Caббaр Mяммядов



Yüklə 3,53 Mb.
səhifə15/33
tarix21.10.2017
ölçüsü3,53 Mb.
#6984
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

III.2.3.Sanksiya



«İnsanları yaxından tanıdıqca heyvanlardan daha çox xoşum gəlməyə başlayır»

Hitler
III.2.3.1. Müsbət sanksiyalar 154

III.2.3.2. Mənfi sanksiyalar 155

III.2.3.2.1. Psixi diversiya 155

III.2.3.2.2. Siyasi-inzibati diversiya 157

III.2.3.2.3. İqtisadi diversiya 157

III.2.3.2.4. Hüquqi diversiya 160

III.2.3.2.5. Texniki diversiya 161

III.2.3.2.6. Hərbi (fiziki) təzyiq 165

III.2.3.2.6.1. Psixotron silahlar 166

III.2.3.2.6.2. Psixotrop preparatlar 168

III.2.3.2.6.3. Partlayıcı maddələr (eksplozivlər): 169

III.2.3.2.6.4. Kimyəvi silahlar 169

III.2.3.2.6.5. Bioloji (bakterioloji) silahlar 170

III.2.3.2.6.6. Tektonik silahlar 170

III.2.3.2.6.7. Genetik silahlar 171

III.2.3.2.6.8. Zoo – silahlar 171

III.2.3.2.6.9. «Humanist» adlandırılan müasir bəzi silah növləri 172
Doğulduğu ilk gündən istənilən insanın daxilində onun özü ilə birlikdə elə nəhəng, gizli, sirli bir qüvvə də dünyaya gəlir ki, sonradan bu qüvvə bütün həyatı boyu onun fəaliyyətinə nəzarət edir, onun bütün davranış və düşüncəsinin istiqamətini müəyyənləşdirir. İnsan fəaliyyətlə məşğul olduqda bu qüvvə ona sevinc və səadət, fəaliyyətdən qaldıqda isə – iztirab, işgəncə və ölüm gətirir.

Həmin gözəgörünməz, sirli daxili qüvvə – insanın tələbatlarıdır. Bu tələbatlar kitabın əvvəlində sadalanmışdı. Həmin tələbatların ödənilməməsi – insanın əzabına, iztirabına, narahatlığına, depressiyasına və s., ödənilməsi – sevinc hissi keçirməsinə, həzzinə, daxili rahatlığına, hər sahədəki potensiyasının yüksəlişinə, bir sözlə, xoşbəxtliyinə səbəb olur. Zira, xoşbəxtlik – insan tələbatlarının ödənilməsidir (İnsanın özündə və ya övladında meydana çıxan müxtəlif kompleksləri Freyd yeganə olaraq seksual sfera ilə əlaqələndirirdisə də, əslində, onlar bütün bu tələbatların hamısının bir və ya bir neçəsinin ödənməsindəki uzunmüddətli problemlərlə əlaqədardır).

Liderlər məhz insanın tələbatlar deyilən həmin bu ‘‘zəif nöqtələri»ni görməyi və onlarla manipulyasiya etməyi məharətlə bacarırlar.

Siyasətdə – maraq, fəlsəfədə – motiv, psixologiyada – stimul, ədəbiyyatda – arzu, amal, istək, ehtiyac, səbəb, məqsəd və s. adlandırılan bu tələbatlarla manipulyasiya etməyin metodusa birdir: öz tələbatları ilə qarşı tərəfin tələbatları arasında funksional asılılıq yaratmaq və bu birincini ikincinin şərti kimi təqdim etmək. Başqa sözlə, öz iradəsini, istəyəni ətrafdakılar (və ya konkret şəxs) üçün fəaliyyət norması, proqramı kimi təqdim edib, bundan bütün kənaraçıxma hallarını sanksiyalaşdırmaq: ona riayət edən şəxsin hansısa ehtiyac hiss etdiyi zəruri bir tələbatını ödəməklə onu mükafatlandırmaq, riayət etməyən şəxsin hansısa ehtiyac hiss etdiyi zəruri bir (ya bir neçə) tələbatının ödənilməsini dayandırmaqla (və ya başqa yerdən ödənməsinə mane olmaqla) onu cəzalandırmaq. Özü də liderlər üçün bu «cəza» və «mükafat» alətləri həmişə maddi və fiziki formalardan fərqlənir və buna görə də, başqaları üçün həmişə qaranlıq, möcüzəli, fövqəladə və gizli bir qüvvə kimi görünür.

Mexanizmin liderlərdən başqa heç kimə məlum olmayan, lakin gündəlik həyatda öz işini qaydaya salmaq üçün hər kəsin ayrı-ayrı vaxtda, təsadüfən, qeyri-şüuri istifadə etdiyi bu «cəza» və «mükafat» alətlərinin məcmusu aşağıdakılardır:

1) Fizioloji tələbatlarla manipulyasiya:

Müsbət fizioloji sanksiyalara aiddir: insanın qidaya, suya, havaya, istirahətə və s. olan tələbatlarını ödəmək. Mənfi fizioloji sanksiyalara aiddir: insanı bunlardan məhrum etmək, gəlir yerlərini bağlamaq, sağlamlığına xəsarət toxundurmaq, hətta virusla yoluxdurmaqla olsa da belə; və s;

2) Emosional tələbatlarla manipulyasiya:

Müsbət emosional sanksiyalara aiddir: Hər vasitə ilə müsbət emosional hisslər, yaşantılar keçirməsinə nail olmaq; Mənfi emosional sanksiyalara aiddir: Yer-yerdən ona emosional travma vurmaq, hər vasitə ilə onun mənfi hisslər, yaşantılar keçirməsinə nail olmaq;

3) İntellektual tələbatlarla manipulyasiya:

Müsbət intellektual sanksiyalara aiddir: tərəf-müqabilə hansısa onun üçün həyati əhəmiyyət kəsb edən bir informasiyanı vermək və ya başqa bir yerdən almasına yardım göstərmək, işinə kömək edəcək sirri açmaq, zəruri ideya vermək, problemlərindən çıxış yolu göstərmək və s. Mənfi intellektual sanksiyalara aiddir: ona hər hansı həyati əhəmiyyətli informasiya verməkdən imtina etmək və ya almaqda maneçilik törətmək, faktları ona yarımçıq, təhrifolunmuş formada təqdim etmək və ya həqiqətdə heç olmayan faktlar (dezinformasiya) vermək və s. Bir sözlə, məntiqi analiz və nəticəçıxarma qabiliyyətinə hər vasitə ilə zərbə vurmaq, fikirlərinin cərəyan istiqamətini azdırmaq;

4) İradi tələbatlarla manipulyasiya:

Müsbət iradi sanksiyalara aiddir: qurmasına, yaratmasına, təşkil etməsinə, bir sözlə, hər cür özünüifadəsinə kömək göstərmək, hətta adi söhbət etməsinə, ideya verməsinə və s.-ə qədər; Mənfi iradi sanksiyalara aiddir: bütün bu sahələrdə ona mane olmaq, hətta adi söhbətlərdə belə, başladığı mövzunun dəstək tapıb, davam etdirilməməsi üçün dərhal mövzunu dəyişmək və s.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin