CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri


A. Quran baxımından, cəmiyyət ikiqütblüdür və zalım-məzlum təbəqələrinə bölünür. B



Yüklə 1,57 Mb.
səhifə43/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   39   40   41   42   43   44   45   46   ...   68
A. Quran baxımından, cəmiyyət ikiqütblüdür və zalım-məzlum təbəqələrinə bölünür.

B. Tanrının iradəsi, (və həmin məqalənin dili ilə desək, «Tanrını mövqeyi və varlığın bütün formaları) zəiflərin və tarix əsirlərinin varisliyi və imaməti üzərində qurulub – onlar müşrik, bütpərəst, mömin ya qeyri-mömin olsunlar, heç bir fərqi yoxdur – yəni ayədəki «Əlləzinə» sözü hamıya aiddir və hamı üçün faydalıdır və ilahi qanun zəiflərin istismarçılar üzərində qələbəsini vəd edir. Başqa sözlə, tarix boyu baş vermiş mübarizənin əsil mahiyyəti (bu mübarizə hal-hazırda da davam edir), məzlumlarla zalımların mübarizəsidir və dünyanın daim təkmilləşən şərəfi də, məhrumların zalımlar üzərində qələbəsini vəd edir.

V. Tanrının iradəsi, məzlumların özləri vasitəsilə həyata keçirilir və rəhbərlər, peyğəmbərlər, şəhidlər və öncüllər başqa təbəqələrdən deyil, məhz məzlum və kasıb təbəqədən çıxırlar.

Q. İctimai və fikri baza ilə sinfi mövqeyi arasında, mütləq uyğunluq olmalıdır.

Bu ayədən, bir neçə marksist prinsiplərinin sübut olunma mümkünlüyünü görürük və görürük ki, Quran Marksın doğulmasından 1200 il öncə, onun düşüncə və fəlsəfəsini bəyan etmişdir.

Fərz edək ki, Quran əsasında belə bir nəticə almışıq. Görəsən müasir tariximizi onun əsasında təhlil edərkən hansı nəticələr ala bilərik? Həmin şəxslər tələsik bu dırnaq arası Quran prinsipinə istinad edərək, nəticə almağa çalışmışlar və mövcud dini hərəkatı1 bu şəkildə təhlil etmişlər. Onlar deyirlər ki, Quran bizə inqilab rəhbərlərinin mütləq məzlum təbəqədən çıxmasını bildirmişdir və bu gün görürük ki, tarixin qarətedici sisteminin üç üzvlərindən biri olan ruhani təbəqəsi, bu gün ictimai mövqeyini dəyişərək inqilabi təbəqəyə çevrilib. Bəs məsələni necə həll edək? Cavab çox sadədir. Gərək tərəddüd etmədən bildirək ki, işin içində iş var. Hakim təbəqə öz mövqeyini təhlükədə gördüyü üçün, özünə bağlı olan ruhani təbəqəyə, inqilabçı rolunu oynamağı tapşırmışdır və bu yolla da, çalışır ki, özünü xilas etsin.

Bu da marksizm (bağışlayan, Quran) baxımından və dnyagörüşündən çıxan nəticə. Bu nəticənin bu gün kimlərə sərf etməsi məlum məsələdir.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin