CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri



Yüklə 1,57 Mb.
səhifə10/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   6   7   8   9   10   11   12   13   ...   68

CƏMİYYƏT VƏ ADƏT-ƏNƏNƏ


Əgər cəmiyyət həqiqi vücuda malik olarsa, özünəməxsus qanun və adət-ənənələrə yiyələnmiş olur. Yuxarıda, cəmiyyətin mahiyyəti barəsində bəhs etdiyimiz birinci nəzəriyyəni qəbul etsək, istər-istəməz cəmiyyəti qanunsuz və adətsiz formada qəbul etməliyik. Əgər ikinci nəzəriyyəni qəbul etsək və cəmiyyəti maşın və ya dəzgah formasında təsəvvür etsək, cəmiyyətin bir sıra qanun və adət-ənənələrə malik olmasını etiraf etməliyik. Ancaq, bütün qanun və ənənələr cəmiyyətdə xüsusi həyat növləri olmadan, yalnız və yalnız, üzvlər arasında mexaniki əlaqə və səbəb-nəticə əlaqəsi formasında olacaq. Əgər üçüncü nəzəriyyəni qəbul etsək, əvvəla, cəmiyyətin ayrı-ayrı fərdlərdən müstəqil olan öz həyatına malik olduğuna görə – hərçənd ki, bu cəm halında olan yaşayışın müstəqil vücudu yoxdur və ayrı-ayrı fərdlərin yaşayışından ibarətdir – öz üzvlərinin adətlərindən fərqlənən qanun və adət-ənənəyə sahib olması məlum olacaqdır. İkincisi, burada cəmiyyəti təşkil edən insanların – maşın nəzəriyyəsinin əksinə olaraq – şəxsi azadlıqlarını müəyyən həddə əldən verərək vahid bir orqanizm halına düşməsi aydın olur. Ancaq, bununla belə, üzvlərin nisbi azadlığı qorunub saxlanılır. Çünki, şəxsi həyat, fərdi fitrət və fərdi fikir, ictimai həyatın tərkibində tamamilə həll olmur. Bu nəzəriyyəyə əsasən, insan iki həyat, iki ruh və iki «mən»lə yaşayır. Onlardan biri təbiətin fitri hərəkəti nəticəsində doğulan həyat, ruh və «mən», digəri isə ictimai həyatdan doğan həyat, ruh və «mən»dən ibarətdir. İkinci də, fərdi «mən»in daxilində həll olur və insan üzərində, həm psixoloji, həm də ictimai qanunlar hakimlik edir. Nəhayət dördüncü nəzəriyyəyə görə, insan üzərində yalnız bir qanun və adət-ənənə – ictimai qanun və adətlər hakimlik edir.

İslam alimləri arasında ilk dəfə olaraq fərdlərin qanun və adətlərindən fərqli olan və yalnız cəmiyyət üzərində hakim olan özünəməxsus qanun və adətlərdən söz açan və bununla da cəmiyyətə «şəxsiyyət», «təbiət» bəxş edən ilk alim Tunisli Əbdürrəhman ibni Xəldun olmuşdur. O, bu barədə özünün «Müqəddimə» adlı əsərində geniş bəhs etmişdir. Müasir alimlərdən isə, cəmiyyət həyatı üzərində hakim olan qanunları araşdıran «Monteskyü» (18-ci əsrin məşhur fransız alimi) olmuşdur. Reyman Aron, Monteskyü barəsində yazır:

«Onun hədəfi tarixi dərk oluna biləcək hala salmaqdır. O, tarixi məlumatın mənasını dərk etməyə çalışır. Bəli, tarixi məlumat ona müxtəlif şəkildə, çox sayda adət-ənənə, fikir, qanun və ictimai qurum formasında çatdırılır. Çox güman ki, bu müxtəliflik araşdırmanın başlanmasına səbəb olub. Araşdırmanın sonunda gərək, bu müxtəlifliyi nizama sala biləcək bir qayda kəşf olunsun. Monteskyü də Maks Veber kimi, bir-biri ilə əlaqəsi olmayan məlumatlar vasitəsilə, ağılın dərk edə biləcəyi bir sistemə çatmaq istəyir. Bəli, bu ictimaiyyətçinin keçə biləcəyi yoldur.»1

Qısa olaraq demək lazımdır ki, ictimaiyyətçi, müxtəlif ictimai hadisələr arasında bir uyğunluq kəşf edir. Hadisələrin müxtəlifliyi, son nəticədə hadisələrin vəhdətini təcəssüm etdirir.

Oxşar ictimai hadisələrin oxşar səbəblərdən doğması haqqında romalıların böyüklüyü və süqutunun səbəblərinin araşdırılması kitabında belə yazılıb:

«Dünyada təsadüf hökm sürmür. Bu məsələni, romalılardan soruşmaq olar. Çünki, nə qədər ki, onların hakimiyyət proqramları və hədəfləri var idi, müvəffəqiyyətlərlə üzləşirdilər. Elə ki, hədəflərini dəyişdilər, taleh onlardan üz döndərdi. Bütün dövlət sistemlərində, istər əxlaqi və istərsə də cismani səbəblər vardır ki, dövlətin yaranmasına, inkişafına, möhkəmlənməsinə və zəifləyib dağılmasına səbəb olur. Bütün baş verənlər bu səbəblərdən asılıdır və əgər təsadüfən bir müharibə – cüzi səbəb – dövlətin axırına çıxarsa, deməli hər hansısa bir külli səbəb mövcuddur və məhz bu səbəb dövlətin bir müharibə nəticəsində dağılmasına səbəb olur. Sözün qısası, işlərin ümumi gedişi baş verə biləcək kiçik hadisələrin yaranmasında böyük rol oynayır.»2



Qurani-kərim, ümmət və cəmiyyətləri vahid toplu olduqları üçün adət-ənənə və qanuna sahib olduqlarını və onların bu şərait daxilində yaranıb dağılmalarını aydın şəkildə söyləyir. Müştərək taleyə malik olmaq, cəmiyyətin müəyyən adət və ənənələrə sahib olduğunu göstərir. Quran, Bəni-israil barəsində deyir:

«Biz İsrail oğullarına Tövratda: «Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (və yaxud zülm) edəcəksiniz!» – deyə, bildirdik.»

«Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü bəndələrimizi (Buxtunnəsəri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin arasında gəzib-dolaşır, sizi təqib edirdilər. Bu vəd artıq yerinə yetirildi. (Siz Zəkəriyyanı öldürdünüz, onlar da sizi qətl edib, əsir alıb, yurdunuzu xaraba qoydular.»

«(Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya düşmənlərinizdən) daha çox etdik.»

«Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə, üzünüzü qara etmək (sizi xəcil etmək), məscidinizə birincə dəfə girdikləri kimi girmək və ələ keçirdikləri hər şeyi məhv etmək üçün Fars və Rum padşahlarını) üstünüzə göndərdik. (Siz Yəhyanı öldürdünüz, onlar əvəzində sizi qətl edib, məbədinizi dağıdıb, yurdunuzu viran qoydular.)»

«(Tövbə edəcəyiniz təqdirdə), ola bilsin ki Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yaramaz əməllərinizə) qayıtsanız, Biz də sizə yenidən cəza verərik. Biz, cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.» (İsra-4-8).


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin