Centre bold


Layihənin təsviri D230 blokunda seysmik tədqiqat proqramı



Yüklə 6,03 Mb.
səhifə3/32
tarix10.01.2022
ölçüsü6,03 Mb.
#106430
1   2   3   4   5   6   7   8   9   ...   32

Layihənin təsviri

  1. D230 blokunda seysmik tədqiqat proqramı


D230 bloku Xəzər dənizinin Azərbaycan sektorunda sahil xəttindən təxminən 80 km məsafədə yerləşir və təqribən 4,000km² sahəni əhatə edir (Bax: Şəkil 1.1). Sahədə suyun dərinliyi 100 metrdən 800 metrə qədər dəyişir.
2018-ci ilin aprelində BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron Hövzəsində potensial perspektivlərin birgə kəşfiyyatının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Hasilatın Pay Bölgüsünə dair Saziş (HPBS) imzalamışdır.
BP şirkəti D230 blokunda Blokun hüdudlarından kənara çıxaraq D230 blokunun cənubunda Dan Ulduzu-Əşrəfi Müqavilə Sahəsində yerləşən Əşrəfi-1 quyusuna qədər uzanan bir seysmik çəkiliş xətti ilə seysmik tədqiqat aparmağı planlaşdırır (Bax: Şəkil 1). Tədqiqat səriştəli geofizika podratçısı tərəfindən bir seysmik tədqiqat gəmisi və iki köməkçi gəmidən istifadə olunmaqla həyata keçiriləcək. Təchizat gəmilərinin biri dənizdə Seysmik tədqiqat gəmisini yanacaqla dolduracaq. Seysmik tədqiqatın tamamlanmasının 6 ay vaxt aparacağı gözlənilir və onun 2019-2020-ci illərin arasında həyata keçirilməsi planlaşdırılır.

Şəkil1: D230 blokunda seysmik tədqiqat profilləri və modelləşdirilmiş dağılma yerləri.



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin