Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
maliyyə bazarının formalaşmasının mərhələləri araşdırılmışdır;
maliyyə bazarının ən səmərəli investisiya qərarlarının qəbul olunduğu mərkəz olduğu müəyyənləşdirilmişdir;
dövlət və korporativ qiymətli kağızların dövriyyəsi təhlil edilmişdir;
maliyyə bazarının dövlət tənzimlənməsi metodları araşdırdılmışdır;
regionların inkışafını təmin etmək məqsədi ilə kreditləşmənin prioritetlərı təhlil edilmişdir;
- sığorta bazarının müasir vəziyyəti öyrənilmişdir;
- risklərin azaldılması və kreditorların məsuliyyətlərinin artırılması üçün tədbirlərin hazırlanması metodikası müəyyənləşdirilmişdir;
maliyyə bazarının beynəlxalq əlaqələrin qurulmasındakı rolu əsaslandırılmışdır.
Sonda aşağıdakı nəticələr verilmişdir:
Müasir dövrdə şirkətlər iri kapital qoyuluşları həyata keçirmədən və yalnız mənfəətləri hesabına biznes layihələrini maliyyələşdirməklə özlərinin rəqabət qabiliyyətlərini artıra bilməzlər. Maliyyə bazarı ən səmərəli investisiya qərarlarının qəbul olunduğu mərkəzdir və qeyd edilən yığım vəsaitlərini səfərbər edərək onları investisiyaya çevirir.
Ölkədə maliyyə bazarının inkişafı informasiyanın əldə olunması ilə bağlı xərcləri azaldır, yığım vəsaitlərinin səmərəli layihələrə istiqamətlənməsini təmin edir və nəticədə yığım vəsaitləri səmərəli bölüşdürülür. Maliyyə bazarlarının inkişafı biznes fəaliyyətinə nəzarət sisteminin formalaşmasına gətirib çıxarır. Belə ki, firmalar kredit cəlb edərkən, onların səhmləri fond birjasında tədavüldə olarkən öz fəaliyyətləri haqqında zəruri informasiyaları təqdim etməlidirlər.
Azərbavcanda maliyyə bazarının formalaşması və inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər borc və ya kredit bazarını, valyuta bazarını və qiymətli kağızlar (və ya fond) bazarını əhatə etmişdir. Ölkədə 1999- 2006-cı illər ərzində qiymətli kağızlar bazarının normativ-hüquqi bazasının yaradılması, bazarda fəaliyyət göstərən peşəkar iştirakçıların formalaşması, bu sahənin tənzimlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda qiymətli kağızlar bazarının infrastrukturu Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və qiymətli kağızlar bazarının digər peşəkar iştirakçılarının şəbəkəsi ilə təmsil olunur.
Biznes subyektlərinin əksəriyyətinin maliyyə vəziyyətinin yaxşı olmaması dövlət tərəfindən biznesin kreditləşdirilməsinin əhəmiyyətini artırır. Xüsusilə, ölkənin regionlarında biznesin maliyyə təminatında ciddi problemlərin olduğunu nəzərə alaraq kreditərin verilməsində regionlardan daxil olan layihələrin maliyyələşdirilməsinə üstünlük verilməlidir.
4. Bank sektorunun inkişafını məhdudlaşdıran amillərdən biri yüksək risklərin olmasıdır. Biznes subyektlərinin kapitallaşma səviyyəsi, likvidliyi və hesabatlarının dəqiqliyinin aşağı olması, kreditorların hüquqlarının qanunvericiliklə zəif müdafiəsi kredit risklərinin artmasına gətirib çıxarır. Biznesin səmərəliliyi və sahibkarlıq subyektlərində korporativ idarəetmənin səviyyəsi yüksəldikcə kredit riskinin aşağı düşməsi və bununla da faiz dərəcələrinin azalması baş verəcəkdir.
Bank əməliyyatlarının aparılması zamanı risklərin azaldılması və kreditorların məsuliyyətlərinin artırılması məqsədilə ölkədə kredit bürolarının yaradılması məqsədəuyğun olardı. Kredit büroları kredit götürənlərin krediti qaytarmaqla bağlı davranışları haqqında ətraflı məlumatları toplanmasına imkan verər ki, bu da bankların kredit verilməsi ilə əlaqədar qərarın qəbulunu xeyli asanlaşdıra bilər.
5. Biznesin müəyyənləşdirilməsinin mühüm istiqamətlərindən biri fond bazarında qiymətli kağızların yerləşdirilməsidir. Qiymətli kağızlar bazarının inkişafı nəinki biznesin maiiyyələşdirilməsi üçün zəruri vəsaitlərin cəlb edilməsinə, həm də təsərrüfat əməliyatlarının səmərəliliyinin artırılmasına və bu zaman meydana çıxan risklərin aşağı salınmasına imkan verir. Məsələn, banklardan kredit vəsaitlərinin cəlb edilməsi üçün qiymətli kağızlardan girov kimi istifadə edilməsi girovla bağlı xərclərin azaldılmasına gətirib çıxara bilər.
Dostları ilə paylaş: |