XÜLASƏ
Əhatə edİlən məsələlər
Bu qayda hal-hazırda muzey, kitabxana və arxivlərdə artmaqda olan çox nüsxəli rəqəmli materialların təsviri metodları və sistemlərini əhatə edir.
SİYASƏT
İnternetin meydana çıxması müasir dövrdə muzey, kitabxana və arxivlərə artan rəqəmli informasiyanı veb vasitəsilə yaymaq imkanı verdi. Savadlı cəmiyyət, fasiləsiz təhsil və artan stimullar mərkəzi hökuməti elektron vasitələrlə qarşılıqlı əlaqə qurmağa təhrik edir və bütün vətəndaşlar üçün informasiyanın axtarışını mühüm məsələyə çevirir. Rəqəmli informasiyanın qarşılıqlı şəbəkə əlaqələri əsas problemdir. Mədəni irs institutları öz istifadəçilərinə lazımi informasiyanın axtarışında kömək etməlidir və bu proses təsvir ilə başlanır.
Bir çox institutlar şəxsi veb səhifələr və yaxud bəzən xüsusi rəqəmləşdirilmiş programlar əsasında yaradılan yeni multimedia rəqəmli məzmunlar da yaradırlar. (bax rəqəmləşdirmə qaydasına). İnstitutlar bu yeni məzmunu elə təsvir etməlidirlər ki, həm istifadəçilər onlardan asan istifadə edə bilsin, həm də digər rəqəmli məzmunla qarşılıqlı əlaqə yaransın.
Dostları ilə paylaş: |