«...Bir–birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz...»
3. Yaxşılığa çağırış və pislikdən çəkindirmənin icrası, yaxud tərk edilməsi; Quran, yaxşılığa çağırışın və pislikdən çəkindirmənin zəruriliyi barəsində, geniş söhbət açıb. Ayələrdən biri aşkarcasına bildirir ki, bu böyük vəzifəni tərk etmək, bir qövmün və yaxud xalqın məhv və tənəzzülə uğramasında böyük rol oynayır. Bu, Maidə surəsinin 79-cu ayəsidir və bu ayə, Bəni-israil kafirlərinin Tanrının rəhmindən uzaq düşmələrinin səbəbini, bir-birini pis işdən çəkindirməməkdə görür:
«Onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər. Onların gördükləri iş necə də pis idi.»
İslamın mötəbər rəvayətlərində, yaxşılığa çağırış və pislikdən çəkindirmənin müsbət, yaxud mənfi roluna aid çox söz deyilib. Onları söyləməyə vaxtımız çatmır.
4. Fəsad, günah və əxlaqi pozğunluqlar. Bu barədə də çoxlu ayələr vardır. Bunların bir qismi sərvət və rahat yaşamağı, həlak olmaq kimi dəyərləndirirlər.1 Tərkibində zülm sözü olan əksər ayələr də, vardır. Quran anlamında zülm, bir şəxsin və ya qrupun başqa fərd, ya qrupun hüququna təcavüzü ilə bitmir. Şəxsin öz nəfsinə və bir xalqın öz nəfsinə etdiyi zülmə də aid olur. Hər bir cinayət, fəsad və insanı düzgün yoldan azdıran şeylər zülmdür. Əslində zülm, həm də fəsadı və qeyri-əxlaqi işləri əhatə edir. Adətən bu söz, ikinci mənada işlənir. Zülmün, ümumi mənasında bir xalqın məhvində və tənəzzülündə əsas amil olduğunu qeyd edən ayələr çoxdur və onları bu qısa bəhsdə işıqlandıra bilmərik.
Bu meyarlara ümumi şəkildə diqqət yetirdikdə, Quranın cəmiyyət və tarixin əsasları barəsindəki nəzərini tapmaq olar. Quran, bəzilərinin üstqurum adlandırdığı bir çox işlərin, böyük və təyin edici rolunu qəbul edir.
Dostları ilə paylaş: |