Catalpa scop. NÖVLƏRİNİn toxumla çoxaldilmasi xüsusiYYƏTLƏRİ



Yüklə 26,51 Kb.
səhifə2/4
tarix10.01.2022
ölçüsü26,51 Kb.
#109809
1   2   3   4
MATERİAL VƏ METODİKA 
Tədqiqatın materialı Mərkəzi Nəbatat Bağında introduksiya olunmuş Catalpa ovata G.Don. və Catalpa bignonioides Walt. növləridir.Toxumların cücərmə xüsusiyyətləri M.K. Firsova, A.V.Zvirqzd, B.İ.Nekrasovun  təklif etdikləri üsullar əsasında öyrənilmişdir [8, 9,12]. 

 

NƏTİCƏLƏR VƏ MÜZAKİRƏ 

 

Catalpa Scop. – Katalpa cinsinin Şərqi Asiya və Şimali Amerikada 10-dan artıq növü vardır.Catalpa bignonioides Walt. – Yasəmənyarpaq katalpanın vətəni Şimali Amerikanın cənub-şərq hissəsidir (Corciya,Qərbi Florida, Missisipi, Alabama).  XVIII əsrin əvvəllərindən mədəni şəraitdə becərilməyə başlanılmışdır. Catalpa ovata G.Don – yumurtaşəkilli katalpanın vətəni Çindir. Xebey, Şandun, Anxoy, Çzyansu ərazilərində dəniz səviyyəsindən 150-1400 m yüksəklikdə yayılmışdır. XIX əsrin ortalarında bir çox ölkələrdə mədəni şəraitdə becərilir [2,6]. 

Yasəmənyarpaq katalpanın meyvələri 14-40 sm uzunluqda olub, eni 7-9 mm-dir. Meyvəyanlığı nazik olub, xaricdən açıq şabalıdı, içəri hissədən isə zeytuni-qəhvəyi rəngdədir. Meyvələr payızda yetişdikdən sonra iki möhkəm hissəyə parçalanır. Toxumlar gümüşü-boz rəngdədirlər, uclarında küləklə yayılmanı təmin edən nazik ağ rəngli tükcüklər vardır.Toxumların bu tükcüklərlə birlikdə uzunluğu 2-2,5 sm, eni isə 6 mm-dir. 1000 ədədinin çəkisi 9-13 q-dır. 

Yumurtaşəkilli katalpanın meyvələri 18-25 sm uzunluğunda olub, eni 7-8 mm olan iynəşəkilli qutucuqdur, toxumların ucunda nisbətən boz rəngli tükcüklər yerləşir.Bu tükcüklərlə birlikdə uzunluğu 14-18 sm, qalınlığı isə 3-4 mm-dir. 1000 ədədinin çəkisi 5-8 q-dır. 

Öyrənilən növlərin toxumları martın 25-də müxtəlif dərinliklərdə əkilmişdir (1,2,4 sm). İlk olaraq aprelin 27-dən ürəkşəkilli katalpanın 1 sm dərinliyə  əkilmiş toxumlarının cücərtiləri  görünməyə başlayır. Beş gün sonra 2 sm, doqquz gün sonra isə 4 sm dərinliyə əkilmiş toxumların cücərtiləri görünürlər. Yasəmənyarpaq katalpanın 1 sm dərinliyə əkilmiş toxumları mayın 15-dən torpağın üstünə çıxmağa başlıyır.Üç gün sonra 2 sm, yeddi gün sonra isə 4 sm dərinliyə əkilmiş toxumların cücərtiləri torpağın üstünə çıxırlar. Eyni cinsə mənsub, toxumlarının quruluşu və ölçüləri çox yaxın olan katalpa növləri cücərtilərinin müxtəlif zamanlarda torpağın üstünə çıxması onu deməyə əsas verir ki, ürəkşəkilli katalpanın təbii arealında temperatur yasəmənyarpaq katalpanın arealına nisbətən aşağıdır, yəni yasəmənyarpaq katalpa  daha çox istisevən bitkidir. 

Öyrənilən katalpa növlərinin cücərtilərinin əsas kökü zəif, hipokatil isə güclü inkişaf edir, yaşıl rəngli ləpə yarpaqları torpağın üstünə çıxır. Deməli Catalpa ovata G.Don və Catalpa bignonioides  Walt. növlərinin cücərtiləri hipokatil cücərtilərdir. 

Cücərtilərin torpaqdan çıxma müddəti yumurtaşəkilli katalpada 15-22 gün, yasəmənyarpaq katalpada isə 25-32 gün davam edir. Hər iki növdə 4 sm dərinliyə əkilmiş toxumlar ən sonda torpağın üstünə çıxma mərhələsini başa çatdırırlar. Ümumiyyətlə, müxtəlif bitkilərin əkilmiş toxumlarının  cücərib torpağın üstünə çıxması müddəti növün bioloji xüsusiyyətlərindən, hər bir   toxumun fərdi göstəricilərindən , torpağın tərkibindən və rütubətlilik dərəcəsindən asılı olub, tarixi təbii arealın hərarətinə uyğun temperaturda gerçəkləşir. 

Yekunda yumurtaşəkilli katalpanın 1 sm dərinliyə əkilmiş toxumlarının 30%-i , 2 sm dərinliyə əkilmişlərin 35%-i, 4 sm dərinliyə əkilənlərin 27,5%-i cücərmişdilər.Yasəmənyarpaq katalpanın toxumları gec cücərməyə başlasalar da çıxış faizi nisbətən yüksək olmuşdur. Belə ki, 1 sm dərinliyə əkilən toxumların 40%-i, 2 sm dərinliyə əkilənlərin 45%-i, 4 sm dərinliyə əkilənlərin isə 33,7%-i cücərmişlər ( cədvəl). 

Cədvəl


Katalpa növləri toxumlarının torpaqdan cücərməsinin göstəriciləri


 

       Növün

        adı 


Əkin

dərinliyi

sm


Əkin

vaxtı 


Əkilən toxumların  sayı 

Toxumların cücərmə vaxtı 

Cücərti-lərin sayı

(ədəd)


Çıxış faizi % 

Catalpa оvata  

 G.Don


1

25. III 

80

27.IV- 12.V 

24

30

2

25. III 

80

2.V - 22.V 

28

35

4

25 .III 

80

6.V -28.V 

22

27,5

 

Catalpa bignonioides

Walt. 


1

25 .III 

80

15.V - 10.VI 

32

40

2

25 .III 

80

18.V -16.VI 

36

45

4

25 .III 

80

22.V-24.VI 

27

33,7

 

Beləliklə, tədqiqatların nəticəsi onu göstərir ki, o yumurtaşəkilli katalpa və yasəmənyarpaq katalpanın toxumları yuvenilqabağı dövrün mərhələlərini normal keçirib, cücərirlər. Hər iki növdə 2 sm dərinliyə əkilmiş toxumlarda cücərmə faizi daha yüksək olur. Bunları əsas götürərək öyrənilən katalpa növlərinin Abşeron şəraitində toxumlar vasitəsilə çoxaldılmasını məqsədəuyğun hesab etmək olar. 




Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin