CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri


İSLAM NƏZƏRİNDƏN TARİXİ MATERİALİZM NƏZƏRİYYƏSİNİN TƏRƏFDARLARI



Yüklə 1,57 Mb.
səhifə39/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   35   36   37   38   39   40   41   42   ...   68

İSLAM NƏZƏRİNDƏN TARİXİ MATERİALİZM NƏZƏRİYYƏSİNİN TƏRƏFDARLARI


1. Quranda bir çox ictimai terminlər bəyan edilmişdir. Biz cəmiyyət haqqındakı bəhslərimzdə Quranın ictimai lüğətlərindən təqribən 50-yə yaxınını saydıq. Quranın ictimai ayələrini oxumaqla, Quran nəzərindən cəmiyyətdə iki qütblük halı müşahidə olunur. Digər tərəfdən Quran, cəmiyyətdə maddi – yəni, maddi malikiyyət və kasıblıq – iki qütblük halını göstərir və qütblərdən birini müstəkbir (hegemon) və digər qütbü müstəzəf (məzlum kütlə), adlandırır və bu iki qütbü bir-birinin qarşısında qoyur. Digər tərəfdən isə, mənəvi məhfumlara əsaslanan iki qütblülüyü göstərir və qütblərdən birini kafir, müşrik, münafiq, fasiq və s., digərini isə mömin, müvəhhid, müttəqi, saleh, mücahid, şəhid və s. adlandırır.

Əgər maddi və mənəvi qütbü tanıtdıran Quran ayələrinin mənasına fikir versək, birinci maddi qütblə birinci mənəvi və ikinci maddi qütblə ikinci mənəvi qütb arasında uyğunluğun şahidi olacağıq. Yəni kafirlər, müşriklər, münafiqlər və fasiqlər, həmin hegemonlardır; möminlər, müvəhhidlər, salehlər və mücahidlər də, elə həmin kasıblar, miskinlər, məzlumlar və məhrumlardırlar. Deməli ümumilikdə, cəmiyyət iki qütbə bölünür: Kafirlərdən ibarət varlı və zalım təbəqə; möminlərdən ibarət olan kasıb təbəqə. Bu da aşkar surətdə göstərir ki, cəmiyyət zəif və zalım təbəqəyə bölünərək kafir və mömin adlı iki qrup əmələ gətirir. Zalımlıq şirkə, küfrə, nifaqa və fəsada səbəb olur, məzlumluq isə imanın, təqvanın və s. bünövrəsidir.

Bu tətbiqi aydınlaşdırmaq üçün, Əraf surəsinin 59-cu ayəsindən 137-ci ayəsinədək oxumaq lazımdır. Bu ayələrdə Nuh, Hud, Saleh, Lut, Şüeyb və Musa peyğəmbərin dostları qısa şəkildə nəql olunmuş və bütün bu əhvalatlarda (Lut (ə) dastanı istisna olunmaqla) peyğəmbərlərə iman gətirənlərin müstəzəf və onlara qarşı müxalifətçilik edənlərin isə varlı və zalım olduqları müşahidə olunur. Bu uyğunluğun tarixi materializm üçün lazımi şərt olan sinfi vicdandan başqa heç bir dəlili yoxdur. Deməli, əslində Quranın nəzərində iman və küfrün bir-biri qarşısında əks mövqe tutması, zalımlığın və məzlumluğun bir-biri qarşısında dayanmasının əksinədir.

Quran izah edir ki, malik olmaq – yəni malikiyyət və varlılıq – tüğyana və özbaşınalığa səbəb olur. Yəni, malik olmaq, təvazökarlığa, əməli-salehliyə ziddir. Buna misal olaraq, Quran ayəsində buyurulur:




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin