CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri



Yüklə 1,57 Mb.
səhifə61/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   57   58   59   60   61   62   63   64   ...   68

2. MƏKTƏBİN ADI


Hər bir məktəb öz ardıcıllarını, xüsusi bir adla adlandırır. Məsələn, irqçilik nəzəriyyəsinin tərəfdarlarını ayıran və onun vasitəsilə tanıtdıran ad, ağ dərililikdir. Həmin məktəbin ardıcılları biz dedikdə, ağ dərililər qrupunu nəzərdə tuturlar. Yaxud, proletariyat nəzəriyyəsi olan marksist nəzəriyyəsi, öz ardıcıllarını proletariyat adlandırır və onların şəxsiyyət və nişanələri fəhləlikdir. Onlar «biz» dedikdə, fəhlə sinfini nəzərdə tuturlar. Biz fəhlələr və zəhmətkeşlər. Xristianlıq öz ardıcıllarının şəxsiyyətini, bir şəxsin (həzrət Məsihin) ardınca getməkdə görür. Guya ardıcılların məqsəd və yolla heç bir işləri yoxdur. Onların bütün şəxsiyyəti, «Məsih haradadırsa biz də orada olmalıyıq» şüarıdır.

İslamın xüsusiyyətlərindən biri də budur ki, o, öz ardıcıllarını ayırmaq üçün heç bir irqi, sinfi, əsalət, vəzifə, məhəl, ərazi, şəxsi və s. addan istifadə etmir. Bu məktəbin ardıcılları ərəblər, samilər, kasıblar, varlılar, zəiflər, ağdərililər, qaradərililər, asiyalılar (sarı irq), şərqlilər, qərblilər, Məhəmmədçilər, Qurançılar, qiblə əhli və s. ilə adlandırılmırlar. Sadalananlardan heç biri, bu məktəbin ardıcıllarının həqiqi şəxsiyyətinin və birliyinin və «biz»inin mayası sayılmırlar. Söhbət, məktəbin şəxsiyyəti və onun ardıcıllarından düşdükdə, sadalanan bütün ünvanlar (adlar) puç olur və yalnız, bir şey qalır. O da müəyyən bir rabitə və əlaqədir. İnsanla Tanrı arasında olan əlaqə – yəni islam – Allaha təslim olmaq. Müsəlman ümməti necə ümmətdir? Tanrıya təslim olan, həqiqətə təslim olan, həqiqət üfüqlərindən bəşəri hidayət etmək üçün, ən yaxşı şəxslərin qəlbinə nur saçan, vəhy və ilhama təslim olan bir ümmətdir. Müsəlmanların «biz» və onların həqiqi şəxsiyyəti nədir? Bu din onlara hansı vəhdəti bağışlamaq istəyir, onları necə adlandırmaq istəyir, hansı bayraq altında birləşdirmək istəyir? Cavab budur: İslam öz ardıcıllarını həqiqətə təslim olmaq şüarı altında birləşdirir.

Hər bir məktəbin öz ardıcılları üçün tərtib etdiyi birlik (vəhdət), onun hədəflərini tanımaq və həmin məktəbin insan, cəmiyyət və tarix barəsindəki baxışlarını anlmaq üçün ən yaxşı yoldur.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin