C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə99/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   114
C fakepathelave vesait

Səkkizincisi, hazırda dünya bazarında orta-xırda ixrac və idxalla məşğul olan şirkətlərin fəaliyyətlərinin məhdudlaşdırılması prosesi müşahidə olunmaqdadır. Təd­ricən xarici ticarət əlaqələrinin iri və nəhəng inhisar bir­lik­lə­rinin əlində mərkəzləşməsi güclənməkdədir. Bu sahədə istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənar­da, beynəlxalq bazarda geniş əlaqələrə malik transmilli korporasiyaların rolu durmadan artmaqdadır. Hələ ötən əsrin 80-ci illərindən başlayaraq, TMK-lar ABŞ-ın ümumi ixracının 84 faizini və idxalının isə 60 faizini öz nəza­rətləri altına ala bilmişdilər. Sonralar güclənməkdə olan bu proses hazırda təkcə ABŞ-da deyil, dünyanın başqa öl­kə­lərində də müşahidə olunmaqdadır.
Doqquzuncusu, indi beynəlxalq bazarda rəqabət mübarizəsinin ənənəvi metod və üsulları ilə yanaşı, dəyiş­miş yeni şəraitə uyğun daha düşünülmüş, habelə səmərəli formalarından istifadə olunması meylləri geniş yayılmaq­da­dır. Əvvəllər rəqabət mübarizəsində həlledici rol oy­na­mış qiymətlə rəqibi tədricən zəiflətmək və sonra tamamilə bazardan çıxarmaq taktikası, artıq ikinci dərəcəli amilə çevrilmişdir. Müasir elmi-texniki nailiyyətlərdən hərtərəfli istifadə, inteqrasiya və qloballaşma şəraitində rəqabət mü­ba­rizəsinin «ağırlıq mərkəzi», yüksək keyfiyyət, texniki yenilik, etibarlılıq, dizayn xüsusiyyətləri, məhsulun eko­loji cəhətdən saflığı kimi göstəricilərinin üzərinə keçirilir.
Onuncusu, beynəlxalq ticarətin yeni meyllərindən biri də ondan ibarətdir ki, hazırda dünya bazarına vaxtilə olduğu kimi ayrı-ayrı dövlətlərin öz daxili tələblərindən «artıq məhsul» çıxarması dövrü başa çatmışdır. İndi ölkə­lər arasındakı ticarət əlaqələrində qabaqcadan razılaşdırı­lmış sifarişlər sistemi, bağlanmış sazişlər və müqavilə­lər, habelə onların dəqiq yerinə yetirilməsi başlıca şərtdir.
Müasir mərhələdə beynəlxalq ticarət əlaqələri siste­min­dəki yeni meyllər sırasında xidmət (servis) ixracının sürətlə artmasını, bacarıqla təşkil olunmuş reklam işini, satışdan sonrakı xidmətin səviyyəsini, dövlət sifarişlərinin rolunu, iqtisadi əməkdaşlıqdan siyasi məqsədlər üçün isti­fadə etmək taktikasını da nəzərə almaq lazımdır.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin