PRAKTİKİ TÖVSİYƏLƏR
Multimedianın tətbiq olunduğu sahələrə təhsil, treyninq, mədəni kimlik və fərqlilik, turizm, həmçinin fiziki qüsuru olan şəxslərin istifadə imkanı da daxildir. İnfrastruktur, çatdırılma kanalları, İnternet resursları və onlardan istifadə, media axını, video konfranslar, coğrafi informasiya sistemləri və virtual reallığa cavab olaraq praktiki təcrübə standartları meydana çıxır.
GƏLƏCƏK GÜNDƏM
Multimedia resursları kataloq daxilində uyğunlaşdırılacaq və formatından asılı olmayaraq axtarılacaqdır.
E-kitab, e-seriyalar, musiqi, film və s. kimi bəzi resurslar “təchizatçı” sistemlərindən bilavasitə operativ olaraq yükləniləcəkdir.
Belə oxşar resurslar, istifadəçilərin tələblərinə uyğun olaraq mədəni institutlara baş çəkmədən onların şəxsi kompüter və ya FRK-larına birbaşa çatdırılacaqdır.
Mədəni irs institutlarının istifadəçiləri texniki vasitəsilərin köməyilə şəxsi təcrübələrini yüksəldərək virtual reallıqdan həzz alacaqlar.
Mündəricat
Dostları ilə paylaş: |