C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Gəlirlərin bölgüsündəki qeyri-bərabərlik, yox­sul­luq və dövlət tənzimlənməsi tədbirləri



Yüklə 2,89 Mb.
səhifə83/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   114
C fakepathelave vesait

12.4. Gəlirlərin bölgüsündəki qeyri-bərabərlik, yox­sul­luq və dövlət tənzimlənməsi tədbirləri

Ölkə əhalisinin müxtəlif sosial təbəqələrinin, ayrı-ayrı qrupların, ailələrin gəlirlərinin qeyri-bərabərliyi və bu prosesin yaratdığı ziddiyyətli ictimai-iqtisadi nəticələrdən biri sayılan yoxsulluq problemi, habelə onun aradan qal­dırılması ciddi qlobal problem kimi qarşıda durur.


Yoxsulluq anlayışının elmi-nəzəri tərifini vermək, şərti və nisbi xarakter daşısa da, mütəxəssislərin fikrincə, hər hansı bir ölkədə konkret şəxs (fərd) yaxud ailə öz gə­liri ilə əsas ehtiyaclarını ödəyə bilmirsə, yoxsul sayıl­ma­lıdır. Aydındır ki, hər bir şəxsin və ailənin tələbatı isə xeyli fərqli olub, müxtəlif şərtlərlə bağlıdır. Həmin şərtlər sırasında zövq, ailənin say tərkibi, təhsil səviyyəsi, insan­ların yaşı, cinsi, sağlamlığı kimi amillərin də müəyyən ro­lu vardır.
Beynəlxalq təşkilatların və BMT-nin hesabla­ma­larına görə, müasir qidalanma normalarına əsasən, işləyən ailə üzvlərinin hər nəfərinə gündə 2 dollar, işləməyənlərə isə gündə 1 dollar düşürsə, deməli həmin ailə yoxsuldur.
XXI əsrin əvvəllərində ABŞ hökuməti, ölkə vətən­daşı­nın və ailənin «yoxsulluq dərəcəsini», yaxud «yoxsul­luq səviyyəsini» belə müəyyənləşdirmişdir:

  • 1 nəfərdən ibarət ailə ildə 9.039 dollar (ayda 753 və gündə 2,5 dollar) qazanırsa, ABŞ standartlarına görə yoxsul sayılır.

  • 4 nəfərdən ibarət ailə ildə 18.104 dollar (ayda hər nəfərə 377 və gündə 12,6 dollar) qazanırsa, o yoxsuldur.

  • 6 nəfərdən ibarət ailə ildə 24.195 dollar (ayda hər nəfərə 335 və gündə 11,2 dollar) qazanırsa, o yoxsuldur.

Bu məlumatlara əsaslanan siyasətçilər, sosioloqlar, iqtisadçılar göstərirlər ki, hazırda Birləşmiş Ştatların 310 milyon nəfəri ötən əhalisinin 30 milyon nəfərindən çoxu, yəni 10-12 faizi ABŞ standartlarına görə yoxsulluq həd­dində yaşayır.
Dünyanın digər ölkələrinə gəldikdə bu rəqəm əhali­nin ümumi sayının l-3 faizindən (Hollandiya, Norveç, İr­lan­diya, İsveçrə, Ərəb dövlətləri), 70-90 faizə qədər (Asi­ya, Afrika qitəsi, Cənubi Amerikanın bir sıra dövlətləri) kəskin surətdə dəyişir. Azərbaycan Respub­li­kasında müs­tə­qillik illərində yoxsulluq səviyyəsi ötən əsrin 90-cı illə­rinin ortalarında 70 faiz olduğu halda, XXI əsrin birinci onilliyinin sonunda rəsmi statistika məlumatlarına görə bir neçə dəfə aşağı düşərək 9-10 faiz təşkil etmişdir. Beynəl­xalq təşkilatların və müstəqil ekspertlərin müqayisəli me­tod­larla hesablamalarına görə bu rəqəm daha yüksək bir faiz təşkil edir.
Səmərəlilik və rəqabət prinsiplərinə əsaslanan, müasir bazar iqtisadi münasibətləri sistemi şəraitində fəaliy­yət göstərən, müxtəlif istiqamətli, habelə modelli dünya iqti­sa­diyyatında əhalinin gəlirlərindəki qeyri-bərabərliyi müəy­yən­ləşdirmək, ailələrin yoxsulluq səviyyəsini dəqiqləş­dir­mək üçün başqa tip qruplaşmalardan da istifadə olunur. Həmin təsnifata əsasən, ölkə əhalisinin gəlirləri ilə onların yoxsulluq səviyyəsi arasındakı əlaqəni aydınlaşdırmaq üçün 5 qrup prinsipindən (qaydasından) istifadə olunur:


  1. Yüklə 2,89 Mb.

    Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin