Centre bold


Səthdə, Sahil xəttində və Su sütununda yolverilən neft hədləri



Yüklə 6,03 Mb.
səhifə10/32
tarix10.01.2022
ölçüsü6,03 Mb.
#106430
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

Səthdə, Sahil xəttində və Su sütununda yolverilən neft hədləri

4.2.1 Səthdə neftin qalınlığı


Stoxastik modellərdə neftin yolverilən 0.04 µm minimum qalınlıq həddi istifadə olunmuşdur. Bu göstərici – Təbəqə - Bonn Müqaviləsi (Luis, 2007) çərçivəsində ən duru neft təzahürü təsnifatının daha aşağı həddidir. Səthdə 0.04 µm-dən duru olan hər hansı neft stoxastik nəticələrə daxil edilməmişdir. Bu BAOAC minimum yolverilən həddən aşağı səth neft göstəriciləri OSCAR-dan götürülməmişdir.

4.2.2 Sahil xəttində emulsiya kütləsi


Kondensat dağılmaları üçün stoxastik modellərdə sahil xəttində yolverilən minimum 0.169 ton/km emulsiya kütləsi istifadə olunmuşdur. Bu göstəricilər The International Tanker Owners Pollution Federation Ltd (ITOPF, 2011) (Çirklənmənin Qarşısını Almaq üçün Tanker Sahiblərinin Beynəlxalq Federasiyası) tərəfindən istifadə olunmuş “Neftlə az çirklənmə” həddinin daha aşağı limitidir. Sahil xəttinin bu ITOPF minimum yolverilən həddindən aşağı neftlə çirklənmə göstəriciləri OSCAR-dan götürülməmişdir.

Dizel yanacağı dağılmaları üçün 0.169 ton/km həddi aşağıdakılar əsasında hesablanmışdır:



  1. Hər bir səth şəbəkəsinin hipotenuzunun uzunluğu (1,414 m)

  2. Sahil xəttinin 2 m orta eni,

  3. Neftlə az çirklənmənin yolverilən minimum 0.1 litr/m2 həddi

  4. STP-də 846kq/m3emulsiya sıxlığı (2% su udulmasına əsasən)

Sürtkü yağı dağılmaları üçün 0.174 ton/km həddi aşağıdakılar əsasında hesablanmışdır:

  1. Hər bir səth şəbəkəsinin hipotenuzunun uzunluğu (1,414 m)

  2. Sahil xəttinin 2 m orta eni,

  3. Neftlə az çirklənmənin yolverilən minimum 0.1 litr/m2 həddi

  4. STP-də 846kq/m3 emulsiya sıxlığı (0% su udulmasına əsasən)



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin