İctimai Vəkillik və Media üzrə mütəxəssis vəzifəsinə
işçi qəbulu haqqında elan
Oxfam təşkilatı ilə əməkdaşlıq edən yerli QHT Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyinə (SİD İB) İctimai Vəkillik və Media üzrə mütəxəssis vəzifəsinə təcrübəli işçi tələb olunur. İş fəaliyyəti əsasən Bakı şəhərində həyata keçiriləcəkdir.
Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyi (SİD İB) təlim, texniki yardım və tədqiqatlar vasitəsilə insanların, icmaların və qurumların inkişaf məqsədlərinə nail olmaları üçün onların bacarıqlarının artırılmasına xidmət edən, gəlir gətirməyən qeyri-hökumət təşkilatıdır. SİD İB pozitiv dəyişikliklərə doğru hərəkət etmək, insanları səfərbər etmək, tələbatdan irəli gələn icma-əsaslı təşəbbüslərə təməl qoymaq üçün səhiyyə, təhsil və ətraf mühitin qorunması olmaqla, Azərbaycan cəmiyyətinin firavanlığı və ictimai rifahı üçün elmi və xeyriyyəçilik məqsədlərinin həyata keçirilməsinə yardım edir.
Əsas fəaliyyət:
-
Vətəndaş cəmiyyətinin inkişafında, xüsusi strategiyaların hazırlanması;
-
Media, donor və digər maraqlı tərəflər və təşkilatlar üçün materialların hazırlanması;
-
Kasıblığın aradan qaldırılması və insanların davranışında dəyişikliklərə yönəldilən milli və yerli səviyyədə təbliğat / ictimai vəkillik strategiyasının hazırlanmasında kömək etmək;
-
Regionlarda dövlət qurumları ilə əlaqələr yaratmaq və lazım olduqda yeni təşəbbüslərlə bağlı əməkdaşlığa dəstək vermək;
-
Səhiyyə Komitələrinin Forumunun inkişafına dəstək vermək;
-
Müxtəlif görüşlərin, iclasların, təlimlərin və seminarların təşkilinə köməklik etmək və iştirak etmək;
-
Proqramla və faydalananlar haqqında məlumat bazasının yaradılmasında, tərəqqi və digər təhlillərdə iştirak etmək;
-
layihənin fəaliyyətinin hədəf icmaların statusuna təsiri ilə bağlı sənədlərin hazırlanmasında iştirak etmək;
-
SİD İB və digər təşkilatlar arasında yerli və beynəlxalq şəbəkəsinin inkişafına dəstək vermək;
-
Aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək;
-
Layihə fəaliyyəti ilə bağlı Azərbaycanın rayonlarına səfər etmək;
-
Layihə ilə bağlı təşkilatın digər tapşırıqları icra etmək;
Əsas tələb və bacarıqlar:
-
Ali təhsilin olması (jurnalistika sahəsində təhsili olan şəxslərə üstünlük veriləcəkdir) ;
-
Media və ictimai əlaqələr sahəsində ən azı 3 il təcrübənin olması;
-
Ölkənin sosial, iqtisadi və siyasi aspektləri sahəsində biliklərin olması
-
Kompyuterdə işləmək bacarığı (Microsoft office və internet axtarış proqramların bilməsi vacibdir) ;
-
İnsanlar haqqında hekayə, hadisənin təhlili, məqalələrin, pres-relizlərin və s. yazılması bacarığın olması;
-
Təbliğat/ictimai vəkillik fəaliyyətində inteqrasiyalı yanaşma (tədqiqat, ictimai kampaniyalar, kollektivdə şəraitində işləmək və rəhbərlik etmək və s.) qabiliyyətinin olması;
-
Azərbaycan və İngilis dillərini mükəmməl bilməsi (yazı və danışıq) ;
-
Namizədin Azərbaycan rayonlarına ezamiyyətə getmək imkanının olması
-
Mehribançılıq, ünsiyyət yaratmaq qabiliyyətinin, müstəqil işləmək bacarığının olması;
Ərizələrin və CV-lərin qəbulu
Maraqlanan şəxslər öz iş təcrübəsini təsvir edən CV-ni və müşayiət məktubunu e-mail vasitəsilə, subject sahəsində "AMO-Job Vacancy" qeyd edərək, aşağıda göstərilən elektron ünvana göndərə bilərlər.
office@ahd.az
Hər hansı bir sualla bağlı aşağıda göstərilən telefonlara müraciət edə bilərsiniz (əlaqə üçün şəxs – Mətləb Verdiyev).
Əlaqə telefonları:
(012) 428 89 47
(050) 250 85 96
CV-lərin qəbul edilməsinin son tarixi: 30 noyabr 2009 – cu il
SİD İB işəgötürən tərəf kimi bərabərlik prinsiplərini dəstəkləyir və bununla əlaqədar qadınlara və əlil şəxslərə üstünlük veriləcəkdir.
.
Dostları ilə paylaş: |