XÜLASƏ
Əhatə edİlən məsələlər
Bu qayda yeni biznes modellərinin tətbiqi ilə əlaqədardır. Belə ki, muzey, kitabxana və arxivlər rəqəmli xidmətlərin istifadəsini ön plana çəkir və ictimai missiyanı yerinə yetirmək üçün optimal yolları araşdırır.
SİYASƏT
Mədəni irs qurumları kimi muzey, kitabxana və arxivlər müasir dövrlə uzlaşlmalıdırlar. Onlar daxili prossesləri təkmilləşdirməli, resursların istifadəsini səmərələşdirməli, aktivlərdən sistematik istifadə etməklə gəlirləri artırmalı və ictimaiyyətə daha da keyfiyyətli xidmətlər göstərməlidirlər.
Avropa Kommisiyasının “Hamı üçün informasiya cəmiyyəti” yaratmaq məqsədi muzey, kitabxana və arxivlərə yeni imkanlar verməklə yanaşı, texnologiyanın mənimsənilməsinə və təşkilati dəyişikliyə də şərait yaradır. Xüsusən, mədəni institutlar yeni xidmətləri müəyyən etməli və onların dəyərini ödəmək üçün yollar aramalıdırlar. Bütün bunlara nail olmaq üçün muzey, kitabxana və arxivlər yeni biznes modellərinin tətbiqini müzakirəyə qoymalıdırlar. Bu modellər onlara, ilk növbədə, texnologiyaya əsaslanan uğurlu xidmətlər təklif etməyə və daha sonra onlayn vasitəsilə öz kolleksiya və xidmətlərdən istifadə imkanını genişləndirməyə yardım edəcək.
Dostları ilə paylaş: |