Canlı sistemlərdə mexaniki hərəkətin qanunları haqqında elmdir. Ġdman biomexanikası idman texnikasının



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix11.05.2022
ölçüsü0,5 Mb.
#115804
1   2   3   4   5   6   7
vdocuments.mx biomexanika-slayd

HƏRƏKƏT APARATININ BİOMEXANİKİ SİSTEMİNİN QURULUŞU VƏ 
VƏZİFƏSİ  ( DAVAM )
3.8 ƏZƏLƏ İŞİNİN NÖVLƏRİ
Mexanika nöqteyi nəzərindən bir qüvvənin təsiri nəticəsində yük yerini dəyiĢirsə, 
buna iĢ deyilir. Lakin fizioloji nöqteyi nəzərindən əzələ daxilində oyanma 
prosesləri varsa deməli əzələ iĢləyir.
Əzələ iĢinin mütəlif növlülüyünün onun dartma qüvvəsi və uzunluğunun 
dəyiĢilməsilə təyin olunur.
Əzələ iĢinin növləri (üstün gələn və tabe olan iĢ) bütün əzələnin uzunluğunun 
dəyiĢilməsilə, yəni qısalıb uzanması və yaxud öz uzunluğunu saxlaması 
xarakteri ilə təyin olunur.


Əzələ iĢinin əsas iki növü vardır. 1) statik iĢ-insanın vəziyyətini saxlayan. 
2) dinamik iĢ - fəal hərəkətləri tərpədən. Bu zaman əzələlər ya qısalır 
(üstün gələn iĢ), ya da uzanır (tabe olan iĢ).
Statik iĢ zamanı əzələlər uzun müddət gərginlik vəziyyətində 
qalırlar, ancaq uzunluqlarını dəyiĢmirlər. Bu zaman nə təqəllüs 
edirlər, nə də dartılırlar. Bu gərginlik mərkəzi sinir sistemi tərəfindən 
gələn impulsların təsiri altında əldə edilir. Deməli statik iĢdə bədən və 
onun hissələri müəyyən vəziyyətdə saxlanılır. Məsələn: fəzada Ģaquli 
istiqamətdə müxtəlif yüklərin Ģtanqın saxlanılması və s. 
Beləliklə, statik iĢ zamanı fəal gərginlik vəziyyətdə əzələlər bədən 
vəziyyətinin dəyiĢilməsinə yönəldilmiĢ qüvvələri tarazlaĢdırırlar.
Dinamik iĢ zamanı fəal əzələ qüvvələri və xarici mexaniki qüvvə 
momentləri bədənə təsir edərək bir-birini tarazlaĢdırmırlar və bunun da 
nəticəsində hərəkət əldə edilir. Bildiyimiz kimi əzələ qüvvə momenti 
əks təsir edən qüvvə momentindən çox olarsa, onda əzələ təqəllüsü 
baĢ verir. Əzələlər bu zaman üstün gələn iĢ görərək yükün və bədən 
hissəsinin yerini dəyiĢirlər.
Dinamik iĢin çox effektli bir forması ballistik iĢdir, yəni çox tezliklə baĢ 
verən hərəkətdir.


Dinamik iĢin üçüncü forması müqavimətə tabe olan iĢdir. Bu zaman əzələ 
qüvvəsinin momenti əks qüvvə momentindən az olur. Və bunun nəticəsində 
əzələ dartılır, maksimum uzanır. Məsələn: yükün aĢağı salınması.
Göstərdiyimiz müxtəlif formalı hərəkətlər müəyyən əzələlərlə idarə edilmir. 
Əksinə iĢin xarakterindən asılı olaraq əzələlərin iĢi dəyiĢə bilər. Müqavimətə 
üstün gələn qüvvə və müqavimətə tabe olan iĢ bir-birini dəyiĢirlər. 
Məsələn, bazu oynağında uzaqlaĢma hərəkəti deltavari və tinüstü əzələlərin 
müqavimətə üstün gəlməsi nəticəsində əldə edilir. Bazunu bu vəziyyətdə 
saxlamaq üçün yenə də bu əzələlər statik iĢ görürlər. bazunu əvvəlki 
vəziyyətə salan isə ağırlıq qüvvəsi olur. Bu zaman həmin əzələlər müqavimət 
təsiri altında dartılaraq bazunun aĢağı hərəkətini idarə edirlər. Və həmin 
əzlələr müqavimətə tabe olan iĢi yerinə yetirirlər.
Beləliklə, bazu oynağında qolun hərəkətinin bütün fazalarında uzaqlaĢdırıcı 
əzələlər iĢ görürlər, bu zaman iĢin xarakteri dəyiĢilir.
Deməli, oynağı idarə edən əzələlər 3 növ iĢ görə bilərlər:


1) Fəal hərəkətləri idarə edərək müqavimətə üstün gəlmək,yaxud dinamik iĢ əldə etmək;
2) Hərəkətləri fəal idarə edərək, bir fazadan o bri fazaya keçməyi əldə etmək, yəni 
dinamik müqavimətə tabe olan iĢi həyata keçirmək;
3) Fəal iĢ gərginləĢərək, əks qüvvələri tarazlaĢdırmaq yəni statik iĢ əldə etmək.
Ayri-
ayri oynaqların və kinematik zəncirlərin iĢinin koordinasiya (saziĢliyi) mərkəzi sinir 
sistemi tərəfindən idarə edilir.


3.9 ƏZƏLƏNĠN ĠġĠNDƏ SĠNERGĠZM VƏ ANTOQONĠZM
Məlum olduğu kimi hər oynaqdan bir neçə əzələ keçir. Oynaqda əmələ 
gələn hərəkəti bir çox əzələnin təqəllüsü nəticəsində əldə edilir.
Əzələnin 2 növ qarĢılıqlı əlaqəsi var: Sinergizm və antoqonizm. Əzələlər eyni bir 
hərəkətdə iĢtirak edir, üstün gələn iĢ görürlər, bunlara sinergistlər deyilir.
Bir-
birinə əks olan müxtəlif hərəkətlərdə iĢtirak edən əzələlər tabe olan iĢ 
görürlər. Bunlara antoqonizlər deyilir.
Həm sinerqist, həm də antoqonistlər hərəkəti təmin edirlər. Əzələlər arasındakı 
sinerqizm və antoqonizm əlaqələri daimi deyil. Funksional anatomiyanın bir 
çox misallarından aydın görünür ki, əzələlərin çoxu hərəkətin dəyiĢilməsilə 
əlaqədar olaraq öz funksiyalarını da dəyiĢirlər. Bir hərəkət üçün sinerqist olan 
əzələlər baĢqa bir hərəkət üçün antoqonist ola bilərlər. Bu isə sinir 
mərkəzlərinin koordinə olunmuĢ iĢi sayəsində əldə edilir.
Bildiyimiz kimi, bir oynaqlı və çox oynaqlı əzələlər vardır. Çox oynaqlı əzələlərin 
təqəllüsü bir neçə oynaqda hərəkət əmələ gətirir.


3.10 
AĞIRLIQ QÜVVƏSĠNĠN VƏ ƏTALƏTĠN ƏZƏLƏ ĠġĠNƏ 
TƏSĠRĠ.
Bədənin ağırlıq qüvvəsi onun yerə olan cazibə qüvvəsidir. Hər bir əzələ iĢi zamanı ağırlıq qüvvəsi 
öz təsirini göstərir. Konkret Ģəraitdən asılı olaraq bu təsir müxtəlif əzələlərin iĢi zamanı müəyyən 
əzələlərin gərginliyi nəticəsində tarazlaĢır. Bu tarazlaĢma qolların qoyuluĢu ilə əldə edilir, yəni 
əzələ qüvvəsi və ağırlıq qüvvəsinin momentləri bərabər olduqda ağırlıq qüvvəsinin qoyulduğu 
nöqtə ağırlıq mərkəzi olarsa, tarazlaĢma əldə edilir. 
Bədənin hər bir hissəsinin ağırlq qüvvəsinin momenti bu hissələr çəkisindən və qüvvə 
qiymətindən ağırlıq xəttinin dayaq oynağından olan ən qısa məsafəsindən asılı olur.
Bədən hissələrinin vəziyyəti dəyiĢən zaman ağırlıq qüvvəsinin çiyin və bununla bərabər 
momentdə dəyiĢir. Ağırlıq qüvvəsinin momentinin dəyiĢməsi nəticəsində əzələlərin dartma 
qüvvəsinin momenti də dəyiĢir. 
Məlumdur ki, bədən hissələrini horizontal istiqamətdə saxlamaq üçün gimnastika hərəkətlərində 
yüksək əzələ gərginliyi lazımdır.


Beləliklə, statik iĢ zamanı bədən hissələrinin ağırlıq qüvvəsinin miqdarı və bu 
hissələrin ağırlıq mərkəzinin yerləĢməsi əzələlərin statik gərginliyinin 
dərəcəsini təyin edir, və bununla da müvafiq hərəkət sinir mərkəzlərinin 
oyanmasının intensivliyini və əzələ iĢinə təsirinin xarakterini müəyyən edir.
Ağırlıq qüvvəsindən baĢqa, əzələ iĢinə ətalət də təsir edir. Ətalət bədənin öz 
sükunət və ya hərəkət vəziyyətini saxlamaq və yaxud da onu qüvvə təsiri 
altında dəyiĢmək xüsusiyyətinə deyilir. Bədəni sükunətdən çıxarmaq üçün və 
ya onun istiqamətini dəyiĢmək üçün hərəkət ətalətinə hərəkətedici qüvvə 
üstün gəlməlidir. Bunlar isə ətalətlərin iĢi vasitəsilə əldə edilir.
4. FĠZĠKĠ HƏRƏKƏTLƏRĠN BĠOMEXANĠKĠ TƏDQĠQAT 
METODLARI
Fiziki hərəkətlərin biomexaniki tədqiqatlarının əsas məqsədi bu hərəkətləri icra 
edən zaman insanın vəziyyətlərini və hərəkətlərini öyrənmək, bu hərəkətlərin 
qanunauyğunluqlarını aĢkara çıxarmaq, icra olunan hərəkətlərin 
xüsusiyyətlərilə onların effektliyi arasındakı əsas möhkəm asılılığı təyin etmək 
və icra edilmə variantlarında daha səmərəli olanları seçməkdir.
Biomexaniki tədqiqatların qarĢıya qoyduğu məsələlər əsas etibarilə nəyi və 
yaxud hansı asılılıqları öyrənməkdən, hansı obyekt üzərində tədqiqat 
aparmaqdan, hansı Ģəraitlərdə və nə kimi üsullarla məlumatları toplamaq və 
onları iĢləməkdən ibarətdir.


Bu məsələləri həll edə biləcək metodlar seçilir ki, bunlar kinematik hərəkətlərin qeyd 
olunmasına, alınmıĢ məlumatların iĢlənməsinə, hərəkət və vəziyyətlərin 
biomexaniki analizinə əsaslanır.
Biomexaniki tədqiqatların xüsusi məsələləri aĢağıdakılaar ola bilər:
a) konkret vəziyyətlər zamanı müvazinət Ģərtlərinin müəyyən edilməsi
b) duruĢun, yəni bədən hissələrinin qarĢılıqlı yerləĢməsinin dəqiq təyin edilməsi,
v) məlum vəziyyət və duruĢların saxlanılması üçün əzələlərin statik iĢlərinin müəyyən 
edilməsi,
q) məlum vəziyyətdə dəyiĢən duruĢlar zamanı əzələ hərəkətlərinin və dinamik iĢinin 
müəyyən edilməsi,
d) məlum vəziyyətlərdə sükutluqla və dəyiĢən duruĢlarda tənəffüs hərəkətlərinin 
Ģəraiti.
Ġnsan bədəninin dinamik Ģöbəsi üzrə:
1) icra olunan hərəkətin strukturasının ( dövrlər, fazalar, hərəkət momentləri) müəyyən 
edilməsi.
2) hərəkət fazalarının vaxt münasibətlərinin təyin edilməsi.
3) bədənin tamlıqda hərəkət xüsusiyyətlərinin (kinematika və dinamikası) xarakteri.
4) oynaqlarda hərəkətlərin xarakteri (bədən hissələrinin kinematika və dinamikası)


5) eyni adlı hərəkətlərin (yeriĢ, qaçıĢ, tullanmalar, üzmə və s.) müqayisəli xarakteristikası.
Bütün bu məsələləri həll etmək üçün bədən və ya onun hissələrinin keçdiyi yolu, bu yola 
sərf olunmuĢ vaxtı, hərəkətin sürətini və onun dəyiĢilməsini ( sürətləndirməni) təyin 
etmək lazımdır.
Bundan baĢqa, bədən və onun hissələrinin çəkisi, hərəkəti əmələ gətirən qüvvələri və s. 
müəyyən etmək lazımdır.
4.1 MÜġAHĠDƏ VƏ TƏCRÜBƏ
Fikizi hərəkətləri öyrənən zaman 2 əsas tədqiqat metodu olan müĢahidə və təcrübədən 
istifadə olunur. Sadə müĢahidə zamanı tədqiqatçı hərəkəti olduğu kimi, onun gediĢinə 
fikir vermədən öyrənir. Bu müĢahidə zamanı hərəkət haqqında ümumi təsəvvür 
yaranır, yəni bədən hissələrinin hərəkəti, onun istiqaməti, amplitudası, sürəti, tempi, 
ritmi, əzələlərin gərginlik dərəcəsi və hərəkətlərin miqdarı haqqında qeyd edirlər. Sadə 
müĢahidə vasitəsilə həkimlər gimnastika, akrobatika, suya tullanma, idman oyunları və 
s. üzrə aparılan yarıĢlarda bir sıra idman məĢqələlərinin icra olunmalarının keyfiyyətini 
müəyyən edirlər. 


MüĢahidə zamanı adi, stenoqrafiya və Ģərtli qeydlərdən istifadə olunur. Belə 
müĢahidənin müsbət cəhəti adi Ģəraitdə (məsələn, yarıĢlarda) öyrənilən 
hərəkət haqqında lazımi məlumatları almaqdadır, çünki bu zaman icra edici 
Ģəxsin müĢahidə olunmasından xəbəri olmur. Mənfi cəhət isə, tədqiqatçı 
tərəfindən hərəkətə verilən qiymətin subyektivliyidir, bu zaman hərəkətin 
yolu, vaxtı, sürəti, əzələ qüvvəsi haqqında dəqiq, obyektiv məlumat almaq 
mümkün olmur. Bu göstəricilər təxmini olaraq qəbul edilir.
Təcrübə, ya da qoyulmuĢ elmi təcrübə ən mühüm tədqiqat metodudur. 
Bunun əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tədqiqatçı öz fiziki 
hərəkətlərin icrası üçün elə Ģəraitlər yaradır ki, bunlar hərəkət texnikasının 
tədqiqatı üzrə qoyulmuĢ məsələni düzgün həll etmək mümkün olsun. Hər 
hansı bir təcrübə zamanı həm müĢahidədən, həm də müxtəlif ölçü 
cihazlarından və foto-kino çəkiliĢlərindən istifadə olunur.


4.2 TƏDQĠQATLARIN MƏRHƏLƏLƏRĠ
Biomexaniki tədqiqatlarda Ģərti olaraq 3 mərhələ ayırd edilir:
1) Hərəkət xüsusiyyətlərinin qeydi,
2) Qeyd nəticələrinin iĢlənməsi,
3) Biomexaniki analiz.
Ġnsan hərəkətlərinin xüsusiyyətlərini qeydə almaqda məqsəd tədqiq olunan 
hərəkəti kinematika və dinamika xüsusiyyətlərini, həmçinin özü haqqında 
kəmiyyət məlumatları (bədən ölçüsü,funksional göstəricilər) almaqdan 
ibarətdir.
Qeydlərin nəticələrinin iĢlənməsi və ya onların cəbri üsulla hesablanması 
müxtəlif faktorlar arasındakı asılılığı, onların düzgünlüyünü təyin etməyə və 
bunların əsasında cədvəl və qrafiklər vasitəsilə analizlər etməyə imkan 
yaradır.Biomexaniki analiz isə hərəkətlərin qanunauyğunluqlarını 
aydınlaĢdırır və nəticələri təyin edir.


4.3 ĠNSAN HƏRƏKƏTLƏRĠNĠN MEXANĠKĠ XÜSUSĠYYƏTLƏRĠNĠ 
ÖLÇMƏK ÜÇÜN CĠHAZDAN ĠSTĠFADƏ EDĠLMƏSĠ.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin