3.3.1 Nəticənin növləri
Fərqli başlanma vaxtları olan bir dağılma ssenariləri və stoxastik ssenarilər modelləşdirilə bilər. Stoxastik modellərdə müəyyənləşdirilmiş sayda ssenarilər sonra bir dəfəyə modelləşdirilir. Modelləşdirilməli ssenarilər dəsti ya müəyyənləşdirilmiş vaxt müddəti ərzində (bir ilin statistikası) modelləşdirilməli ssenarilərin sayı seçilməklə, ya da hər il müəyyənləşdirilmiş fəsildə (çoxillik statistika) modelləşdirilməli ssenarilərin sayı dəqiqləşdirilməklə müəyyənləşdirilə bilər. Neftin dreyf statistikasını hesablamaq üçün göstəricilərin təmin olunması məqsədilə təsirə məruz qalan hər bir şəbəkə kvadratında hər bir ssenari üçün neftin müəyyən dreyf parametrləri toplanır. Bu nəticələr sonda verilmiş kvadratda təsir üçün ehtimalları hesablamaqdan ötrü istifadə olunur. Təsir neft konsentrasiyası, qalınlığı və ya kütləsi ilə bağlı müəyyən yolverilən normadan artıq hədlər ilə əlaqədar olaraq müəyyənləşdirilir. Nəticələr müxtəlif ekoloji sahələr (dənizin səthi, su sütunu və ya sahil xətti) üçün ehtimala əsaslanan xəritələr kimi verilir.
3.3.2 Stoxastik modelləşdirmə və ehtimal olunan nəticələr
Aşağıdakı bölmədə OSCAR-ın statistik nəticəsi ilə bağlı texniki detalların bir neçəsi təsvir olunur.
Şəbəkə kvadratı məfhumu iki ölçülü səth və ya sahil xətti şəbəkəsinə və ya üç ölçülü konsentrasiya şəbəkəsinə istinad edilməklə istifadə olunmalıdır. Bu şəbəkələrin hər biri kvadratlardan ibarətdir və bu kvadratlar statistika hazırlanan zaman OSCAR-ın işlədiyi ən kiçik sahəni (spektr üzrə ən yüksək həlletmə qabiliyyəti) təmsil edir.
OSCAR özünün stoxastik nəticələrində aşağıdakıları ehtiva edən statistika dəsti yaradır:
maksimum və ya minimum;
ortalama vaxt;
ortalama maksimum vaxt;
Ehtimal/Mümkünlük.
Maksimum və ya minimum hədlər xəritəsi stoxastik modelləşdirmə əsasında hazırlana bilər (məsələn, maksimum toplanmış neft və ya minimum çatma vaxtı). Bu o deməkdir ki, bütün vaxt addımları və bütün modellər üçün OSCAR hər bir şəbəkə kvadratında sözügedən xüsusi hədd üçün maksimum və ya minimumun qeydiyyatını aparır.
Məsələn, maksimum toplanmış sahil xətti neftinin xəritəsi, hər bir sahil xətti kvadratında neftin kütləsi hər vaxt addımında hər bir model üçün yoxlanır. OSCAR sahil xətti kvadratında əvvəlcə qeyd olunduğundan daha çox neft olduğunu aşkar edən zaman o, bu təzə həddi maksimum kimi qeyd edir. Bütün modellər icra edildikdən sonra hər bir kvadrat üçün bu maksimumhaqqında məlumat verilə bilər.
Ortalama vaxt statistikası dəyişkən hədd üçün orta hədd yaratmaq məqsədilə istifadə olunur. Hər bir model üçün OSCAR hər bir şəbəkə kvadratına nəzarət edir və o, heç bir təsirə malik olmayana qədər (məsələn, səthdə neftin olmaması və ya ümumilikdə konsentrasiyanın olmaması) onun hədd göstəricisinin qeydiyyatını aparır. Modelləşdirmənin sonunda bu hədlər orta vaxt yaratmaq üçün ortalaşdırılır. Yolverilən hədlər tətbiq olunan zaman ilkin emal və orta vaxt da bu müəyyənləşdirilmiş yolverilən hədlərdən aşağı hədləri xaric edir.
Maksimum ortalama vaxt hədləri xəritələr kimi təqdim oluna bilər (maksimim ortalama vaxt hədli ümumi konsentrasiya kimi). Bu o deməkdir ki, hər bir şəbəkə kvadratı üçün modeldən ən böyük orta vaxt həddi seçilir və məlumat verilir.
Stoxastik modelləşdirmə ilə ehtimala əsaslanan xəritələr də hazırlana bilər. Bu xəritələr hər bir kvadrat üçün müəyyənləşdirilmiş hadisə (məsələn, bəzi yolverilən hədd ilə müqayisədə daha qatı neft) barəsində məlumat verilən stoxastik modellərdə fraksiyanı və ya faizi göstərir. Bu, səthdə neft, sahil xəttində neft və s. ola bilər.
Məsələn, sahil xəttinə təsir ehtimalında spesifik şəbəkə kvadratın təsir göstərən hansısa neftə malik hər bir model qeyd olunur. Əgər o zaman ümumi on modeldən üçü bu sahil kvadratına təsir göstərən nefti qeyd edirsə, onda bu kvadrat üçün sahil xəttinə təsir ehtimalı 30% olur. Burada hər bir ssenari daxilində neftin sahilə gəlmə tezliyi üçün heç bir ağırlaşma olmur.
Dostları ilə paylaş: |