XÜLASƏ
Əhatə edİlən məsələlər
Bu qayda kooperasiya sazişlərini, mədəni irs qurumları ilə hökümət, yerli hökümət və özəl sektor arasında konsorsium və əməkdaşlıq məsələlərini əhatə edir.
SİYASƏT
İctimai tələbatı qlobal bir məhfum kimi qəbul edilməsi dedikdə, irs institutları mədəni əməkdaşları ilə olduğu kimi digər yerli dövlət qurumları, təhsil sektoru, agentliklər, dövlətin yerli və regional idarələrlə də birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.
Mövcud coğrafi məkan daxilində xidmətə artan tələbi heç bir təşkilat tək ödəmək iqtidarında deyildir. Əməkdaşlar pullu xidmətləri də əlavə etməli və yaxud maliyyə vəsaitlərinin çatışmadığı yerlərdə xidmətin inkişafına və dəstəklənməsinə təşəbbüs göstərməlidir.
Şəbəkə xidmətlərinin və kibernetika aləmində rəqəmli informasiyaların meydana gəlməsi, gələcəkdə təşkilati maneələri aradan qaldırmağa, əməkdaşlıq və partnyorluq sahəsində yeni addımlar atmağa imkan yaradacaqdır.
Dostları ilə paylaş: |