Bənd 1.2-də təsvir olunduğu kimi bu modelləşdirmə hesabatında seysmik tədqiqat gəmisi ilə ya D230 tədqiqat sahəsində işləyərkən, ya da tədqiqat sahəsinin cənub hüdudundan şimal-cənub istiqamətində uzanan birləşmə xəttindən seysmik göstəricilər əldə olunarkən baş verən potensial toqquşma nəzərə alınır. Modelləşdirmədə gəmi dizel yanacağı və ya sürtkü yağı ehtiyatının tam dağılması ilə nəticələnən hər hansı belə toqquşma ehtimal olunur. İqlim şəraitinin dinamikası ilə əlaqədar olaraq gəmi dizel yanacağının dağılması və qiymətləndirmək məqsədilə ən pis real dağılma yerinin (ekoloji təsir baxımından) müəyyənləşdirilməsi üçün 5 dağılma yeri modelləşdirilmişdir. Sahilyanı və sahildən uzaq bir yer üçün potensial toqquşma sahələri müəyyənləşdirildikdən sonra modelləşdirmə hər bir dağılma yerində Yaz (Mart – May), Yay (İyun – Avqust) və Payız (Sentyabr –Noyabr) fəsilləri üçün tamamlanmışdır. Əsas ekoloji həssaslıqların, xüsusən də dekabr və mart ayları arasında Xəzər suitilərinin az görünməsi ilə bağlı həssaslıqların müvəqqəti xarakteri ilə əlaqədar olaraq modelləşdirmə Qış fəsli üçün tamamlanmamışdır (Olqa Ştepenko, pers.comm). Dizel yanacağı dağılmasının modelləşdirilməsi tamamlandıqdan sonra sürtkü yağı dağılmasının ehtimal olunan ən pis halı təmsil etməsinə əmin olmaq üçün dizel ssenarilərində sahil xəttinin əksər hissəsinin neftlə çirklənməsi baş vermiş yerdən sürtkü yağı ehtiyatının tam dağılması modelləşdirilmişdir. Seysmik tədqiqat gəmisi öz göyərtəsində hər hansı ağır dizel yanacağı ehtiyatlarını daşımayacaq və buna görə də bu növ karbohidrogenin dağılması modelləşdirilməmişdir.