CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri



Yüklə 1,57 Mb.
səhifə40/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   36   37   38   39   40   41   42   43   ...   68
«Xeyr, (kafir) insan azğınlıq edər, özünün dövlətli olduğunu (bir şeyə ehtiyacı olmadığını) gördüyü üçün!» (Ələq surəsi, 6-7-ci ayələr).

Həmçinin Quranın, malikiyyət və malik olmağın mənfi təsirlərini aydınlaşdırmaq üçün, Qarunun hekayətini söylədiyini görürük. Qarun qibti deyil, sibti idi. Yəni Musanın tayfasından olub, Fironun istismar etdiyi müstəzəf və kasıblardan idi (sibti yəhudi və qitbi isə Misirin qədim əhalisi deməkdir). Eyni halda, həmin şəxs bəzi səbəblər üzündən varlı olduqda, kasıblardan ibarət olan öz tayfasına qarşı çıxır. Quran deyir:



«Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. O, İsrail oğullarına qarşı həddini aşmışdı.» (Qəsəs-76.)

Bunun özü sübut etmirmi ki, peyğəmbərlərin həddi aşmağa qarşı mövqe tutması, əslində malik olmaq, var-dövlət və varlıq əleyhinə idi? Quran özünün bəzi ayələrində bəyan edir ki, peyğəmbərlərin müxaliflərinin başçıları və öncülləri, nemətlər içində batan – yəni varlı təbəqə idi. Səba surəsinin 34-cü ayəsində, bu mətləb ümumi qanun formasında bəyan olunub:



«Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan (və təşviq edən) bir peyğəmbər göndərdiksə, onu naz-nemət içində yaşayan zəngin başçıları ancaq: «Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, möcüzələri) inkar edirik!» – dedilər.»

Bütün bunlar, peyğəmbərlərin müxaliflərlə qarşı-qarşıya durmasının, imanın küfrlə qarşı-qarşıya durmasının, iki ictimai təbəqə olan kasıb və varlı təbəqələrin bir-birinə qarşı mövqe tutmasının inikası olduğunu aydınlaşdırır.

2. Quran müraciət etdiklərini «nas» adlandırır və nas da, kütlə – yəni məhrum və kasıb xalq deməkdir. Bu, Quranın sinfi vicdana malik olmasına dəlildir və Quran nəzərindən islami dəvəti qəbul etməyə səlahiyyəti çatan yeganə təbəqə, məhrum təbəqədir. Bu eyni zamanda islamın xüsusi təbəqəyə meylli olduğunu da göstərir. Yəni islam, məhrum və zəiflərin dinidir, islam ideologiyasının xitab etdiyi şəxslər yalnız xalq kütlələridir. Bu özü də, iqtisadın bazis və tarixin maddi olmasının başqa bir dəlilidir.

3. Quran söyləyir ki, rəhbərlər, islahatçılar, mücahidlər, şəhidlər və nəhayət peyğəmbərlər varlı təbəqədən deyil, xalq kütlələri içindən çıxırlar. Quran, islam Peyğəmbəri (s) barəsində deyir:




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin