XÜLASƏ
Əhatə edİlən məsələlər
Bu qayda yanğın və sel kimi fiziki risklərdən çox, rəqəmləşdirilmiş resursların texnoloji təhlükələrdən qorunması ilə əlaqədardır.
SİYASƏT
Təhlükəsizlik - E-Avropa 2005 fəaliyyət planının əsas prinsipi “şəbəkələrin geniş yayılması və istifadəsinə... şəbəkə və informasiyanın təhlükəsizliyinə” yönəldilmişdir.
İstifadəçilərə göstərilən ictimai xidmət və informasiyanın etibarlı və məxfi olması zəruridir. Lakin, təhlükəsizlik və istifadə arasında balans yaradılmalıdır. Təhlükəsizliyin həddindən artıq olması istifadəyə mənfi təsir göstərə bilər, resursların dəyəri təhlükəsizlik ölçüsünün qiymətilə tarazlaşdırılmalıdır.
Təhlükəsizlik prosesi, resursların itməsi və ya oğurlanması, qəsdən və ya təsadüfi dəyişdirilməsinin qarşısını almaqla yanaşı, müəlliflik hüququ, lisenziya və məlumatın qorunması kimi istənilən qanuni tələblərə də uyğun şəkildə təmin edilməlidir.
Dostları ilə paylaş: |