XÜLASƏ
Əhatə edİlən məsələlər
Bu qayda muzey, kitabxana və arxivlərdə tətbiq olunan multimedia xidmətlərinin imkan və potensialı haqqında məlumat verir.
SİYASƏT
Rəqəmli multimedia kompüter texniki proqram təminatı tərəfindən təqdim edilən mətn, qrafik, səs, animasiya və video kimi kombinasiyaları ilə səciyyələndirilə bilər. İstifadəçi həmin təqdim olunmuş formalara nəzarət etdikdə, bu, artıq interaktiv multimediaya çevrilir (bax İnteraktivlik qaydasına).
Avropa İttifaqı və milli dövlət siyasəti muzey, kitabxana və arxivləri informasiya ilə təmin edir və onların diqqətini rəqəmləşdirməyə və multimedia xidmətlərinə yönəldir.
İnformasiya, təhsil, əyləncə, dövlət - bunlar hamısı multimedia formatı ilə təmin edilir və ehtiyacı olan şəxslərə elektron vasitələrlə çatdırılır. Muzey, kitabxana və arxivlər müasir kanallar vasitəsilə informasiyanın çatdırılmasında iştirak etməlidirlər.
Dostları ilə paylaş: |