CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri



Yüklə 1,57 Mb.
səhifə54/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   50   51   52   53   54   55   56   57   ...   68
İkincisi, bu ayələrdən hər biri tarixin iki mexanizmini bəyan edir. İstizaf ayəsi tarixin yolunu təbəqələrarası müharibə adlandırır və hərəkət mexanizmini zalım təbəqənin təzyiqi, onların fitri və mürtəce ruhiyyələri və zəif təbəqənin istismar olunduğu üçün inqilab ruhiyyəsi kimi işıqlandırır və bu müharibənin son nəticəsi, zəif təbəqənin qələbəsidir. Məsələn, bu nəticə istiqlal əldə etmiş bir sıra ölkələrin istismar olunmuş xalqlarına da aid olur. Əgər ilahi baxımdan ayənin mənasını izah etmək istəsək, deməliyik ki, bu ayə Quranda gəlmiş haqqın məzlumdan himayəetmə prinsipini «(Ya Məhəmməd!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma!»,1 yəni Tanrının ədalətini işıqlandırır və ayənin mənasına əsasən, «vərasət» və «imamət» adlandırılanlar ilahi ədalətin təcəssümüdür.

Ancaq istixlaf ayəsi və digər ona bənzər ayələr təbii proses baxımından, tarixin digər mexanizmini göstərir və ilahi baxımdan ilahi ədalətə nisbətən daha geniş olan və ilahi ədalətin də içində yer aldığı bir prinsipi göstərir.

Bu və buna bənzər ayələrin göstərdiyi mexanizm, dünyada mövcud və maddi mahiyyətə malik olan müxtəlif mübarizə növləri içərisində «Lillah»«Fillah», müqəddəs, maddi fikirlərdən uzaq və peyğəmbərlərin, onların ardınca da möminlərin rəhbərlik etdikləri mübarizələr olduğunu göstərir. Bu mübarizələr, bəşəriyyəti insan mədəniyyəti əsasında irəli aparır. Yalnız bu mübarizələri haqqın batil əleyhinə mübarizəsi adlandırmaq olar. Tarixi, insaniyyət və insani mənəviyyat baxımından irəli aparan da, məhz bu mübarizələrdir. Bu mübarizənin əsas hərəkətverici qüvvəsi, başqa təbəqənin təzyiqi deyil, həqiqət istəyi və mövcud vəziyyəti olduğu kimi tanımaq və ədalət istəyi – yəni, cəmiyyəti tələb olunan formada qurmaq – olmuşdur. Bəşəri inkişaf etdirən məhrumiyyət və məzlumiyyət hissi deyil, insanın fitrətində olan kamillik axtarışı hissi olmuşdur.

İnsanın heyvani istedadları tarix boyu dəyişilməmiş və elə tarixin əvvəlində olan həddə qalmışdır. Bu istedadlar inkişaf etməmiş və etməyəcək də. İnsanın insani istedadları isə, tədriclə genişlənir və o qədər inkişaf edəcəkdir ki, gələcəkdə insan özünü maddiyyat və iqtisadi amillərin əsarətindən qurtaracaq və əqidə ilə imana tapınacaq. Tarixin inkişaf etdiyi zəminə maddi, mənfəət və təbəqələrarası mübarizə deyil, ideoloji, iman və s. mübarizədir. İnsan təkamülünün təbii mexanizmi və haqq yolu mücahidlərinin, salehlərin son qələbəsi budur.

Bu qələbənin ilahi cəhətinə gəldikdə isə, qeyd etməliyik ki, həmin cəhətdən tarix boyu baş verən və təkmilləşən və nəhayət öz sonuna çatan, ilahiliyin və rəhmətin (Tanrıya məxsus olan) zühurudur. Bunlar varlıqların təkamülünü icbari edirlər. Başqa sözlə, müjdə verilən şey Tanrının cabbarlığı və intiqamçılığı deyil, Onun ilahiliyi, rəhimliliyi və kəramətli olmasının zühurudur.

Görürük ki, istizaf və istixlaf ayələri və onlara bənzər ayələrin hər biri, özünəməxsus məntiqə malikdir. İstər qalib gələn təbəqə və həmin qələbəyə çatmaq üçün keçilən tarixi yol cəhətdən, istərsə də mexanizm – yəni, tarixi hərəkətin təbii amili – və ilahi cəhətdən, onların hər birinin öz məntiqi var. Həmçinin aydın oldu ki, istixlaf ayəsi alınan nəticələr baxımından daha ətraflıdır. Bəşərin istizaf ayəsinə əsasən nail olduğu şey onun kiçik bir hissəsidir. İstizaf ayəsinin göstərdiyi dəyər – yəni, zülmün məzlumdan uzaqlaşdırılması, başqa sözlə desək, Tanrının məzlumları himayə etməsi – istixlaf ayəsinin verdiyi dəyərlərdən biridir.




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin