CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri


«Allah pis sözün açıq, ucadan deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır...» (Nisa-148)



Yüklə 1,57 Mb.
səhifə60/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   56   57   58   59   60   61   62   63   ...   68
«Allah pis sözün açıq, ucadan deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır...» (Nisa-148).

Aydındır ki, bu, məzlumları qiyama səsləyən xüsusi növ çağırışıdır. Şuəra surəsində şairləri və onların xəyalpərəst ruhiyyəsini pislədikdən sonra deyir: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan (onları həcv edən müşrik, kafir şairlərə öz mənzumələri ilə qələbə çalan mömin şairlərdən) başqa!...» (Şuəra-227).

Ancaq Quran və sünnətdə, zülmə tabe olmağın ən pis günahlardan və hüququn tələb və bərpasının isə vəzifə olması ilə yanaşı, bütün bunlar, məsələnin insani xüsusiyyətləri olan bir sıra dəyər kimi qiymətləndirilir. Quran heç vaxt mənəvi problemlərdən, həsəd hissinin, şəhvət və iştahanın təhrikindən istifadə etmir. Məsələn, heç vaxt demir ki, filan qrup belə qazanıb varlandı və nəyə görə sən onların yerinə olmayasan?

Əgər birinin malını zorla ondan almaq istəsələr, islam maddiyatın heç bir qiyməti olmadığı üçün malın sahibinin susmasına icazə vermir. Həmçinin birinin namusuna təcavüz olunduqda, bu təcavüzün şəhvət hissinə aid olduğu üçün namus sahibinin susmasına da icazə vermir. Əksinə, müdafiəni bir vəzifə, öz namus, yaxud malını müdafiə edərkən ölmüş şəxsi isə şəhid sayır. Ancaq islam məntiqi, şəxsləri öz mallarının müdafiəsinə təşviq etdikdə, tamah və hərislik deyil, haqqı müdafiə etmək kimi dəyərli bir işdən söz açır. Namus və qeyrətin qorunmasını vacib bilirsə, şəhvət və cinsi məsələləri deyil, ictimai dəyərlərdən biri olan iffət hissini müdafiə etmək istəyir və bu da, kişinin əsas vəzifələrindən biridir.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin