XÜLASƏ
Əhatə edİlən məsələlər
Bu qayda işçi heyətindən tələb olunan bacarıq, kadrların qəbulu, təlim və davamiyyətli peşə inkişafı və ötürülə bilən qabiliyyətlər haqqında məlumat verir.
SİYASƏT
Son illər muzey, kitabxana və arxivlərin göstərdiyi xidmətlərdə əsaslı dəyişikliklər diqqəti cəld etmişdi və böyük ehtimal var ki, gələcəkdə işçi heyəti üçün də yeni imkanlar açılacaqdır.
Muzey, kitabxana və arxivlərin işçi heyəti sürətlə inkişaf edən rəqəmli eradan geri qalmamalı, işçi qüvvəsinin yaşlaşması, əhalinin mədəni fərqliliyi əleyhinə olmalı, istifadəçilərin yüksək tələblərini ödəməyi bacarmalı, dəyişkən siyasi gündəmə cavab verməli, büdcənin azaldılması məsələlərini həll edə biləcək qabıliyyətlərə malik olmalıdır.
PRAKTİKİ TÖVSİYƏLƏR
Təcrübəli işçi heyətini cəlb etmək üçün bu sektorun müxtəlif cəlbedici karyera imkanlarına malik marketinqi olmalıdır.
Muzey, kitabxana və arxivlərdə tutduğu vəzifədən asılı olmayaraq işçilər və eyni zamanda könüllülər təlim keçməlidirlər. Universitetdə keçirilən peşəkar təlimlər iş yerinin tələblərinə uyğun olmalıdır. İş təcrübəsində müasir tələblərə və yeni bacarıqlara yiyələnmək imkanı olmalıdır.
Mədəni institutların ümumi məqsəd və problemləri paylaşdığına görə, bütün Avropada möhkəm və canlı mədəni irs sektorunun yaradılması üçün bir-birinə yaxın ötürülə bilən bacarıqların əldə edilməsinə dəstək verməlidir.
GƏLƏCƏK GÜNDƏM
Sürətlə inkişaf edən texnologiya insanları bacarıqlarını dövrün tələbinə uyğunlaşdırmağa çağırır.
Mündəricat
Effektivlik və qiymətləndirmə meyarları
|
Dostları ilə paylaş: |