CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri



Yüklə 1,57 Mb.
səhifə58/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   54   55   56   57   58   59   60   61   ...   68

1. DƏVƏT STARTEGİYASI


Cəmiyyət üçün deməyə sözü olan və cəmiyyəti bu sözü qəbul etməyə çağıran hər bir məktəb çarəsiz olaraq, bir tərəfdən həmin məktəbin əsas hədəfləri ilə uyğun gələn, digər tərəfdən isə, həmin məktəbin tarixi hərəkatların mahiyyəti haqqındakı baxışları ilə üst-üstə düşən xüsusi metod və üsuldan istifadə edir. Hər hansı bir məktəbin dəvəti, xalqa agahlıq vermək və onları hərəkətə gətirmək üçün xüsusi amillərə təzyiq göstərmək deməkdir. Məsələn, Oqust Kontun «insanlıq» məktəbinin – xüsusi növ elmi din tərəfdarıdır və insanın təkamülünün kökünü və cövhərini, onun zehni daxilində bilir və bu fikirdədir ki, insan öz zehnində iki (əfsanəvi və fəlsəfi) mərhələni keçərək elmi mərhələyə çatıb – çarəsiz olaraq, lazım saydığı agahlıqlar və hərəkət etmək üçün istifadə etdiyi bütün vasitələr də elmidir. Yaxud proletariyatın inqilabi nəzəriyyəsi olan marksizmin də verdiyi agahlıq, işçilərin özünüdərketmə hissinə çatdığı təbəqələrarası ziddiyət növündəndir və təzyiq etdiyi amil də, məhrumiyyət hissidir.

Məktəblərin cəmiyyət və tarixə baxışı əsasında verdikləri agahlıq və təzyiq etdikləri amillərin bir-birindən fərqli olmasından əlavə, tarix və insana baxışları əsasında dəvətin təsir dairəsi, dəvətin güclə əlaqəsi, gücün əxlaqi və ya qeyri-əxlaqi olması haqqında müxtəlif nəzəriyyələrə malik olacaqlar.

Bəzi məktəblərin, insana bağlı məsələlərdə əxlaqi saydıqları yeganə şey, sülhsevər dəvətdir. Güc və zor tətbiq etməyi istənilən şəraitdə və hansı formada olmasından asılı olmayaraq, qeyri-əxlaqi sayırlar. Buna görə də, bu dinlərin müqəddəs prinsiplərindən biri də budur: Əgər sağ üzünə sillə vursalar, sol üzünü də çevir. Əgər pencəyini oğurlasalar, papağını da özün ver. Qarşılıqlı olaraq bəzi məktəblər, məsələn Nitçe məktəbi, yalnız gücü əxlaqi sayırlar. Çünki, insanın kamilliyi güc və qüdrətdədir və anoloji olaraq, fövqəl-insan ən qüdrətli insan deməkdir. Nitçenin fikrinə görə, xristianlıq əxlaqı nökərçilik, zəiflik, zillət və bəşər durğunluğunun əsas səbəbidir. Bəzilərinə görə isə, əxlaq güc və qüdrətə bağlı sayılır. Ancaq hər bir gücü də əxlaq saymırlar. Marksizmin fikrinə görə, istismarçının istismar olunan əleyhinə işlətdiyi güc qeyri-əxlaqidir. Çünki, mövcud vəziyyəti qorumağa çalışır və durğunluğa səbəb olur. Ancaq istismar olunanın işlətdiyi güc, əxlaqidir. Çünki cəmiyyətin dəyişməsi və ali mərhələyə keçid üçün işlədilir. Başqa sözlə, iki qrupun bir-biri ilə mübarizə apardığ və cəmiyyətə hakim olan çəkişmədən biri tezis, digəri isə anti-tezis rolunu oynayır. Tezis rolunu ifa edən güc, irticaçı olduğu üçün qeyri-əxlaqi və anti-tezis rolundakı güc, inqilabi olduğu üçün əxlaqi sayılır. Əlbəttə, indi əxlaqi olan güc növbəti mərhələdə, onu inkar edən yeni güclə üzləşir və o zaman özü mürtəce və zalım olur. Yeni gücün rolu isə, əxlaqi olacaq və deməli, əxlaq nisbi bir şeydir. Bu gün əxlaqi olan, sabah qeyri-əxlaqi və əxlaqa zidd olur.

Deməli, xristianlıq baxımından məktəbin müxalif qrupla olan əlaqəsi – bu qrup, məktəbin fikrincə təkamülün əleyhinədir – yalnız sırf əlaqədir və bu əlaqə mülayimlik və yumşaqlığa dəvətdir. Yalnız bu növ əlaqə, əxlaqi sayılır. Nitçenin fikrincə, yalnız güclünün zəiflə olan əlaqəsi əxlaqidir. Qüdrətdən daha əxlaqi bir şey yoxdur. Həmçinin zəiflikdən daha əxlaqsız bir şey ola bilməz və ya zəiflikdən daha böyük günah yoxdur. Marksizmin fikrincə, iqtisadi baza cəhətdən iki müxalif qrupun əlaqəsi, güc və zor işlətməkdən başqa bir şey ola bilməz. Bu növ əlaqədə, istismarçı təbəqənin zor tətbiq etməsi təkamül əleyhinə olduğu üçün qeyri-əxlaqi sayılır və istismar olunanın zor işlətməsi, əxlaqi sayılır. Daha burada, yeni qüvvə ilə köhnə qüvvənin əlaqəsinin həm mübarizə, həm də əxlaqi olması söhbəti yoxdur.

İslam baxımından, yuxarıda sadalanan bütün nəzəriyyələr qüsurlu və iradlıdır. Əxlaqi olmaq, məsihiyyətin düşündüyü kimi, sülhsevər və din, əlaqə, mülayim dəvət, sülh, səmimiyyət və məhəbbətlə bitmir. Çox güman ki, güc və qüdrət də əxlaqi olur. Buna görə də, islam güc və zülm əleyhinə mübarizəni müqəddəs və məsuliyyətli sayır və bəzi hallarda, silahlı qiyam olan cihadı lazım və məsləhət bilir.

Aydındır ki, Nitçenin nəzəriyyəsi puç və anti humanist və təkamül əleyhinə olan bir nəzəriyyədir. Marksizm nəzəriyyəsi, tarix üçün nəzərdə tutduğu mexanizmə əsaslanır. İslam baxımından zülmlə qarşılaşmanın təkamül əleyhinə olan qrupla əlaqəsi, marksizm nəzəriyyəsinə zidd olaraq birinci deyil, ikinci əlaqədir. Birinci əlaqə, hikmət ilə gözəl moizənin əlaqəsidir. «(Ya Məhəmməd!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (islama) dəvət et...» (Nəhl-125).

Güc tətbiqi ilə təkamül əleyhinə olanların əlaqəsi, fikri cəhətdən qane olma (hikmət=dəlil) və ruhi cəhətdən qane olma (moizə=xatırlatma) mərhələləri keçmiş və nəticəsiz qalmış olduqda, əxlaqi sayılır.

Elə buna görə də, bütün mübarizə aparmış peyğəmbərlər, öz dəvətlərinin birinci mərhələsini hikmət və gözəl moizə ilə başa vurmuş və bu yolla nəticə hasil olmadıqda və ya ümumi nəticəyə çatmadıqda mübarizəni, cihadı və zor-güc işlətməni, məntiqi və əxlaqi bir iş sayırdılar. Əsas kök və dəlil budur ki, islam maddi deyil, mənəvi düşündüyü üçün dəlil, moizə və məsləhətin böyük təsir qüvvəsinə inanır və (Marksın təbiri ilə) silahların tənqidinin gücünə inandığı kimi, tənqid silahının gücünə də inanır və ondan faydalanır. Ancaq onu, hər yerdə istifadəsi gərək olan yeganə silah və qüvvə saymır. İslamın, təkamül əleyhinə olanlarla mübarizəni birinci əlaqə deyil, ikinci əlaqə saymasının sirri, (həmçinin, dəlil və moizənin gücünə inanmasının da) islamın insana və anoloji olaraq cəmiyyət və tarixə olan mənəvi baxışıdır.

Deməli, məlum oldu ki, bir məktəbin müxalif cəbhə ilə əlaqəsinin dəvət və ikinci əlaqəsinin mübarizə olması, həmin məktəbin, məntiq və xəbərdarlığın təsir dairə və təsir gücü, həmçinin tarixin axarı və mübarizənin bu axarda rolu barəsindəki fikir və nəzərlərini aşkar edir.

İndi isə, söhbətin digər hissəsinə başlayırıq. Baxaq görək islami agahlıqlar və islamın təkid etdiyi və öz dəvətlərində təzyiq göstərdiyi vasitələr hansılardır?

İslami agahlıqlar (xəbərlər, məlumatlar, elmlər və s.) ilk növbədə, başlanğıca və məada işarə növündəndir. Bu həm Quranda istifadə olunan, həm də ötən peyğəmbərlərdən nəql olunan bir üslubdur. Peyğəmbərlərin etdiyi xəbərdarlıq, «haradan gəlmisən, haradasan və hara gedəcəksən?» barəsindədir. Dünya haradan yaranıb, necə yaranıb, hansı mərhələlərdən keçib, hansı mərhələdədir, nəyə doğru gedir? Peyğəmbərlərin yaratdığı ilk məsuliyyət nigarançılığı, varlıq və yaradılışlar qarşısında olan məsuliyyət nigarançılığıdır. İctimai məsuliyyət nigarançılığı, varlıq və yaradılışlar qarşısında məsuliyyət nigarançılığının bir hissəsidir. Öncədən işarə etmişdik ki, Məkkədə nazil olmuş surələr (Peyğəmbər (s)-in peyğəmbərliyinin ilk 13 ilində nazil olmuş surələr) başlanğıc və məaddan (qiyamət) başqa çox az şeyə işarə edirlər.

Peyğəmbər (s) öz dəvətini, «Qulu la ilahə illəllah, tuflihu» kəlmələri ilə başladı. Mənası da etiqadi hərəkatın bir növ fikir təmizliyi ilə başlanması idi. Doğrudur ki, tohidin mənası genişdir və əgər islamın bütün təlimləri təhlil olunarsa, tohidə qayıdır və əgər tohid parçalanarsa, təhlillərə bölünəcək.1 Ancaq bilirik ki, ilk vaxtlarda həmin cümlədən məqsəd, nə şirk ibadətlərindən və şirk etiqadlarından, ibadətdə və fikirdə tohidə doğru əməli və fikri meyllərdən artıq bir şey var idi. Əgər olsaydı, xalq başa düşər və xəbərdar olardı.

İnsanların zatının dərinliklərinə əl atan, bu köklü və qol-budaqlı agahlıq onlarda, yolunda canlarından, mallarından, vəzifə və uşaqlarından da keçdikləri xüsusi növ qeyrət hissi, öz əqidələrinin müdafiə təəssübü və bu əqidənin yayılması üçün şövq və həvəs yaradırdı. Peyğəmbərlər, bizim dövrdə, üstqurum adlanan işlərdən başlayır və bazisə doğru hərəkət edirdilər. Peyğəmbərlər məktəbində, insan mənafedən daha çox əqidəyə, məsləkə və imana bağlıdır. Həqiqətdə bu məktəbdə fikir və əqidə bazis sayılır, iş – yəni, təbiət və onun verdikləri ilə əlaqə – və cəmiyyət isə üstqurumdur. Hər bir dini dəvət, gərək peyğəmbərə bənzər – yəni, daimi xəbərdarlıq və başlanğıcla məadı xatırlatma ilə qarışıq – olsun. Peyğəmbərlər bu hissləri oyatmaqla, bu şüurları silkələməklə, bu vicdanların tozunu silməklə və bu agahlığı verməklə Tanrı razılığına, Haqq əmrinə, Haqqın mükafat və qəzəbinə arxalanaraq, cəmiyyəti hərəkətə gətirir. Quranda on üç yerdə Tanrının razılığından söz açılır. Yəni, Quran, cəmiyyətin bu mənəvi amilinə təsir etməklə, iman əhlini hərəkətə gətirir. Bu agahlığın adını ilahi agahlıq, yaxud dünyəvi agahlıq (dünya miqyaslı) qoymaq olar.

İkinci olaraq, islam təlimləri içində insan agahlıqları görünür. Yəni insanın, öz zatının kəramət və şərəfinə, öz zatının izzət və böyüklüyünə diqqət etməsi nəzərə çarpır. Bu məktəbdə insan mövcudluğunun səbəbi yüz milyon illər ərzində – sair canlılarla eyni səviyyədə olduğu zaman – təbii mübarizə və seçmə mərhələsində saysız xəyanətlər edərək bu mərhələyə çatmış heyvan deyil, əksinə varlığında ilahi ruhun zərrəcikləri olan varlıqdır. Mələklər ona səcdə edirdilər. Onu göylərdən yerə səfir göndərirlər. Bu vücudun varlığında, şəhvət və fəsada olan heyvani meyllərə baxmayaraq, zatən pislik, qan tökmə, yalan, fəsad, alçaqlıq, zülmə dözmək və s. ilə müxalif olan pak cövhər (maya) vardır və bu, böyüklük nişanəsidir: «Halbuki şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur...»1

Peyğəmbərin «İnsanın şərəfi gecələr oyaq olmağı və izzəti, insanlara möhtac olmadan yaşamasıdır», Əli (ə)-ın Süffeyndə silahdaşlarına dediyi «Yaşayış və həyat qalib ölməkdə, ölüm isə əl altda (kölə kimi) yaşamaqdadır», yaxud Hüseyn ibni Əli (ə)-ın «Mən ölümdə səadət və zülümkarlarla yaşayışda isə, əzabdan savayı bir şey görmürəm», yaxud da «Zillət bizdən uzaqdır» sözlərində kəramət hissi və hər bir insanın fitrətində olan, insanın zati şərəfi kimi amillərdən istifadə olunur.

Üçüncü olaraq isə, hüquq və ictimai məsuliyyətlər barəsindəki agahlıq gəlir. Quranda elə misallara rast gəlirik ki, başqalarının və ya özünün tapdalanmış hüququna əsaslanaraq, hərəkət və oyanış yaratmağa çalışırlar:



«(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda və (Hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): «Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə Öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!» – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?» (Nisa-75).

Bu müqəddəs ayədə, cihada təhrik etmək üçün iki mənəvi dəyərə toxunulur: Birincisi, həmin yolun Allah yolu olması, ikincisi isə pənahsız və zəif insanların zülmkarların cəngində qalmasıdır. Həcc surəsində buyurulur:




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin