XÜLASƏ
Əhatə edİlən məsələlər
Bu qayda rəqəmləşdirmə prosesində planlaşdırma və iş axını, seçim, kompüter təchizatı və proqram təminatı, formatlar, standartlar, Əqli Mülkiyyət Hüququ(ƏMH), tərtibat, təqdimat və saxlanma kimi məsələləri əhatə edir.
SİYASƏT
“Ənənəvi“ materialların rəqəmləşdirilməsi (sənədlər, foto şəkillər, obyektlər) və rəqəmləşdirilmiş mədəni irs resurlarının yaranması e-Avropalaşma üçün çox faydalıdır. Belə resursların inkişafı muzey, kitabxana və arxivlərdən istifadə etməyən vətəndaşları cəlb etmək üçün yeni və maraqlı imkanlar təklif edir. Xüsusilə, o, yaşadığımız dünyada şəbəkənin yaratdığı bütün imkanlardan istifadə etməyi təklif etməklə, vətəndaşları daha aktiv və bacarıqlı olmağa ruhlandırır. Bu da ümumbəşəri tərəqqidə resurslardan istifadə və yeni resursları yaratmaq bacarığının vacib olduğundan irəli gəlir.
Dostları ilə paylaş: |