Yolun ölçülməsi - sahənin xarakterini ölçmək üçün sabtimetr lenti, xətkeĢ, ölçü
taxtası, boy ölçən, bucaq ölçən və s. cihazlardan istifadə edilir. Bu cihazların
köməyi ilə bütün məsafəni, ya da məsafənin bir hissəsini, addımın
uzunluğunu, tullanmanın hündürlüyünü təyin etmək olar. Hal-hazırda
mexaniki miqdarı ölçmək üçün elektrik ölçü metodu geniĢ yayılmıĢıdr. Bunun
köməyilə biləvasitə olaraq oynaqlarda hərərkət əyriliyini, bucaq sürətini,
sürətləndirmə əyriliyini və s. qeyd etmək mümkündür.
Vaxtın ölçülməsi - bunun üçün saniyə ölçənlər, xronoskoplar, xronomerlər,
metronomlardan istifadə edilir. Bunların köməyilə bütün məsafəni ya da
məsafənin bir hissəsini, hərəkətin ayrı-ayrı fazalarının davamlığını, dəqiq
vaxtla müxtəlif dərəcələrdə qeyd etmək mümkün olar və hərəkətin sıxlığını
müəyyənləĢdirmək olar. Vaxt göstəricilərini elektro saniyə ölçənlərlə,
fotoelementlərlə və s. qeyd etmək mümkündür.
Sürətin və sürətləndirmənin ölçülməsi - yolun böyüklüyünü və onun keçilmə vaxtı
haqqında məlumatlar əsasında hesablama yolu ilə baĢa gəlir. Əvvəlcə bütün
yolda olan sürəti, sonra isə yolun ayrı-ayrı sahələrində olan sürəti ayırırlar.
Vaxt ərzində sürətin dəyiĢilməsinin miqdarını hesablamaqla sürətləndirməni
almaq olar. Yolu, vaxtı, sürəti və sürətləndirməni əyani olaraq təsvir etmək
üçün qrafiki göstəricidən istifadə edilir.
Qüvvənin ölçülməsi- təsir edən qüvvənin ölçümünü, cismin kütləsi və sürətləndirməni
bilib, ölçməklə əldə etmək olar: F=ma . Əzələ qüvvəsini ölçmək üçün müxtəlif qüvvə
ölçən cihazlarda istifadə edilir. Bu cihazların köməyilə ayrı-ayrı əzələ qruplarının
gərginlik qüvvəsini, istinad nöqtəsinə olan təsirini, miqdarını, təkan, zərbə, sancma və
s. qüvvəsini müəyyənləĢdirmək olar. Bu cihazları 2 növə bölmək olar: birincilər adətən
qüvvənin maksimal əhəmiyyətini, ikincilər isə qüvvənin əyrilik Ģəklində dəyiĢdiyini qeyd
edirlər (dinamoqraf)
FĠZĠKĠ HƏRKƏTLƏRĠN BĠOMEXANĠKĠ TƏDQĠQAT METALLARI ( davam
)
4.4 HƏRƏKƏTLƏRĠN OBYEKTĠV QEYDƏ ALINMASI
Bu metod hərəkətlərin mexanikasını öyrənən zaman olduqda əlveriĢlidir. Hərəkətlərin
qeydə alınması müxtəlif üsullarla ola bilər. Ən sadə üsullardan ayaq ləpirlərinin
kağızda qeyd edilməsi kefaloqrafiya, pnevmoqrafiya və s. Ən dəqiq qiymətli qeydlər
müxtəlif foto çəkiliĢin köməyilə aparılır.
Ayaq izlərini almaq üçün qaçıĢ və ya yeriĢdən qabaq ayaq altına və çəkib, döĢəməyə
salınmıĢ kağız zolağı üzərində qaçmağı təklif edir. Kağız üzərində qalmıĢ izlərdə hər
addımın uzunluğunu, hərəkətin simmetriklərini, ayaqların arasındakı məsafəni ayağın
içəri və bayır tağına təzyiqi və s. düzgün təyin etmək olar.
Kefaloqrafiya insanın müxtəlif Ģaquli vəziyyətlərdə baĢının tərpənmə hərəkətləri
qeydə alınmasıdır. Kefaloqrafiya həmçinin ümumi ağırlıq mərkəzinin
dəyiĢməsini, əzələ qruplarında baĢ verən gərginliyin reflektor dəyiĢikliyini və
s. müəyyən edir.
Pnevmoqrafiya havanın sıxlığının köməyilə qeydə alınmasıdır. Bu metod əsas
etibarilə tənəffüs hərəkətlərini öyrənən zaman istifadə olunur. Bunun üçün
insanın gövdəsi ətrafına kəmər Ģəkilində 3 hava kamerası bərkidilir: döĢ xətti
səviyyəsində - aĢağı döĢ tənəffüsünün qeydi üçün, göbək səviyyəsində-qarın
tənəffüsünün qeydi üçün. Bu hava kameraları rezin borular vasitəsilə
kameraya təbillərlə birləĢdirilir və beləliklə, tənəffüs hərərkətləri (vaxtın qeydə
alınması Ģərtilə) kimoqrafda yazılır.
Sadə foto çəkiliĢi bir anlıq Ģəkil ki, insanın vəziyyəti və duruĢu haqqında təsəvvür
verir. Ancaq hərəkəti öyrənən zaman bir foto Ģəkili kifayət etmir. Mürəkkəb
hərəkətləri qeyd etmək üçün kino və ya tsiklo çəkiliĢi lazımıdır. Tsiklo çəkiliĢ
adi fotoaparatla hərəkətsiz foto plastika üzərində olur.
Kino çəkiliĢi bir anlıq bir-birinin ardınca çəkilən ayrı-ayrı hərəkət anlarının bir
neçə dəfə kinolentə kadrlar Ģəkilində çəkilməsidir. Adətən bir saniyədə 24
kadr çəkilir. Cəld hərəkətlərin öyrənilməsi üçün saniyədə 120-240 kadr çəkilir.
Kino çəkiliĢinin köməyilə fiziki məĢğələlərin icra olunması obyekti və dəqiq
sürətdə qeyd etmək olar.
|