CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri


 QƏBUL ŞƏRAİTİ VƏ MANEƏLƏR



Yüklə 1,57 Mb.
səhifə62/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   58   59   60   61   62   63   64   65   ...   68

3. QƏBUL ŞƏRAİTİ VƏ MANEƏLƏR


Bir qədər əvvəl qeyd etdik ki, tarixin hərəkət mexanizmi, məktəblər baxımından müxtəlifdir: Kimisi hərəkətin təbii mexanizmini, bir təbəqənin o birisinə olan təzyiqi və bir təbəqənin zatən irticaçı və digər təbəqənin zatən inqilabi olması kimi başa düşür; digəri isə hərəkətin təbii mexanizmini, bəşərin tərəqqipərvər və kamillik axtarışında olan pak fitrətində görür; başqa bir məktəb isə tamam başqa cür düşünür. Aydındır ki, hər bir məktəb öz hərəkət mexanizmini nə cür anlamasından asılı olaraq, öz təlimlərində şərait və lazımi şeyləri, yaxud maneə və s. şeyləri aydınlaşdırır. Hərəkət mexanizmini, bir təbəqənin sair təbəqəyə etdiyi təzyiq kimi qəbul edən məktəb, cəmiyyəti hərəkətə və təlatümə gətirmək üçün lazım olan həddə təzyiq olmazsa, həmin təzyiqi yaradır və cəmiyyəti durğunluq halından çıxarır. Marks özünün bəzi əsərlərində xatırladır: «Azad olmuşlar təbəqəsinin olması üçün, suallar və kölələr təbəqəsinin olması zəruridir.»

Bu araşdırmanın sonunda yazır: «Bəs Alman xalqının azadlıq imkanı haradadır? Bizim cavabımız belədir: Gərək mütləq, bütünlüklə zəncirlənmiş təbəqə düzəlsin.»

Belə bir məktəb, islahatı maniə sayır. Çünki, islahatlar təzyiqi azaldır və təzyiqin azalması, inqilab və partlayış baş verməsinə mane olur və ən azı, onun baş verməsini gecikdirir. Bu, cəmiyyətin zati və fitri hərəkətinə inanan məktəbin baxışlarına ziddir. Belə bir məktəb, heç vaxt bir təbəqə üçün zəncir və qandal yaratmağın zəruriliyinə fitva verməz. Çünki, təzyiqi tədrici islahatları inkişafa mane saymadığı kimi, təkamülün lazımlı şərtlərindən də saymır.

İslam, şərait və maniə silsiləsində hansı işləri bəyan edir? İslamda şərait və maniələr adətən və yaxud həmişə, fitrət və zat ətrafında fırlanır. Quran bəzi hallarda, ilk paklıq şəraitində qalmağı, şərt adı ilə tanıtdırır. (Müttəqilərə doğru yol göstərən – Bəqərə-2).

Bəzi hallarda, varlıq sistemi qarşısında məsuliyyət hissindən doğan nigarançılığı şərt adlandırır və «(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.» (Taha-3, Ənbiya-49, Fatir-18, Yasin-11) formasında bəyan edir. Bəzən də, fitrətin diri olması və oyaq qalmasının şərti kimi tanıtdırır: «Onunla ağıl və bəsirət sahiblərini qorxut...» (Yasin-70).

İslam öz dəvətinin qəbul şərtlərinin paklıq, nigarançılıq və yaradılmışlar qarşısında məsuliyyət hissi və fitri həyata doğru yaşayış olduğunu bildirir. Qarşılıqlı olaraq, maniələri ruhi və əxlaqi fəsad, ürəyin günahı,1 ürəyin çirki (pisliyi),2 ürəklərin möhürlü olması,3 bəsirət gözünün bağlanması,4 qulaqların eşitməz olması,5 nəfs kitabının təhrif olunması (nəfsin səhv yola düşməsi),6 əcdadların adətlərin ardınca getməsi,7 şəxsiyyət və böyük adamlara pərəstiş etmək,8 zənn və güman ardınca getmək (onlara əsaslanmağı)9 və buna bənzər sair əməllər olduğunu da bildirir. İsrafı, qudurğanlığı və sərvət bolluğunu da, heyvani hissləri gücləndirdikləri və insanı da heyvana çevirdiyi üçün maniə sayır. Bu işlər Quran baxımından, cəmiyyətin təkamülü, islahı və inkişafı istiqamətində hərəkət və dəyişikliyə maniədir.

İslam təlimləri baxımından, cavanlar yaşlılara nisbətən, kasıblar varlılara nisbətən daha çox yeni şeylər qəbul etməyə meyillidirlər. Çünki birinci qrupun, yaş azlığına görə, hələ mənəviyyatı xarab olmayıb və ikinci qrup isə, sərvət və rahatlıqdan uzaq olublar.

Şərait və maniələrin bu formada bəyan olunması, Quranın tarixi və ictimai dəyişikliklər mexanizmi maddi və iqtisadi olmadığından, daha çox, ruhi və mənəvi qəbul etdiyini aydınlaşdırır.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin