Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi maliyyə bazarının fomalaşması problemlərini həll etmək, maliyyə bazarında dövlət və korporativ qiymətli kağızların dövriyyəsi, sığorta və valyuta bazarlarının müasir vəziyyətinin qiymətləndirilməsi və tənzimlənməsi problemlərini araşdırmaq əsasında elmi cəhətdən əsaslandırılmış konkret nəticə və təkliflər hazırlamaqdan ibarətdir.
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir.
maliyyə bazarının mahiyyəti və rolu haqqında nəzəri baxışları araşdırmaq;
maliyyə bazarının formalaşmasının hüquqi əsasları və mərhələlərini təhlil
etmək;
maliyyə bazarında dövlət və korporativ qiymətli kağızların dövriyyəsini təhlil etmək;