mənəvi nemətlərlə onun tə­min edilməsi, habelə müxtəlif təyinatlı tələbatlarının ödə­­nilməsi başa düşülür. Deməli, həyat səviyyəsi anlayışı, əhalinin əmək (iş), yaşayış (məişət) və istirahət (dincəl­mək) kimi cəhətlərinin kompleksindən ibarətdir.
Həyat səviyyəsi anlayışı, bir tərəfdən insanla­rın tə­ləbatlarının inkişaf səviyyəsini, digər tərəfdən isə həmin tələblərin kəmiyyət baxımından necə ödənildiyini göstərir. Aydındır ki, həyat nemətlərinin tərkibi çox müxtəlif və rəngarəngdir. İnsanlara çox şey lazımdır və ümumiyyətlə onun tələbatı hüdudsuzdur. Şair demişkən, «arzunun özün­dən doğur arzular!». Eyni zamanda, ölkədən, iqlim şə­raitin­dən, coğrafi mühitdən, milli mentalitetdən asılı ola­raq, əhalinin və ayrı-ayrı insanların tələbatları dəyişir. Şübhəsiz, əhalinin həyat səviyyəsi göstəricilərinin dəyiş­mə­si, onun yüksələrək yaxşılaşması və aşağı düşərək pis­ləş­məsi ilk növbədə - iqtisadi sistemdən, orada həyata ke­çi­rilən sosial siyasətdən, ümumiyyətlə dövlətin iqtisadi si­yasət strategiyasından, insanlar haqqında necə qayğı gös­tərilməsindən xeyli asılıdır.
BMT-nin tövsiyəsi ilə həyat səviyyəsi anlayışı aşa­ğıdakı 12 qrup göstərici əsasında müəyyənləşir:

  1. Əhalinin demoqrafik vəziyyəti.

  2. Həyat şəraitinin sanitar-gigiyena göstəriciləri.

  3. Ərzaq məhsullarının istehlakı.

  4. Mənzil və kommunal şəraiti.

  5. Təhsil və mədəni səviyyə.

  6. Əhalinin məşğulluğu və iş şəraiti.

  7. Əhalinin gəlirləri və xərcləri.

  8. Ölkədə qiymətlərin səviyyəsi və yaşayış şəraiti.

  9. Nəqliyyat vasitələrinin inkişaf səviyyəsi.

  10. İnsanların istirahətinin təşkili.

  11. Sosial təminat məsələləri.

  12. İnsan azadlığı, şəxsiyyətin siyasi və iqtisadi sər­­­bəstliyi.

Bütün sivil dövlətlər çalışırlar ki, həyata keçir­dik­ləri sosial-siyasət xətti vasitəsilə, ölkə əhalisinin müxtəlif təbəqələrinin yaşayış şəraitindəki fərqləri «yumşaltsınlar».
Bunun üçün bütün sivil ölkələrdə yaşayış minimumu müəy­yən olunur.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin