Carl version (for translation)



Yüklə 15,23 Kb.
tarix17.11.2018
ölçüsü15,23 Kb.
#83989

Azərbaycan Respublikası

Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Kredit No. 4210-AZ

MARAĞI İFADƏ EDƏN ƏRİZƏlər üçün DƏVƏT



İlkin Səhiyyə Xidməti Səviyyəsində respirator xəstəliklərin və ağciyər vərəminin erkən aşkarlanması məqsədilə ÜST tərəfindən tövsiyə edilmiş Ağciyər Xəstəliklərinə Praktiki Yanaşma mövzusunda İSX mütəxəssisləri üçün milli təlim üzrə Fərdi Yerli Məsləhətçi Xidməti

Təkliflərin verilməsinə dair bu Dəvətnamə 2006-cı il Noyabrın 30-da “Development Business” jurnalının 691 nömrəli buraxılışında dərc olunmuş ümumi satınalma elanının davamı olaraq irəli sürülür.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) icrası üçün Dünya Bankından (DB) maliyyə vəsaiti almışdır və onun müəyyən hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir. Bu layihə həmçinin USAİD, UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən maliyyələşdirilir. Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən maliyyələşdirilən müqavilələr üçün keçirilən tenderlər həmin təşkilatın “namizədlərin münasibliyi”nə dair qayda və proseduralarına uyğun həyata keçiriləcək.
Layihənin inkişaf uğrunda məqsədi – ölkədə səhiyyəni yaxşılaşdırmaq üçün səhiyyə sisteminin idarə etmə və maliyyələşdirilməsini geniş inkişaf etdirmək, həmçinin seçilən rayonlarda əhaliyə münasib ilkin tibbi xidmətin göstərilməsini maliyyə baxımından məsuliyyətli və davamlı surətdə gücləndirməkdən ibarətdir.
Tapşırığı həyata keçirəcək Fərdi Yerli Məsləhətçi tapşırıq məqsədlərinə görə ümumi məsuliyyəti öz üzərinə götürəcək:
İlkin Səhiyyə Xidməti Səviyyəsində respirator xəstəliklərin və ağciyər vərəminin erkən aşkarlanması məqsədilə ÜST tərəfindən tövsiyyə edilən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də qəbul edilmiş Ağciyər Xəstəliklərinə Praktiki Yanaşma strategiyasına (AXPY) uyğun olaraq müvafiq təlim materiallarının (təlim modulunun) hazırlanması; 5 Pilot Rayonda İSX çalışan ailə həkimləri üçün 4 günlük təlimlərin aparılması və qiymətləndirilməsi; İSX sahəsində çalışan ailə həkimlərinin gündəlik fəaliyyətlərini standartlaşdırmaq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokolların gündəlik və geniş tətbiqi məqsədilə müvafiq əyani, stolüstü vəsaitlərin hazırlanması, çapı və paylanılması.
Ailə Həkimləri aşağıdakı mövzular üzrə biliklərə yiyələnəcəklər



  • Respirator xəstəliklərin erkən aşkarlanması məqsədilə ÜST –ün tövsiyələrinə və SN tərəfindən təsdiq edilmiş klinik protokollara əsasən müayinə alqoritmi

1. Epidemioloji nəzarətin əsas faktorları;

2. Respirator xəstəliklər və ağciyər vərəminin aktiv aşkarlanma prinsipləri;

3. Ağciyər vərəminin erkən aşkarlanması, müalicəsi və profilaktikasında İSX-də çalışan mütəxəssislərin rolu;

4. Vərəmlə xəstə şəxslər və onların ailə üzvləri ilə İSX səviyyəsində işin təşkili;   




  • Ağciyər və ağciyərdən kənar vərəmin kimyəvi terapiyasında İSX rolu

1. Ağciyər və ağciyərdən kənar vərəmin müalicəsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanmış yanaşmaların tətbiq edilməsi məqsədilə İSX-ə dəstək;  

2. Ağciyər və ağciyərdən kənar vərəmin həssas, çox sayda və geniş dərmanlara davamlı formalarının müalicəsində istifadə edilən rejimlər haqqında ətraflı izahat;

3. Vərəmin müalicəsində ÜST tərəfindən tövsiyə edilən birbaşa müşahidə olunan müalicənin zərurətinin şərhi. BMM-in (birbaşa müşahidə olunan müalicə) İSX səviyyəsində təşkili və idarə edilməsi


  • Vərəmin profilaktikasının İSX səviyyəsində təşkili.

  • İnfeksion nəzarətin əsasları.


Məsləhətçi üçün tələb olunan keyfiyyətlər


  • Tapşırıq sahəsinə uyğun olaraq müvafiq Universitet dərəcəsi və ya ekvivalenti;

  • Müvafiq sahədə minimum 5 illik iş təcrübəsi;

  • Ölkədə oxşar layihələrin icra edilməsi üzrə ümumi təcrübə;

  • Müvafiq sahə üzrə milli direktivlərin yaradılmasında iştirak

Səhiyyə Sektorunda İslahatlar Layihəsi hazırda, bu müsabiqədə iştirak etmək münasib ölkəni təmsil edən Fərdi Yerli Məsləhətçi (“Məsləhətçiləri”) qeyd olunmuş Xidmətlərin təmin edilməsində maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan Məsləhətçilər Xidmətlərin icrası üçün tələb olunan təcrübə, bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı təqdim etməlidirlər (CV, oxşar tapşırıqların təsviri, oxşar şəraitdə təcrübə, müvafiq bacarıqların mövcudluğu, və s.).


Fərdi məsləhətçi “Dünya Bankının 2004-cü ilin may ayı tarixli Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi” (2006-cı ilin oktyabr və 2010-cu ilin may ayında yenidən nəzərdən keçirilmiş) sənədinə əsasən seçiləcək.


Marağı İfadə edən Sənədin təqdim olunması üçün qeyd olunmuş son tarixə qədər Maraqlı olan məsləhətçilər iş günləri saat 11:00-dan 17:00-a qədər aşağıdakı ünvanda əlavə məlumat əldə edə bilərlər.

Marağı İfadə edən Ərizələr 30 avqust 2013-cü il saat 18:00-dək aşağıdakı ünvana çatdırılmalıdır.

Ünvan:

Səhiyyə Nazirliyi yanında Səhiyyə Sektorunda İslahatlar Layihəsi

H. Zərdabi küç. 96, Bakı, Az1122, Azərbaycan

Tel: +994-12-431-1968



Faks: +994-12-431-1937

Elektron ünvan: office@hsrp.az
Yüklə 15,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin