Caббaр Mяммядов


III.2.3.2.Mənfi sanksiyalar



Yüklə 3,53 Mb.
səhifə17/33
tarix21.10.2017
ölçüsü3,53 Mb.
#6984
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

III.2.3.2.Mənfi sanksiyalar


«Məqsəd – vasitələri bəraətləndirir».

Makiavelli.

Mənfi sanksiyalar həmin bu müsbət sanksiyaların tam əksini təşkil edir.

Sosial sferada, göstərilən tələbatları müxtəlif iqtisadi, siyasi, hərbi, mədəni, texniki və s. maraqlar əvəz edir və buna görə də, burada bu sanksiyalar da müxtəlif iqtisadi, siyasi, hərbi, mədəni, texniki və s. təzyiqlər formasında tətbiq edilir.

Nümunə üçün, məs., Ayrı-ayrı situasiyalarda ayrı-ayrı beynəlxalq normaları əsas götürərək hansısa dövləti günahkar çıxarmaq, onun iqtisadi, siyasi və s. blokadasına nail olmaq, ‘‘daxili işlərinə qarışmamaq’’ pərdəsi altında problemlərinə biganəlik göstərmək, qarışdıqda isə ‘‘ikili standartlardan’’ yanaşmaq, ‘‘obyektiv informasiya vermək’’ pərdəsi altında müxtəlif radiostansiyalar, yaxud digər kütləvi informasiya vasitələri ilə dövlətin beynəlxalq aləmdəki, dövlət rəhbərininsə ölkə daxilindəki nüfuzuna zərbə vurmaq, ‘‘insan haqları’’ pərdəsi altında dövlətin daxili işlərinə qarışmaq, müxalifəti, yaxud digər hər hansı milli, irqi, dini, sinfi, cinsi və s. azlığı dəstəkləmək (bəzən maliyyələşdirmək), bununla da, daxili gərginliyə, zəruri halda üsyana, hakimiyyət çevrilişinə və s. nail olmaq (özü də, bu zaman üsyankar tərəfi mütəmadi olaraq müxtəlif kütləvi informasiya kanalları vasitəsilə zəruri məsləhətlər, fəaliyyət proqramları, kəşfiyyat materialları, analizlər, proqnozlar və s., bir sözlə, «podskazkalarla» təchiz etmək – təbii ki, hansısa siyasi şərhçinin, müxbirin, alimin, anonim mənbəyin və b. dili ilə), ölkə daxilində diversiyalar törətmək, panika, şayiə yaymaq, ölkəni beynəlxalq münaqişələrə cəlb etmək və s. kimi metodlarla dövlətlər öz rəqiblərinə qarşı «soyuq müharibə» aparır, təzyiq göstərir, əks metodlarla isə onlara xidmət göstərənləri mükafatlandırırlar.


Aşağıda bu sanksiya növlərinin təsviri və metodları barədə ətraflı söhbət açılır (əlavə olaraq bax, burada: «Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər» [burada, səh. 200] və «İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli» bəhslərinə [burada, səh. 195]).



III.2.3.2.1.Psixi diversiya

Müxtəlif vasitələrlə rəqibə psixi travmalar vurulur. O cümlədən:

a) Ona emosional travmalar vurulur. Bu məqsədlə: Keçmiş xoş güzəranı, hazırkı problemləri və perspektiv təhlükələri mütəmadi nəzərində qabardılır – məs., təhlükə (zəlzələ, hücum və s.) gözlənildiyi şayiəsini yaymaq və ya real olaraq gözlənilən hansısa xırda bir təhlükənin miqyasını şişirtməklə; Əsəbləri ilə oynayan aksiyalar həyata keçirilir – məs., evinə gecələr anonim telefon zəngləri etdirmək, qəzetlərdə onun adından intim məzmunlu, tanışlıq məqsədli və ya evinin, bağının, maşınının və ya digər nəyininsə satışı ilə əlaqədar müştəri axtarışı elanı verditdirmək; 01, 02, 03, 04 və s. kimi xidməti telefonlara zəng vurub evinə (ələlxüsus, gecə yarısı) təciliyardım, polis, yanğınsöndürən və s. çağırtdırmaq yolları ilə; Gülüş hədəfinə çevriltdirilir; İstədiyi adamla qovuşmasına, arzularının reallaşmasına və s. maneçilik törədilir; əksinə, yaxınlarına ziyan vermək, xəsarət toxundurmaq, əziz bildiyi nəyisə xarab etmək, dağıtmaq və ya ümumiyyətcə, oğurlamaqla ruh düşkünlüyü vəziyyətinə salınır; Onunla münasibət soyudulur, gərginləşdirilir, hətta kəsilir, Ona qarşı hər cür hörmətsizlik, etinasızlıq, laqeydlik, biganəlik, fərqsizlik («Fərqsizlik – nifrətdən də betərdir!»), həqarətli münasibət göstərilir, nümayiş etdirilir – məs., onunla görüşü adi, soyuq, bəzən, hətta gözçevirmə ilə, fikirlərini, hisslərini rişxənd, kinayə, məsxərə, istehzalı gülüş və s.-lə qarşılamaq, adını aşağı statuslu adamlarla bir cərgədə hallandırmaq, ona bunların yanında yer ayırmaq və ya ona aşağı statuslu adamlar vasitəsilə müraciət etmək və s. yolları ilə; Müxtəlif jestlərlə ona əhəmiyyətsizliyi, nəzərəçarpmazlığı çatdırılır – məs., onun bayramlarının, əlamətdar günlərinin təbrikinə ikinci-üçüncü dərəcəli bir şey kimi baxmaq və ya ümumiyyətcə, unutmaq, xahişini, istəyini, onunla bağlı hansı bir epizodu və s. yaddan çıxarmaq və s. yolları ilə; Düşmənlərinə onun yanında hər vəchlə simpatiya nümayiş etdirilir; Qüsurları qabarıqlaşdırılır, vaxtaşırı bunlar tənqid edilir, əksinə, üstünlükləri adi bir şey kimi qəbul edilir; Münasibətdə «Mən» əvəzliyinə daha çox yer verilir, bu söz daha tez-tez işlədilir; Arada olan maddi alış-verişin dəqiq hesabı aparılır; Münasibətlərdə tez-tez pərt, çıxılmaz, namünasib vəziyyətlərə düşməsinə çalışılır və bu vəziyyətdən xilas etməyə təşəbbüs göstərilmir; Onunla hədə-qorxu və ya birbaşa güc dilində danışılır, konfliktlərdə kompromisə gedilmir və öz yerini tanıması üçün tam məğlubiyyətinə qədər mübahisə davam etdirilir;Vaxtaşırı olaraq, panika, affekt, fobii, stress, şok, özünüitirmə, qorxu, vahimə, dəhşət, təşviş və s. kimi mənfi emosional vəziyyətlərə salınır – məs., gözləmədiyi, mahiyyət və mexanizmindən xəbərsiz olduğu, hazırlaşmadığı, əvvəl rastlaşmadığı, vərdişinin, vaxtının, təcrübəsinin, məlumatının, imkanının, çıxış yollarının məhdud olduğu və ya heç olmadığı real və ya illüzion situasiyalara salınır, məs., söhbəti daim onun zəif bildiyi məsələlərin müzakirəsinə yönəltmək, hücumu ona məlum olmayan forma və məzmunda (məs., maska geyinilməsi, holoqrafik yolla qarşısında oddan, sudan və s. xüsusi təhlükə istehkamları çəkilməsi, yolu üstündə dəhşətli səslər imitasiya etdirən qurğular yerləşdirməklə oriyentasiyasının çaşdırılması və s. yolu ilə), o cümlədən, ona tanış olmayan vasitələrlə (naməlum silahlar, alətlər, texnologiya və s.-lə) aparmaq metodu, görüntüsü və ya təbliğatı ilə; zərbələri onun gözləmədiyi vaxtda və istiqamətdən endirməklə və s.;

b) Müxtəlif informasiya manipulyasiyaları, dezinformasiya atəşi ilə oriyentasiyası azdırılır, işləri dolaşdırılır, bununla da zehni və praktik fəaliyyətdə dezoriyentasiyasına, gerçəklik barədə qeyri-adekvat, illüzion təsəvvürə malik olmasına, çaşmasına, aldanmasına və s., son olaraq, özünün və yaxınlarının, yaxud istənilən zəruri tərəfin, o cümlədən, dostlarının, həmkarlarının, həmvətənlərinin, müttəfiqlərinin, öz cəbhəsinin, qrupunun, kollektivinin, təbəələrinin, elektoratının, vətəninin, dövlətinin, xalqının, öz hərbi və ya siyasi rəhbərliyinin, hansısa bir güclü şəxsin, qurumun, dövlətin, qüvvənin, tərəfin və s. zövq, baxış və ya maraqlarına, normalarına, prinsiplərinə, dəyərlərinə, ideallarına və s. zidd qərar qəbul edib, addım atmasına, onlara xilaf çıxmasına, xəyanət etməsinə, əleyh köklənməsinə və s. nail olunur;

c) Hər vəchlə özünüifadə tələbatına zərbə vurulur. Bu məqsədlə: Daxili işlərinə və ya şəxsi işlərinə qarışmamaq bəhanəsi, pərdəsi ilə problemlərinə, dərdinə, xəstəliyinə və s. biganəlik, laqeydlik göstərilir, çətinliklərinin həllinə yardım edilmir, bunlarla baş-başa buraxılır; problemlərinin çözümünə müdaxilə etmək zərurəti yarandıqda isə məsələyə ona sərf etməyən kriteriyalardan, standartlardan, etalonlardan, bucaqlardan və s. yanaşaraq onun günahkar çıxmasına, müzakirə, mübahisə, diskussiya, «razborka» və s.-lərdə onun rəqibinin haqlı bilinməsinə, bunlarda ona sərf etməyən qərarlar qəbul olunmasına və s. çalışılır; Sizinlə diskussiya, mübahisə, rəqabətində isə heç vəchlə kompromis, şəxsi güzəşt, öz səhvini etiraf yollarını tutmayıb, arqumentasiyanın və analizin qeyri-korrekt metodlarından istifadə etməklə hər vəchlə məğlubiyyətinə cəhd edilir, tez-tez intellekti və ümumiyyətlə, hər sahədəki qabiliyyəti şübhə altına alınır, o cümlədən, məsuliyyətli məsələlərdə nümayişkaranə şəkildə ona etibar edilmir, yaxud qrupun (kollektivin, cəmiyyətin və s.) taleyüklü məsələlərin müzakirəsindən təcrid edilir, burada rəyi neytrallaşdırılır; Əleyhinə olan hər bir şəxs, hər bir qüvvə dəstəklənir (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 154]); Daim ona sərf etməyən standartlar, kriteriyalar, planlar müdafiə olunur, mövqelər tutulur; əksinə, yaxınlarının psixoloji təzyiqinə nail olmaq və ya müdafiəçilərinin sayını azaltmaq məqsədilə, «bir nəfər hamı üçün, hamı bir nəfər üçün!» prinsipini əsas tutaraq, günahı müqabilində cəza sanksiyaları təkcə ona yox, həm də onun yaxınlarına qarşı tətbiq edilir; Müxtəlif yerlərdə yeri düşdükcə əleyhinə təbliğat aparıb, haqqında mənfi rəy formalaşdırılır; Ona böhtan atılır, haqqında şayiə yayılır, eyibləri, sirləri faş edilir, ələlxüsus bu sirlər onlardan ona qarşı istifadə edə biləcək tərəflərə çatdırılır;

Ümumiyyətcə, istənilən problem, bəla, uğursuzluq son nəticədə psixi effekt törədib ruh düşkünlüyü, çaşqınlıq, depressiya, apatiya, frustrasiya və s. kimi mənfi emosional hallara gətirib çıxardığından, istənilən vasitələrlə işləri dolaşdırılır, fəaliyyəti blokirovka olunur, yer-yerdən bəla yağışına, problem atəşinə tutulur, o cümlədən:



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin