4.2.3 Su sütununda Ümumi Karbohidrogen Konsentrasiyaları
Su sütununda ümumi karbohidrogen konsentrasiyaları müəyyən konsentrasiyadan artıq olan zaman su orqanizmləri üçün risk yaradır. Johnsen et al (2005) və Det Norsk Veritas (2008) tərəfindən tamamlanmış tədqiqat su sütununda müxtəlif karbohidrogen konsentrasiyalarının orqanizmlərə təsirini qiymətləndirmək üçün növlərin həssaslıq dozasına reaksiya əyrilərinin işlənib hazırlanması ilə nəticələnmişdir. Ümumi karbohidrogen konsentrasiyaları üçün 5-ci persentil LC501-nin 58 ppb olduğu aşkar edilmişdir (Bax: Şəkil 3). Bu 58 ppb həddi bu modelləşdirmədə potensial kəskin toksikoloji reaksiyalar üçün aşağı hədd kimi tətbiq olunmuşdur. Bu həddən aşağı konsentrasiyalar OSCAR-dan götürülməmişdir. Şəkil 3-dən göründüyü kimi 58 ppb növlərin 95%-i üçün LC50-dən aşağı olduğuna görə bu, konservativ bir həddir.
Şəkil3: Dispersiya etmiş neftin suda yaşayan müxtəlif növlər üçün toksiklik tədqiqatlarında əksini tapmış LC50 hədləri. Qırmızı xətt maraq doğuran kumulyativ yayılma əyrisidir. Bu həssas növlərin doza-reaksiya əyrisi 5% persentil LC50həddi və SD = 0.32 göstərir. Bu doza-reaksiya əyrisindən yolverilən həddin (5% ölüm riski) 58 ppb olduğu aşkar edilmişdir.