Canlı sistemlərdə mexaniki hərəkətin qanunları haqqında elmdir. Ġdman biomexanikası idman texnikasının



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix11.05.2022
ölçüsü0,5 Mb.
#115804
1   2   3   4   5   6   7
vdocuments.mx biomexanika-slayd

TƏQƏLLÜSÜNÜN MEXANİKASI
Təbii hallarda mərkəzi sinir sisteminin təsiri altında əzələ sükunət vəziyyətindən 
oyanma vəziyyətinə keçir. Bu zaman əzələdə fəal qüvvə əmələ gəlir ki, bu da əzələnin 
uclarını bir-birinə yaxınlaĢdıraraq onun uzunluğunu azaldır. Bu əzələnin dartı 
qüvvəsidir ki, insanın hər hansı bir hissəsini hərəkətə gətirir. Bu prosesin mahiyyəti 
ondan ibarətdir ki, mərkəzi sinir sistemindən gələn impuls əzələ liflərində oyanma 
prosesin yavadan zaman burada olan enerji ilə zəngin kimyəvi maddələr parçalanır. 
Bu reaksiya zamanı çox miqdarda enerji azad olur, bu enerji əzələdə gərginlik yaradır.
Əgər iĢin Ģəraiti əzələ uclarının bir-birinə yaxınlaĢmasına imkan verirsə, yəni əzlə 
qüvvəsinin təsiri əks qüvvələrin təsirindən yüksəkdirsə, onda əzələ təqəllüsü əmələ 
gələn insan bədənin hər hansı bir hissəsini hərəkətə gətirir.
Buradan məlum olur ki, əzələ hərəkətedicisini bir xemo-dinamik hərərkətedici maĢın 
adlandırmaq düzgün olar. Burada hərəkət potensial enerjinin əmələ gəlməsi 
nəticəsində əldə edilir. Beləliklə, əgər əzələnin dartma qüvvəsi xarici müqavimət 
qüvvəsinə bərabərdirsə, onda əzələnin uzunluğu dəyiĢilmir. Bu cür əzələ təqəllüsü 
izometrik təqəllüs adlanır. Yunan sözü olub izo-bərabər, metr-uzunluq deməkdir. 


Əgər əzələnin dartma qüvvəsi xarici müqavimətə bərabər deyilsə, əzələnin 
uzunluğu dəyiĢir- bu isə anizometrik təqəllüs adlanır.
Əzələ dartma qüvvəsi xarici müqavimətə üstün gəlirsə, əzələ qısalır və ya yığılır 
( ucları bir-birinə yaxınlaĢır ). Bu cür əzələ iĢi üstün gələn təqəllüs adlanır.
Əzələnin dartma qüvvəsi xarici qüvvədən az olarsa, əzələ dartılır uzanır, bu cür 
əzələ iĢi tabe olan təqəllüs adlanır.
Beləliklə, əzələ təqəllüsü zamanı onun mexaniki vəziyyətinin dəyiĢilməsi onun 
fəallığı adlanır. 
Əzələ təqəllüsünün mexaniki xüsusiyyəti müqavimətin dərəcəsindən asılıdır.
Müqavimətin və yaxud yükün dartılması 3 cür dəyiĢiklik əmələ gətirir:
1) Latent dövrü artır. Latent dövrü əzələnin qıcıqlanması ilə onun uclarında 
əmələ gələn mexaniki cavab arasındakı dövrüdür.
2) Əzələdə uzunluğun dəyiĢilmə və ya qısalma dərəcəsi azalır.


3) Əzələnin qısalma sürəti azalır. Bu zaman dartma qüvvəsi ilə əzələ uzunluğunun 
dəyiĢilmə sürəti arasındakı asılılıq tərs mütənasibdir. Tabe olan iĢ zamanı əzələnin 
dartma qüvvəsi həmçinin sürətdən asılıdır. Əgər onun uzanma sürəti yüksəkdirsə
onda onun göstərdiyi qüvvə də çox olacaq.
Əzələ dartılması zamanı potensial enerji toplanır ki, bu enerji sonra tabe olan iĢdən 
üstün gələn iĢ rejiminə keçdikdə hərərkət edən hissənin kinetik enerjisinə çevrilir. 
Beləliklə, əzələnin eyni dərəcədə qıcıqlanma zamanı onun dartma qüvvəsindən 
asılıdır:
a) Onun hazırki momentdə olan uzunluğundan b) uzunluğun dəyiĢilmə sürətindən c) 
stimulyasiyanın baĢlanma momentindən. Ona görə əzələyə verilən eyni sinir impulsu 
əzələnin hansı vəziyyətdə olmasından asılı olaraq müxtəlif mexaniki effekt verəcəkdir. 
Beləliklə, insanın hərəkət fəaliyyəti əsasən oyanmıĢ əzələlərin dartma qüvvəsi və 
onların təqəllüsünün miqdarı ilə təyin olunar. Əzələ mexanikasının əsas qanunları 
aĢağıdakılardır:
1) Veber prinsipi -
bu onunla izah olunur ki əzələ tərkibinə nə qədər çox əzələ lifləri daxil 
olarsa bir o qədər əzələ qüvvəsi çox olar yəni əzələ qüvvəsi baĢqa bərabər Ģəraitlərdə 
onun en kəsiyi ilə düz mütənasibdir.


2) Təqəllüsün miqdarı baĢqa bərabər Ģəraitlərdə əzələ liflərinin uzunluğu ilə düz 
mütənasibdir ( Bernuli prinsipi ). Bu prinsip ona əsaslanır ki, əzələ lifləri nə 
qədər uzun olarsa, əzələ təqəllüsü (qısalması) bir o qədər çox olar.(bir lələkli 
əzələlərdə).
Əzələ gərginliyinin qüvvəsi ona təsir edən sinir impulslarından asılı olaraq 
müxtəlif ola bilər. Nə qədər çox miqdarda əzələni idarə edən hərəki neyronlar 
oyanarsa, bir o qədər əzələ gərginliyinin miqdarı çoxalır. Bundan əlavə, sinir 
impulslarının tezliyindən də əzələ gərginliyinin qüvvəsi artıq.
Əzələ qüvvəsinə və onun iĢ qabiliyyətinə simpatik sinir sistemi əzələ iĢi zamanı 
maddələr mübadiləsi proseslərini idarə edərək onun iĢ qabiliyyətini artırır. 
Əzələ gərginliyinin qüvvəsinə adrenalin hormonu müsbət təsir göstərir:
Deməli, əzələ qısalması ondan yaranan oyanmadan və ona təsir edən yükün 
miqdarından asılıdır.Əzələnin fəal qüvvəsi nə qədər çox olsa və ona əks olan 
xarici qüvvələr nə qədər az olsa,bir o qədər əzələdə qısalma çox olar. Əzələ 
təqəllüsünün gərginliyinin miqdarı və sürəti müvəqqətidir. Əzələ iĢinin 
əvvəlində əzələ təqllüsü gərginliyinin miqdarı və sürəti yüksək olar, ancaq 
yorulma nəticəsində göstəricilərin miqdarı azalır. Ġdman məĢğələlərinin təsii 
altında bu göstəricilər artır, əksinə məĢğul olmayanlarda isə azalır.


ƏZƏLƏ TƏQƏLLÜSÜNÜN MĠQDARI, ĠġĠ VƏ ENERJĠSĠ.
Əgər əzələ anizometrik təqəllüsdədirsə, demək əzələ iĢ görür. Ġzometrik 
təqəllüsdə isə yerdəyiĢmə olmadığından iĢ icra olunmur.
Əzələ təqəllüsünün böyüklüyü də buna oxĢardır. Ġzometrik rejimdə 
təqəllüsünün böyüklüyü "0"-a bərabərdir,anizometrik rejimdə isə əzələ 
uzunluğunun dəyiĢilmə sürətinin hasilinə bərabərdir.
Əzələnin maksimum qıcıqlanma vaxtı təqəllüsün böyüklüyü, onun sürətindən 
asılıdır.
Əzələ təqəllüs edərkən enerji sərf edir ki, bu da iĢə və istiliyə çevrilir. 
Ġzometrik rejimdə mexaniki iĢ bərabər olduqda kimyəvi reaksiyaların 
nəticəsində azad olmuĢ enerjinin hamısı istiliyə çevrilir. Anizometrik rejimdə 
isə enerjinin bir hissəsi mexaniki iĢə sərf olunur, digər hissəsi isə istiliyə 
çevrilir.


ƏZƏLƏNĠN DARTMA QÜVVƏSĠNĠN NƏTĠCƏSĠ
Əzələnin dartma qüvvəsi mexaniki, anatomik və fizioloji Ģəraitlərin birgə 
təsirindən asılıdır. Əsas mexaniki Ģərait yükdür. Əzələyə yük təsir 
etmədikdə onun dartma qüvvəsi ola bilməz. Yük əzələni dartır ki, bu 
zaman əzələ üstün gələn iĢ görür. Yükün artması ilə əzələnin dartma 
qüvvəsi də artır. Əzələ dartılmasının nəticəsində kinematik zəncirin 
hissələri hərəkət edirlər.
Əzələ dartmasını əmələ gətirən anatomik Ģərait, əzələnin quruluĢu 
və onun yerləĢməsidir.
Fizioloji Ģərait isə əsas etibarilə əzələnin oyanması və yorulmasıdır. 
Hər iki faktor əzələyə təsir edərək onun dartma qüvvəsini artıra və ya 
azalda bilər.(Ģəkil 2)


ġəkil 2.  Əzələnin dartma qüvvəsi.  a-yuxarı dayaqda, b-aĢağı 
dayaqda, v-
dayaqsız, q- fiksasiya olduqda.


Biokinematik zəncirdə də bu faktorlar təsir edərək hər bir əzələnin dartma 
qüvvəsinin nəticəsini müəyyən edirlər. Lakin biokinematik zəncirdə bütün 
hissələr bir-birilə əlaqədar olduqları üçün hər hansı bir konkret halda bütün bu 
faktorlar yalnız birlikdə bütöv əzələ iĢinin nəticəsini təyin edir.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin