Cəbrayılova Şəmail İsrafil qızı Azərbaycanda maliyyə bazarının formalaşması problemləri” mövzusunda magistr dissertasiyasi


Cəbrayılova Şəmail İsrafil qızının hazırladığı "Azərbaycanda maliyyə



Yüklə 0,6 Mb.
səhifə23/26
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#105265
1   ...   18   19   20   21   22   23   24   25   26
Cəbrayılova Şəmail İsrafil qızının hazırladığı "Azərbaycanda maliyyə

bazarının formalaşması problemləri" mövzusunda magistr dissertasiyasının

R E F E R A T I
Mövzunun aktuallığı. Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidi bazar mexanizminin iqtisadi fəaliyyətin bütün tərəflərinin tənzimlənməsində rolunun artmasına gətirib çıxarmışdır. Bu baxımdan, maliyyə bazarının formalaşması ölkədə həyata keçirilən iqtisadi islahatlarla bilavasitə əlaqədardır. Ölkədə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində xüsusi banklar və digər maliyyə firmaları və maliyyə sektoru ilə qaşılıqlı əlaqədə fəaliyyət göstərən özəl biznes subyektləri yaranmışdır.

Maliyyə bazarlarının inkişafı bazar münasibətələrinin formalaşması və davamlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki, ölkədə maliyyə vasitəçilərinin inkişafı yığım vəsaitlərinin səfərbər edilməsinə və bu vəsaitlərin investisiya qoyuluşlarının maliyyələşdirilməsinə istiqamətləndir­məyə əlverişli şərait yaradır.

Artıq təcrübə göstərir ki, bazar münasibətələrinə keçid avtomatik olaraq iqtisadi inkişafı təmin etmir. İqtisadi inkişafın təmin olunması, ölkə iqtisadiyyatının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması iri həcmli investisiya qoyuluşları tələb edir. Eyni zamanda, bu investisiya qoyuluşlarını həyata keçirmək iqtidarında olan biznes strukturlarının mövcud olması da iqtisadi inkişafın zəruri şərtlərindən biridir. Ölkədə biznesin inkişafı və maliyyə bazarlarının formalaşması biri digərinin səbəb-nəticəsi kimi çıxış edir. Real sektorun inkişafı maliyyə bazarlarının formalaşmasına gətirib çıxarır, maliyyə bazarlarının inkişafı isə real sektorun inkişafının zəruri şərtlərindən biri kimi çıxış edir. Bu baxımdan, hazırda maliyyə bazarları ilə iqtisadiyyatın real sektorunun qarşılıqlı əlaqələrinin və onların bir-birlərinə təsirinin elmi tədqiqinə böyük ehtiyac vardır.

Son illərdə Azərbaycan Respublikasında maliyyə bazarının bütün subyektləri inkişaf etməkdədir. Ölkənin bank sektorunda, qiymətli kağızlar bazarında, sığorta sahəsində və s. inkişaf meylləri baş verir. Bununla belə, həm biznesin inkişaf səviyyəsi maliyyə bazarlarının inkişafını, həm də maliyyə bazarlarının inkişaf səviyyəsi biznesin inkişafını lazımi səviyyədə təmin etmir.



Maliyyə alətləri maliyyə bazarında alqı-satqı obyektidir. Başqa sözlə pul vəsaiti maliyyə alətləri vasitəsilə yığım sahiblərindən investora ötürülür. Maliyyə qurumları isə bu prosesin vasitəçiləridir. Onlar pul sahiblərindən pulu cəlb edir və layihəçiyə ötürür. Digər ifadəylə maliyyə qurumları maliyyə bazarının iştirakçılarıdır. Maliyyə bazarı pul artığı olanlarla pula ehtiyacı olanlar arasında maliyyə alətləri vasitəsilə və maliyyə qurumlarının iştirakı ilə əlaqə yaradan orqanizmdir.

Maliyyə bazarının inkişafının digər bir şərti iqtisadiyyatda sabitliyin olmasıdır. Gəlirlərin yığıma gedən hissəsinin maliyyə bazarı vasitələrinə yatırıl massı müəyyən risklə bağlıdır. Gələcəyə qarşı qeyri-müəyyən situasiyalarda fərdlər sərvətləri maliyyə aktivləri şəklində saxlamaqdan yan qaçırlar. Qeyri-müəyyənliklə müşayiət olunan iqtisadi və siyasi situasiyalarda fərdlər öz sərvətlərini daha çox qızıl, dayanıqlı istehlak malları, xarici dönərli valyuta, digər qiymətli əşyalar şəklində saxlamağa üstünlük verirlər. Bu baxımdan ölkənin maliyyə bazarının fəaliyyəti üçün makroiqtisadi və siyasi sahədə sabitliyin olması başlıca şərtdir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin