C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


XIV FƏSİL. BEYNƏLXALQ İQTİSADİ – TİCARƏT ƏLAQƏLƏRİ



Yüklə 2,89 Mb.
səhifə93/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   114
C fakepathelave vesait

XIV FƏSİL. BEYNƏLXALQ İQTİSADİ – TİCARƏT ƏLAQƏLƏRİ


14.1.Beynəlxalq iqtisadi – ticarət əlaqələrinin mahiyyəti və prinsipləri

Beynəlxalq iqtisadi-ticarət əlaqələri və dünyanın ayrı-ayrı ölkələri arasında hələ qədim dövrlərdən yaranmış müxtəlif məhsulların mübadiləsi prosesi böyük bir inkişaf yolu keçərək, indiki görünməmiş səviyyəyə çatmışdır. Mütəxəssislərin hesablamalarına görə hazırda dünyada 40 milyon ad və növdə məhsul-xidmətlər istehsal olunur. Pla­netin illik məhsul və xidmətlərinin dəyəri 60 trilyon dol­ları ötür. Beynəlxalq ticarət dövriyyəsinin ümumi həcmi­nin 30 trilyon dolları keçdiyi nəzərə alınarsa, dünya ölkə­lərinin məhsul və xidmətlərinin 47 faizə qədərinin bey­nəl­xalq bazarlarda reallaşdırıldığı aydın olar. Dünyanın xarici ticarət dövriyyəsinin təxminən yarısı ixracın, yarısı isə idxalın payına düşür.


XVII əsrdən başlayaraq, tədricən dünya bazarının formalaşması, beynəlxalq ticarət əlaqələrinin genişlənib-dərinləşməsinə güclü təkan vermişdir. Bu inkişaf ilk növ­bə­də dünya miqyasında «sənaye çevrilişi, yaxud inqilabı», yeni torpaqların zəbt olunması, müstəmləkə sisteminin for­malaşması, elmi-texniki tərəqqi, xüsusilə daha mü­kəm­məl nəqliyyat vasitələrindən istifadə edilməsilə bağlı ol­muş­dur. Ölkələr və xalqlar arasında əlaqələndirici körpü rolunu oynayan ticarət münasibətləri gah zəifləmiş, gah da güclənmiş, lakin həmişə davam etmişdir. Şərq müd­rik­lərinin dedikləri kimi «elm mübahisəsiz, hakim siyasətsiz, ölkə ticarətsiz yaşaya bilməz».
Beynəlxalq ticarətin əsasını, mahiyyətini beynəl­xalq əmək bölgüsü təşkil edir. Bu o deməkdir ki, dünya­nın ayrı-ayrı ölkələri öz coğrafi-strateji mövqeyi, təbii sər­vət­ləri, iqtisadi resursları, əhalinin əmək-peşə qabiliyyəti ilə bağlı ixtisaslaşdığından, dünya bazarına yalnız müəy­yən qrup əmtəə-xidmətlər çıxara və oradan da lazım olan məhsulları ala bilərlər.
Beynəlxalq ticarət əlaqələrinin əsasında A.Smitin «mütləq üstünlüklər» və bu ideyanın daha da inkişafı olan D.Rikardonun «müqayisəli üstünlüklər» konsepsi­ya­ları durur. A.Smit hesab edirdi ki, hər hansı bir ölkənin xarici ticarətdən iqtisadi faydası, heç də digər ölkənin zərəri (uduzması, ziyanı)demək deyildir. Çünki bey­nəl­xalq ticarət həm mal satan, həm də alan ölkələrin hamısına fayda gətirə bilər. O, ticarətin sərbəst olması ideyasını müda­fiə etmiş və göstərmişdi ki, beynəlxalq ticarət vasitə­si­lə müxtəlif ölkələrin varlanması, bütövlükdə dünya tə­sər­rüfat həyatının inkişafına xidmət edir.
Beynəlxalq ticarət əlaqələri problemi ilə yaxından məşğul olmuş D.Rikardo «müqayisəli üstünlüklər» nəzə­riy­yəsində əsaslanmışdır ki, müxtəlif ölkələr eyni adlı sə­na­ye, kənd təsərrüfatı, sənətkarlıq məhsulları istehsal edib beynəlxalq bazara çıxarsalar da, həmin məhsulların qiy­mət­lərində fərqlərin olması təbiidir. Bu mənada, obyektiv-subyektiv səbəblər üzündən, hər hansı bir ölkədə elə məh­sul­lar hazırlamaq mümkündür ki, onun istehsalı başqa öl­kə­lərə nisbətən daha ucuz başa gəlsin. Həmin ölkə, məhz bu tipli məhsulların istehsalı və satışı-ixracı üzrə ixtisas­laş­maqla, başqaları ilə müqayisədə müəyyən nisbi üstün­lük­lər əldə edir. Zaman keçdikcə bu sahədə müxtəlif, bə­zən isə ziddiyyətli fikirlər söylənmiş və ideyalar irəli sü­rül­müşdür.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin