Carl version (for translation)



Yüklə 14.54 Kb.
tarix21.10.2017
ölçüsü14.54 Kb.

MARAĞI İFADƏ EDƏN ƏRİZƏlər üçün DƏVƏT
Ölkə: Azərbaycan

Kredit №: 4210 AZ

Layihənin Adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində

Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL)


Tapşırığın adı: Səhiyyə Nazirliyinin Sertifikasiya Mərkəzi üçün Veb-Səhifə, Hesabat və Video Nəzarət Qeydiyyat Sisteminin Yaradılması

Tapşırıq üçün əsas № : Müqavilə No. SSIL/Sertifikasiya Sistemi üçün Elektron Proqramın Yaradılması /MX/FM/12.08-1
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) icrası üçün Dünya Bankından (DB) maliyyə vəsaiti almışdır və onun müəyyən hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir.
Fərdi Məsləhətçi xidmətlərinə (“Xidmətlər”) aşağıdakılar daxildir:

Fərdi Məsləhətçinin tapşırığı Səhiyyə Nazirliyinin Sertifikasiya Mərkəzi üçün Veb-Səhifə, Hesabat və Video Nəzarət Qeydiyyat Sistemini Yaratmaqdır.


Bu tapşırıq çərçivəsində tələb olunur:

  • AR-nın SN-in Sertifikasiya Komitəsi üçün aşağıdakı məqsədlərə xidmət edəcək veb-saytın yaradılması:

    • Komitənin fəaliyyətinin təqdimatı;

    • Həkimlər, tibb bacıları və digər maraqlı tərəflər haqqında məlumat;

    • Komitənin fəaliyyətinə dair hesabat;

    • Daxili istifadəyə dair hesabat;

  • Sertifikasiya Komitəsinin fəaliyyətinə nəzarət edilməsinə imkan verəcək hesabat sisteminin yaradılması; system veb-sayt çərçivəsində hazırlanmalıdır;

  • Şəhadətnamələrin çap prosesinin avtomatlaşdırılması;

  • Video nəzarət sisteminin və arxiv qeydlərinin sistemləşdirilməsi;

Fərdi Məsləhətçidən aşağıdakı işlər və nəticələrin təqdim olunması gözlənilir:


  1. Yuxarıda təsvir edilimiş tələblərə cavab verən Veb-sayt;

  2. Yuxarıda təsvir edilimiş tələblərə cavab verən Hesabat Sistemi;

  3. Yuxarıda təsvir edilimiş tələblərə cavab verən Video nəzarət qeydiyyat sistemi;

  4. Yuxarıda təsvir edilimiş tələblərə cavab verən Şəhadətnamələrin Çap sistemi;

  5. Texniki hesabat və TT-də müəyyən olunan bütün fəaliyyətləri təsvir edən təlimatlar ;

  6. Yaradılmış kompüter proqtramının mənbə kodları;

  7. İstifadəçi üçün dərslik;

Səhiyyə Sektorunda İslahatlar Layihəsi hazırda, bu müsabiqədə iştirak etmək münasib ölkəni təmsil edən fərdi məsləhətçiləri (“Məsləhətçiləri”) qeyd olunmuş Xidmətlərin təmin edilməsində maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan fərdi Məsləhətçilər Xidmətlərin icrası üçün tələb olunan təcrübə, bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı (CV) təqdim etməlidirlər. İlkin seçimdən keçmək üçün meyarlar aşağıdakılardır:

Tapşırığı öhdəsinə götürən fərdi məsləhətçi aşağıdakı keyfiyyətlərə malik olmalıdır:


  • proqramlaşdırma üzrə ən azından 5 illik təcrübə;

  • internet yönümlü kompütür proqramlarının yaradılması üzrə ən azından 3 illik təcrübə; MSSQL MBİS- lə iş təcrübəsi;

  • Azərbaycan dilində əla texniki yazı qabiliyyəti

Maraqlı olan Fərdi Məsləhətçilərin diqqəti Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi (cari nəşr) (“Məsləhətçi üçün Təlimat”) sənədinin 1.9 bəndinə cəlb edilir, hansı ki Dünya Bankının maraqların toqquşmasına dair siyasətini təsvir edir.


Əlavə məlumat aşağıdakı ünvanda iş saatları ərzində, saat 10:00-dan 17:00-dək, əldə edilə bilər.
Marağı İfadə edən Sənəd 2013-cü il 31 yanvar tarixinə (saat 18:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.
Ünvan:

Səhiyyə Nazirliyi yanında Səhiyyə Sektorunda İslahatlar Layihəsi

H. Zərdabi küç. 96, Bakı, Az1122, Azərbaycan

Tel: +994-12-431-1968



Faks: +994-12-431-1937

Elektron ünvan: office@hsrp.az

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə