Praktİkİ TÖVSİYƏLƏR
Hal-hazırda yeni texnologiya və standartlar meydana çıxır və inkişaf edir. Muzey, kitabxana və arxivlər incəsənət sahəsində mövcud vəziyyətdən xəbərdar olmalıdırlar ki, zamana uymayan və ya köhnəlmiş texnologiya və standartları qəbul etməsinlər. Muzey, kitabxana və arxivlər iş planını hazırlamalı və öz sahələrində prioritetləri yaxşı bilməli, xüsusən də kənar məsləhətçi və tədarükçülərdən əldə etdikləri yeni sistemləri və ya tapşırıqları inkişaf etdirməli və bu tələbləri qəbul etməlidirlər.
GƏLƏCƏK GÜNDƏM
Texnologiya sürətlə inkişaf etdikcə ötürmə kanalları daha yığcam və portativ olur. Bu inkişafla bərabər muzey, kitabxana və arxivlərin də təkmilləşməsi çox vacibdir. Bu tələblər maliyyəyə, infrastruktura, işçi heyətinin bacarıqlarına və istifadəçilərin ümidlərinə yeni imkanlar açacaqdır. İşçi heyəti və siyasət hazırlayanlar professional assosiasiyalar, korrespondensiya, qəzet və digər cari informasiya vasitələri kimi texnologiyalardan istifadə edərək müasir tələblərdən geri qalmamalıdırlar. DigiCULT kimi layihələr, xüsusilə, mədəni irs sektoru üçün mövcud və yeni yaranan texnologiyaların qiymətləndirilməsini həyata keçirir və çox mühüm əhəmiyyət kəsb edən informasiya bülletenləri, əyani hesabatlar nəşr edir.
Mündəricat
Dostları ilə paylaş: |