Camalova Xəyalə Baba qızının

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 11.64 Kb.
tarix04.09.2018
ölçüsü11.64 Kb.

Camalova Xəyalə Baba qızının

Fibro liflərlə dispers armaturlanmış beton tərkibinin işlənməsi və istehsal texnologiyasının tədqiqi” mövzusunda 3305.07 - “İnşaat materialları və məmulatları” ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın annotasiyası



Mövzunun aktuallığı.Respublikamızın sürətlə inkişafı inşaat sektoruna da birbaşa öz təsirini göstərmişdir. Hazırda ölkəmizdə tikintinin yüksək templə inkişaf sürəti inşaat materialları istehsal sahəsindən və keyfiyyətindən xeyli dərəcədə asılıdır. Bu isə inşaat materialları sənayesinin qarşısında mühüm vəzifələr qoyur. Belə ki, istehsal olunan materialların keyfiyyətli olması, yerli xammal və materialların tətbiqi ilə daha ucuz başa gəlməsinə diqqətin artırılması və s. vəzifələr ön plana çıxır. Hazırda bina və qurğuların inşasında tətbiq olunan materiallara və məmulatlara daha yüksək tələblər qoyulur. Nəzərə alsaq ki, hazırda inşa edilən bina və qurğularda yüksək istismar göstəricili materialların o, cümlədən müxtəlif təyinatlı betonların tələb edilməsi onların uzunömürlü və dayanıqlı olmasına səbəb olur.

Hazırda inşa edilən bina və qurğuların istismar şəraitindən asılı olaraq müxtəli növ betonlar tətbiq olunmaqdadır. Belə betonların bir növü də fibrobetondur. Fibrobeton qismən az öyrənilmiş, xüsusi ilə ölkəmizdə və öz tətbiq sahəsini geniş tapmamış beton növüdür.



Müxtəlif betonların dispers liflərlə (fibrolar) armaturlamaqla onların istismar göstəricilərinin və uzunömürlülüyünün artırılması mümkündür. Müxtəlif liflərlə armaturlanmış betonla yüksək sürtülməyə qarşıdavamlı, yüksək əyilmə möhkəmliyi, zərbəyə dayanıqlığı ilə fərqlənirlər. Elə ona görədə adi betonun istismar göstəricilərinin yüksəldilməsi və onların yol, örtük və s. yerlərdə tətbiqinin mümkünlüyü istiqamətində görülən işlər aktualdır.

Tədqiqatın məqsədi.Müxtəlif fibrolarıntətbiqi ilə yüksək istismar göstəricili yeni tərkiblifibrobetonun işlənməsi və xassələrinin öyrənilməsi işinəsas məqsədidir.

Tədqiqatın əsas məsələləri:

  • Fibrobetonun tətbiq sahələri və inkişaf yolları;

  • Fibro liflərlə dispers armaturlanmış beton tərkibinin işlənməsi və istehsal texnologiyasının tədqiqi;

  • Sənaye işləri və sınağı;

  • Texniki-iqtisadi səmərəlilik.

Tədqiqatın obyekti və nəzəri müddəaların doğruluğu. Dissertasiya işində nəzərdə tutulan məsələlərin həlli üçün eksperimental və nəzəri tədqiqat üsullarının tətbiqi nəzərdə tutulur.

Tədqiqatın obyekti və predmeti.Tədqiqat obyekti kimi metal və plastik liflər yerli xammal materiallar əsasında yeni tərkibli effektli kompozisiyalı yapışdırıcı materiallar və onlar əsasında hazırlanan fibrobetonlardır.

Elmi yeniliklər:

  • Yeni kompozisiyalı fibrobetonların alınması;

  • Yüksək istismar göstəricili alınan fibrobetonun tətbiq sahəsi;

  • Texniki-iqtisadi cəhətdən səmərəli fibrobeton tərkibinin işlənməsi.

Tədqiqatın praktiki əhəmiyyəti.Yerli xammalvə texnogentullantıların tətbiqi ilə iqtisadi cəhətdən səmərəli və yüksək istismar göstəricili və xüsusi təyinatlı beton tərkiblərinin işlənməsi və tətbiq sahəsinin genişləndirilməsi işin praktiki əhəmiyyətini kəsb edir.
Dissertasiya işinin adı:

Fibro liflərlə dispers armaturlanmış beton tərkibinin işlənməsi və istehsal texnologiyasının tədqiqi

Исследование производственной технологии и состава бетона дисперсно армированного фибра волокнами

Investigation of producing technology and composition of concrete dispersed fiber reinforced with fiber

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə