Bütün ictimai xidmətlərə geniş əlaqə yaratmaqda Avropa İttifaqı müəyyən məqsədlər güdür və bu bütün muzey, kitabxana və arxivlərə öz xidmətlərini elektron variantda çatdırmağa imkan verəcəkdir. Bu da daha böyük auditoriya qazanmaq üçün vətəndaşları cəlb etmək imkanını yaradır. e-Hökumət daha geniş vüsət tapdıqda, İnternetdən istifadə imkanı olmayan şəxslərin daha asan, naqilsiz İnternet əldə etməyə ehtiyacları yaranacaq. Yaxşı olar ki, bu çox sayda binası və mobil xidmət göstərmək imkanı olan bir çox ölkələrin muzey, kitabxana yaxud arxivlərində həyata keçirilsin.