PRAKTİKİ TÖVSİYƏLƏR
İnformasiyanın axtarışı onun necə təsvir olunmasından asılıdır. Bu qayda metaməlumat, terminologiya və obyekt identifikator təsviri kimi mövzuları özündə əks etdirdiyinə görə Resurs təsviri ilə birlikdə oxunmalıdır. Axtarışda istifadə olunan texniologiyaların əksəriyyəti Əsas texnologiyalar və infrastrukturda təsvir edilmişdir.
GƏLƏCƏK GÜNDƏM
Gələcəkdə muzey, kitabxana və arxivlərdə bütün istifadəçilər üçün zəruri olan və daim həcmi artan materiallar yalnız elektron formatda olacaq və onların idarə edilməsinə böyük ehtiyac duyulacaqdır. Bu materiallar çap variantı ilə müqayisədə, daha baha ola bilər, naşir və yayım agentlikləri tərəfindən onlara nəzarət qoyula bilər. Lisenziya vacib bir məsələyə cevriləcəkdir.
Gələcəkdə informasiyanın axtarışı sahəsində böyük inkişaf öz nəticəsini göstərərək mövcud olan sistemləri primitivləşdirəcəkdir. Xüsusi quruluşa malik mürəkkəb robot agentlər metaməlumat, nəzarət olunan sözlüklər və unikal identifikasiyalar vasitəsilə İnternetdə davamiyyətli axtarışı asanlaşdıracaq.
İstifadəçilərin maraq dairələrinə yaxından bələd olan agentlər, onların iştirakı olmadan sorğularını diqqətlə axtaracaqlar. Onlar lazımsız informasiyanı axtarmayacaq və uyğun gələnləri isə harada yerləşdiyindən asıllı olmayaraq nəzərdən qaçırmayacaqlar.
Mündəricat
Dostları ilə paylaş: |