C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Müasir beynəlxalq iqtisadi-ticarət



Yüklə 2,89 Mb.
səhifə96/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   114
C fakepathelave vesait

14.3.Müasir beynəlxalq iqtisadi-ticarət
əlaqələrinin meylləri

Beynəlxalq ticarət əlaqələrinin dinamik inkişafının təhlili göstərir ki, ölkələr arasında iqtisadi körpü və qar­şı­lıq­lı faydalı əməkdaşlıq münasibətləri yaradan bu mühüm istiqamət, ötən əsrin ikinci yarısından başlayaraq özünün bir sıra xüsusiyyətləri, habelə meylləri ilə fərqlənmişdir. Həmin meyl və səciyyəvi xüsusiyyətlər sırasında aşağı­da­kıları qeyd etmək olar.


Birincisi, müəyyən illər istisna olmaqla, XX əsrin ikinci yarısından başlayaraq XXI əsrin birinci onilliyinə qədər olan dövr - dünya iqtisadi-ticarət əlaqələrində yük­sə­liş mərhələsi kimi xarakterizə olunur. Ötən əsrin 40 ili ərzində (1900-1940) dünya ticarət dövriyyəsinin ümumi həcmi 2 dəfədən bir qədər çox artmışdısa, həmin əsrin ikinci yarısında bu artım 35 dəfə çoxalmışdır. 1970-ci ildə beynəlxalq ticarətin ümumi həcmi 0,3 trilyon dollar, 1980-ci ildə 2 trilyon dollar, 2000-ci ildə 10 trilyon dollar ol­muş­dusa, 2011-ci ildə bu rəqəm təxminən 30 trilyon dol­lar təşkil etmişdir.
Beynəlxalq ticarət əlaqələrinin belə görünməmiş bir sürətlə artması, ilk növbədə həmin dövrdə dünyadakı iqtisadi yüksəlişlə bağlı olmuşdu. II dünya müharibə­sin­dən sonra Planetin siyasi-iqtisadi mənzərəsində baş vermiş köklü dəyişikliklər, beynəlxalq əmək bölgüsünün geniş­lə­nib-dərinləşməsi istiqamətindəki mütərəqqi meyllər, öl­kə­lər arasındakı əlaqələrin zəruriliyi, bu münasibətlərin yük­sələn bir xətlə inkişafını təmin etmişdir.
İkincisi, beynəlxalq ticarətin illik artım tempi ilə dünya ümumi məhsul-xidmətlər istehsalının artım tempi arasında, əvvəlki dövrlərdən fərqli nisbətlər formalaşmağa başlamışdır. 1913-1937-ci illərdə dünya ölkələrinin ümu­mi istehsalı 43 faiz, onların ixracı 19 faiz artdığı halda, sonrakı illərdə bu nisbət tədricən xarici ticarət əlaqələrinin xeyrinə dəyişməyə başlamışdır. 1954-1963-cü illərdə dün­ya ölkələrinin ümumi istehsalı 5,2 faiz; beynəlxalq ticarət əlaqələrinin həcmi 7,1 faiz; 1964-1973-cü illərdə müvafiq surətdə 5,7 və 8,7 faiz; 1974-1990-cı illərdə 4,1 və 9,4 faiz təşkil etmişdi.
XX əsrin sonlarında (1998-2000-ci illər) bey­nəl­xalq ticarət əlaqələrinin artım tempi aşağı düşsə də, lakin XXI əsrin əvvəllərindən başlayaraq, beynəlxalq ticarət döv­riy­yə­si­nin artım tempi, dünya istehsalının ümumi ar­tım tempini ötməyə başlamışdır. Son 10 ildə dünyada ümu­mi məhsul is­tehsalı hər il orta hesabla 2,5-3 faiz artdığı halda, bey­nəl­xalq ticarət dövriyyəsinin artım tempi 4-5 faiz olmuşdur.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin